Azərbaycan Respublikası
Nazirlər Kabinetinin “Bakı, Sumqayıt,
Gəncə, Lənkəran, Yevlax,
Masallı, Cəlilabad, Mingəçevir, Goranboy,
Göygöl şəhərlərinin və
Abşeron, Bərdə, Samux,
Siyəzən, Şəki, Xaçmaz
rayonlarının ərazisində xüsusi
karantin rejiminin sərtləşdirilməsi
ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun
tarixli 208 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə
bağlı əlavə tədbirlər barədə” 2020-ci il 3 iyul tarixli
236 nömrəli qərarlarında dəyişiklik edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 246 Bakı
şəhəri, 8 iyul 2020-ci il
“Sanitariya-epidemioloji
salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli
73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu
xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika
və digər zəruri tədbirlərin görülməsi
Qaydaları”na əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
“Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı,
Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin
və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki,
Xaçmaz rayonlarının ərazisində xüsusi karantin
rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə
tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının
adında, 1-ci hissəsində və 6.1-ci bəndində “,
Goranboy, Göygöl şəhərlərinin” sözləri
“şəhərlərinin” sözü ilə əvəz
edilsin və “Xaçmaz” sözündən sonra “, Goranboy,
Göygöl” sözləri əlavə edilsin.
2. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarının 2-ci hissəsində “, Goranboy, Göygöl şəhərlərinin” sözləri “şəhərlərinin” sözü ilə əvəz edilsin və “Xaçmaz” sözündən sonra “, Goranboy, Göygöl” sözləri əlavə edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 10 iyul.- S.4.