Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin
və yük daşımaları fəaliyyətinin
operatorunun məsul şəxsinin, həmçinin
beynəlxalq sərnişin və yük
daşımalarını həyata keçirən
sürücülərin peşəkarlıq səriştəsinə
dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə
sənədlərin formasının təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 248 Bakı şəhəri, 8
iyul 2020-ci il
“Avtoobil
nəqliyyatı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli
Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792
nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28
avqust tarixli 826 nömrəli Fərmanının 1.4-cü bəndinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və
yük daşımaları fəaliyyətinin operatorunun məsul
şəxsinin peşəkarlıq səriştəsinə
dair hazırlıq və yenidən hazırlıq keçməsi
barədə sənədin forması” təsdiq edilsin (1
nömrəli əlavə).
2. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədin forması” təsdiq edilsin (2 nömrəli əlavə).
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 10 iyul.- S.2.