14 iyul
1969-cu il… Azərbaycanın yeni inkişaf mərhələsinin
başlandığı gün
Sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi illərdə Azərbaycan uğurla, sürətlə inkişaf
edib. 1969-cu ildə o,
Azərbaycan Respublikasının rəhbəri seçiləndə
Azərbaycan sovet məkanında ən
geridə qalmış respublikalardan biri idi. Bunu sosial-iqtisadi göstəricilər də təsdiq
edir. On üç il ərzində
yorulmaz fəaliyyət nəticəsində
Azərbaycan sovet məkanında ən
qabaqcıl respublikalardan birinə çevrilmişdir.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
14 iyul 1969-cu il – yaddaşlara Azərbaycanın XX əsrdəki inkişafının başlanğıc günü kimi həkk olunub. Həmin gün siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev, sözün həqiqi mənasında, tədricən republikanın həyatında əsaslı dəyişikliyə nail olmuş, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görmüş və Azərbyacanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının başlanğıc tarixini yazmışdır. Həmin tarix həm də milli özünüdərkin oyanışının, soykökə qayıdışın başlanğıc dövrüdür. Ulu öndər həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək, Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmışdır. Heydər Əliyevin azərbaycançılıq ideyası hər bir soydaşımızda xalqın nə vaxtsa öz azadlığına, istiqlaliyyətinə qovuşacağına inam yaratmışdır. 14 iyul 1969-cu ildən başlanan yol Azərbaycan xalqını tərdicən müstəqilliyə doğru apardı.
1969-cu ilə qədər Azərbaycan Sovet İttifaqının aqrar
respublikası kimi tanınıb. Həmin
tarixdən sonra respublikamız inkişaf etmiş sənaye
ölkəsinə, elmi-texniki tərəqqinin
geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti
ilə tanınan bir diyara
çevrilib. Ona
görə də 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər
Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin
müstəqillik tarixinin, parlaq
və işıqlı yolunun
başlanğıcı kimi qiymətləndirilir.
Prezident İlham
Əliyev həmin dövrü
xatırladaraq deyib: “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını
doğma xalqına həsr etmişdir.
Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə
xidmət etmişdir. Cəmiyyətin
ictimai-siyasi quruluşundan
asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini
hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik
dövründə Azərbaycan üçün,
xalqımız üçün ən həlledici
anlarda Heydər Əliyevin liderlik
keyfiyyətləri, onun müdrikliyi,
düşünülmüş siyasəti
və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas
etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün
dövrlərdə ona arxa-dayaq
olmuşdur”.
1969-cu ildən başlayaraq
Azərbaycan sosial-iqtisadi göstəricilərə
görə qabaqcıl respublikalardan birinə
çevrildi. Ulu
öndərin xalqına, millətinə, Vətəninə sonsuz məhəbbəti onun
hər addımında özünü
büruzə verirdi. Müdrik
şəxsiyyətin on üç
il ərzində yorulmaz
fəaliyyəti nəticəsində sovet
məkanında Azərbaycanın adı daim
ön sıralarda çəkildi. Həmin dövrdə həyata keçirilən məqsədyönlü
iqtisadi siyasət nəticəsində
1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi
tanınan Azərbaycan sənaye ölkəsinə, yüksək
mədəniyyəti ilə beynəlxalq miqyasda
tanınan, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya çevrildi. Bunu faktlar da
təsdiqləyir: 1969-1985- ci illərdə
Azərbaycanda 213 yeni iri
sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. O dövrdə Azərbaycanın milli gəlirinin ümumi həcmi
2,5 dəfə artıb.
Ulu öndər sonralar öz
çıxışlarının birində o
dövrü belə xarakterizə edirdi: "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə
respublika iqtisadiyyatı
bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm
qoymuşdu. Yaranmış
ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın
inkişafı üçün prinsipial cəhətdən yeni
konseptual yanaşma
yolları işlənib hazırlanmalı, xalq
təsərrüfatında köklü struktur dəyişiklikləri
aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində
təzə metodlar tətbiq edilməli idi".
Elmin, təhsilin inkişafı, yetişən gənc nəslin
hərbi vətənpərvərlik ruhunda
böyüməsi, savadsızlığın aradan
qaldırılması ulu öndərin
qarşıya qoyduğu prioritet
vəzifələrdən biri idi. 1969-1982-ci illərdə bu
istiqamətdə əsaslı iş görüldü və respublikamız yeni mərhələyə qədəm qoydu. O dövr
həm də Azərbaycanda elm və təhsilin
inkişaf dövrü
kimi xatırlanır. Əgər 1969-cu ildə
Azərbaycanda 765 orta məktəbdə
ildə 73 min şagird
təhsil alırdısa, 1981-ci ildə 335 min
şagirdi əhatə edən 2625 məktəb
və günüuzadılmış qrup fəaliyyət
göstərirdi. Ulu öndərin respublikaya rəhbərliyinin birinci
dövründə ali məktəblərdə
100-dən artıq ixtisas
açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır.
XX əsrin 70-80-ci illərində
təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirlməsi, milli
kadrların yetişdirilməsi məqsədilə SSRİ-nin ən nüfuzlu
ali təhsil müəssisələrində
yüksək ixtisaslı mütəxəssislərin
yetişdirilməsi ulu öndərin
uzaqgörən siyasətinin göstəricisi idi. Bu, həm də gələcək müstəqilliyimiz
üçün zəruri intellektual
potensial yaradılması məqsədi
daşıyırdı. Həmin dövrdə keçmiş
SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində
respublikamızın xalq təsərrüfatı,
elm, təhsil və mədəniyyətinin
80-dən artıq sahəsini əhatə edən və ən
zəruri ehtiyac duyulan
250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti
bu gün müstəqil
Azərbaycanın iqtisadiyyatının, elminin,
təhsilinin inkişafında, dövlətçiliyinin
möhkəmləndirilməsində fəal iştirak
edirlər.
Azərbaycanda milli dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız ulu öndərimiz Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı, cəsarətli bir dövlət xadimi, siyasi lider reallaşdıra bilərdi. Bu baxımdan, ulu öndərin milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar xüsusi qeyd edilməlidir. Məhz, Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ulu öndərin bu istiqamətdə atdığı qətiyyətli addım kimi yaddaşlara həkk olunub. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş sovetlər birliyində mövcud olan 54 ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi.
Heydər Əliyevin xalqımız
qarşısında müstəsna xidmətlərindən biri Azərbaycan dilinin – ana dilinin qorunub
saxlanılması, sərt sovet rejimində
milli dəyərlərimizi
yaşatması olub. Həmin
vaxt Azərbaycan dili və
Azərbaycan tarixi ilə bağlı tədqiqat
işlərinin genişləndirilməsi, akademik
nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil
olduğu bir şəraitdə
Azərbaycanın 1978-ci il
Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir”
müddəasının salınması ulu
öndərin misilsiz tarixi
xidmətlərindəndir.
Azərbaycançılıq ideyası ulu öndərin fəaliyyətinin hər
addımında özünü büruzə
verirdi. Həmin illərdə
görkəmli dövlət xadiminin
bilavasitə göstərişi və rəhbərliyi ilə
Azərbaycandakı memarlıq abidələrində bərpa
işləri aparılmış, tarix və
mədəniyyət abidələrinin pasportu
hazırlanmış, şair və
yazıçıların yubileyləri keçirilmiş,
tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının
abidələri ucaldılmış, onların adlarını
daşıyan yaşayış məntəqələri
salınmış, milli
varlığımızın, dəyərlərimizin və adət-ənənələrimizin
təbliğinə xidmət edən filmlər çəkilmişdir.
Heydər Əliyev doğma
Vətəni Azərbaycana və millətinə qəlbən
bağlı olan və
respublikamızın yüksəlişi üçün
fədakarlıq göstərən rəhbər idi. Onun müdrik, uzaqgörən və
səriştəli rəhbərliyi nəticəsində
respublikamız nəinki nəhəng sovetlər ölkəsində
yüksək göstəricələrə nail
oldu, həm də dünyada
tanındı və özünün
hazırki müstəqilliyini təmin etdi.
Ulu öndərin gördüyü işlər, prinsipiallığı, şəxsi keyfiyyətləri, əlbəttə, sovet rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilirdi. 1982-ci ildə Yuri Andropov SSRİ rəhbərliyinə gələndən sonra onun ilk təyinatı, məhz, ulu öndərlə bağlı olmuşdur. O, Heydər Əliyevi Moskvaya dəvət etmiş və ona yüksək vəzifə təklif etmişdir – SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Sov.İKP MK Siyasi Bürosunun üzvü.
Prezident İlham
Əliyev çıxışlarının birində həmin
illəri belə xarakterizə edib: “Mən
yaxşı xatırlayıram, atam bir neçə gün tərəddüd
edirdi, Azərbaycandan getmək istəmirdi.
Onun gördüyü
işlər, əlbəttə ki, Azərbaycanı
böyük dərəcədə inkişaf etdirmişdi və
Azərbaycanın gələcək inkişafı ilə
bağlı böyük planları var idi. Ancaq o vaxt, təbii ki, güclü nizam-intizam var idi, eyni
zamanda, sovet dövləti
qarşısında yeni vəzifələr
durmuşdu və o, bu yüksək məsuliyyəti öz üzərinə götürmüşdü.
1982-1987-ci illərdə o, bir
çox önəmli sahələrə rəhbərlik
edərək, sovet dövlətinin uğurlu inkişafına öz
töhfəsini vermişdir. Onun bilavasitə rəhbərliyi ilə böyük infrastruktur
layihəsi olan Baykal-Amur
dəmir yolu uğurla
inşa edilmiş, tikintisi tamamlanmışdır. Eyni zamanda, daim
Azərbaycana böyük diqqət,
kömək göstərirdi. Əlbəttə, onun burada gördüyü
işlər və fəaliyyəti imkan verirdi ki, o,
Azərbaycanı tərk edəndən sonra
da Azərbaycan inkişaf
etsin...”
Heydər Əliyevin beynəlxalq aləmdə böyük nüfuz sahibi olması SSRİ-nin o vaxtkı rəhbərliyini ciddi
narahat edirdi. Mixail Qorbaçov və ətrafı min bir fitnə-fəsadla ulu öndəri “zərərsizləşdirməyə”
çalışırdı. Nəhayət, 1987-ci ildə heç bir əsas olmadan ovaxtkı sovet rəhbərliyi
tərəfindən Heydər Əliyev bütün
vəzifələrdən uzaqlaşdırıldı. Qeyd etdiyimiz kimi, onun peşəkarlığı,
gördüyü
işlərin nəticələri, nüfuzu
Mixail Qorbaçovu və
tərəfdarlarını qorxuya
salmışdı.
Heydər Əliyev SSRİ-nin
təməlinin laxladığını çox
yaxşı bilirdi. Prezident
İlham Əliyevin dediyi
kimi, Heydər Əliyev görürdü
ki, ölkədə vəziyyət pisləşməyə
doğru gedir. O görürdü ki, real islahat əvəzinə,
boşboğazlıq, populizm hökm sürür. O görürdü ki, qəbul
edilmiş qərarlar sovet
dövlətinin zəifləməsinə xidmət göstərir.
Eyni zamanda, 1985-ci ildən
başlayaraq, Sovet
İttifaqında milli münasibətlər
sahəsində çox böyük
pozuntulara yol verilmişdi. Sovet dövlətini
vahid bir dövlət kimi saxlayan, ilk növbədə, milli
münasibətlərin, tənzimlənməsi idi.
1985-ci ilə qədər bu münasibətlər,
demək olar ki, sağlam zəmində qurulmuşdu.
Bütün xalqlar rahat inkişaf edə, öz mədəniyyətini qoruya
bilirdilər. Ancaq Mixail
Qorbaçovun səpdiyi milli
ədavət toxumu artıq yetişmək
üzrə idi.
1990-cı ilin yanvarında sovet ordusunun Azərbaycanda
törətdiyi vəhşilik sovet rejiminin növbəti qəddarlığı idi. Buna ilk
etiraz səsini qaldıran, məhz, ulu öndər Heydər Əliyev oldu. O, özünün və
ailə üzvlərinin həyatını riskə qoyaraq 1990-cı il
yanvarın 21-də Moskvada Azərbaycanın
Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında
çıxış edərək bu
qanlı faciənin təşkilatçılarını kəskin
tənqid etdi. Bu, böyük cəsarətli addım bir daha göstərirdi ki, Azərbaycan xalqının problemləri, mənafeyi,
dərdi onun üçün
hər şeydən üstündür.
Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışından sonra
Azərbaycan böyük fəlakətlərdən,
vətəndaş qarşıdurmasından, parçalanmaqdan,
dünya xəritəsindən silinməkdən
azad oldu. Ulu öndərin dövlət idarəçiliyindəki
zəngin təcrübəsi Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri
sırasına qoşdu.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev bu məsuliyyətli vəzifəni üzərinə götürərkən bəyan etmişdir ki, bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insana qayğı və diqqət üzərində quraraq sosialyönümlü siyasət həyata keçirəcəkdir. Görülən işlər ölkəmizi günü-gündən irəliyə doğru aparır.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti 2020.- 14 iyul.- S.3.