Azərbaycan Respublikası Nazirlər Kabineti­nin “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün ti­kinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş plan­lara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 6 nömrəli, “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın təsdiq edilməsi haqqında” 2016-cı il 5 iyul tarixli 264 nömrəli, “Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə” 2016-cı il 8 dekabr tarixli 495 nömrəli və “Məişət abonentlərinin mövcudya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (möv­cud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 222 Bakı şəhəri, 29 iyun 2020-ci il

 

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəllə-sində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzim-ləmə haqqında” Azərbaycan Respub­likasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respub-li­kası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respub-likası Prezidentinin 2018-ci il 7 may tarixli 42 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2015, ¹ 1, maddə 58, ¹ 10, maddə 1210; 2016, ¹ 2 (II kitab), maddə 364; 2017, ¹ 3, maddə 515; 2018, ¹ 4, maddə 1138, ¹ 8, maddə 1819; 2019, ¹ 7, maddə 1358, ¹ 12, maddə 2074) ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumat-landırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.8-ci bəndə “yerli icra hakimiyyəti orqanına” sözləri “tikintiyə icazə verən orqana (quruma)” sözləri ilə əvəz edilsin;

1.2. 1.9-cu, 3.2-ci və 4.1-ci bəndlərə ismin müvafiq hallarında “yerli icra hakimiyyəti orqa­nı” sözlərindən sonra ismin müvafiq hallarında “, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik” sözləri əlavə edilsin;

1.3. 2.2-ci bəndə, 2.3-cü bəndin birinci cümləsinə və 3.1-ci bəndə ismin müvafiq hallarında “yerli icra hakimiyyəti orqanları” sözlərindən sonra ismin müvafiq hallarında “Azərbaycan Respub-likası Mənzil İnşa­atı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 7, maddə 1344; 2019, ¹ 7, maddə 1358) ilə təsdiq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallarda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissəyə, 5-ci hissənin birincidördüncü cümlələrinə, 6-cı və 7-ci hissələrə ismin müvafiq halla­rında “orqan” sözündən sonra ismin müvafiq hallarında “(qurum)” sözü əlavə edilsin;

2.2. 2.3-cü bənddə “yerli icra hakimiyyəti orqa­nının” sözləri “orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

2.3. 4-cü hissədə “müvafiq yerli icra hakimiyyəti orqanına” sözləri “tikintiyə icazə verən orqana (quru­ma)” sözləri ilə əvəz edilsin.

3. Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2214; 2019, ¹ 7, maddə 1358) aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezi-dentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanları­nın normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;

3.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Obyektin Tikintisinə İcazə”nin və 2 nömrəli əlavə - “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununda mətn üzrə ismin müvafiq hallarında verilən “orqan” sözündən sonra ismin müvafiq halların­da “(qurum)” sözü əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (II kitab), maddə 1659; 2019, ¹ 7, maddə 2067) ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcudya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 2.20-ci bəndinin birinci cümləsinə “həmin orqanın” sözlərindən sonra “(qurumun)” sözü əlavə edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 1 iyul.- S.6.