Bakı İdarəetmə və
Texnologiya Kollecinin,
Bakı Qida Sənayesi Kollecinin,
Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat
və Humanitar Kollecinin,
Sumqayıt Musiqi Kollecinin,
Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki
Dövlət Regional Kollecinin
yenidən təşkili və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli
118 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nda dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 250 Bakı şəhəri, 10
iyul 2020-ci il
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli
759 nömrəli Fərmanının 2.5.2-ci yarımbəndinə
uyğun olaraq, orta ixtisas təhsili müəssisələrinin
şəbəkəsinin
optimallaşdırılması, idarəetmənin, maliyyələşdirmənin,
kadr hazırlığının səmərəsinin
və keyfiyyətinin yüksəldilməsi məqsədilə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
təklifinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin nəzdində publik
hüquqi şəxs statusuna
malik olan Sənaye və
Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində
publik hüquqi şəxs
statusuna malik olan Qida Sənayesi Kollecinə
çevrilmə yolu ilə yenidən təşkil
edilsin.
3. Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
4. Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
nəzdində publik hüquqi
şəxs statusuna malik
olan Humanitar Kollecə
çevrilmə yolu ilə yenidən təşkil
edilsin.
5. Bakı Dövlət İqtisadiyyat
və Humanitar Kolleci
Bakı Dövlət Universitetinin nəzdində
publik hüquqi şəxs
statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
6. Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli
Konser-vatoriyasının nəzdində publik
hüquqi şəxs statusuna
malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
7. Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması
formasında yenidən təşkili yolu
ilə Gəncə Dövlət Universitetinin
nəzdində publik hüquqi
şəxs statusuna malik
olan Regional Kollec yaradılsın.
8. Lənkəran Dövlət Humanitar
Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik
hüquqi şəxs statusuna
malik olan Sosial və Aqrar-Texnoloji
Kollecə çevrilmə yolu ilə yenidən
təşkil edilsin.
9. Şəki Dövlət Texniki
Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında
yenidən təşkili yolu ilə publik hüquqi şəxs
statusuna malik olan Şəki Dövlət Regional
Kolleci yaradılsın.
10. Bu Qərarın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
10.1. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə:
10.1.1. publik hüquqi
şəxsin yenidən təşkili və ləğv edilməsi;
10.2. Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə:
10.2.1. bu Qərarın
10.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikası Qanununun
8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər
məsələlərin həlli.
11. Bu Qərarın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Bakı İdarəetmə və Texnologiya Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Dövlət Sosial-İqtisadi Kolleci, Bakı Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Sumqayıt Musiqi Kolleci, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Şəki Dövlət Texniki Kolleci, Şəki Dövlət Regional Kolleci öz fəaliyyətlərini davam etdirsinlər.
12. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi bu Qərarın icrası ilə əlaqədar
qənaət edilən maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə
yönəldilməsini, həmçinin azad
olmuş maddi-texniki
bazanın təhsil sisteminin məqsədləri
üçün istifadə
olunmasını təmin etsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 745, ¹ 10, maddə 969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə 399, ¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə 775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə 214, ¹ 6, maddə 751, ¹ 7, maddə 907, ¹ 9, maddə 1120; 2015, ¹ 3, maddə 336, ¹ 6, maddə 807, ¹ 8, maddə 966, ¹ 10, maddələr 1226, 1229, ¹ 12, maddə 1571; 2016, ¹ 1, maddə 176, ¹ 2 (II kitab), maddə 373, ¹ 3, maddə 622, ¹ 5, maddə 957, ¹ 6, maddə 1209, ¹ 10, maddə 1723, ¹ 11, maddə 1919; 2017, ¹ 2, maddələr 285, 302, 319, ¹ 6, maddələr 1223, 1226; 2018, ¹ 11, maddələr 2429, 2456, ¹ 12 (II kitab), maddələr 2739, 2759; 2019, ¹ 11, maddə 1853; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 mart tarixli 107 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
13.1. 11-ci, 12-ci, 13-cü, 15-ci, 18-ci, 21-ci, 22-ci və
25-ci hissələr aşağıdakı redaksiyada
verilsin:
“11. Azərbaycan Dövlət Neft
və Sənaye Universitetinin nəzdində
Sənaye və Texnologiya Kolleci
12. Azərbaycan Dövlət İqtisad
Universitetinin nəzdində Qida Sənayesi Kolleci
13. Azərbaycan Dövlət İqtisad
Universitetinin nəzdində Sosial-İqtisadi Kollec
15. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
nəzdində Humanitar Kollec
18. Bakı Dövlət Universitetinin nəzdində
İqtisadiyyat və Humanitar Kollec
21. Azərbaycan Milli Konservatoriyasının nəzdində
Sumqayıt Musiqi Kolleci
22. Gəncə Dövlət Universitetinin nəzdində
Regional Kollec
25. Lənkəran Dövlət
Universitetinin nəzdində
Sosial və Aqrar-Texnoloji Kollec”.
13.2.
24-cü və 27-ci hissələr
ləğv edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti 2020.- 12 iyul.- S.4