Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli, “İs­tehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşul­ması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 13 av­qust tarixli 275 nömrəli, “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında2015-ci il 12 yanvar tarixli 4 nömrəli və “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 223 Bakı şəhəri, 29 iyun 2020-ci il

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2018-ci il 7 may tarixli 42 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 1032; 2014, ¹ 1, maddə 69; 2016, ¹ 2 (II kitab), maddə 361, ¹ 11, maddə 1951; 2017, ¹ 7, maddə 1486; 2018, ¹ 4, maddə 834, ¹ 6, maddə 1366, ¹ 11, maddələr 2455, 2461) ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün tex­niki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.5-ci bənddə “müvafiq yerli icra hakimiyyəti orqanına (bundan sonra – MYİHO)” sözləri “tikintiyə icazə verən orqana (quruma)” sözləri ilə və “MYİHO-nunsözü “həmin orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

1.2. 2.7-ci, 2.8-ci, 2.9-cu, 2.12-ci bəndlərdə, 2.14-cü, 2.15-ci və 2.22-ci bəndlərin birinci cümlələrində, 2.28-ci bəndin birinciikinci cümlələrində, 2.39-cu (ikinci halda) və 2.41-ci bəndlərdə ismin müvafiq halların­da “MYİHO” akronimi ismin müvafiq hallarında “tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.3. 2.14-cü bəndin üçüncü və 2.15-ci bəndin ikinci cümlələrində, 2.17-ci, 2.18-ci və 2.39-cu (birinci halda) bəndlərdə ismin müvafiq halla­rında “MYİHO” akronimi ismin müvafiq hallarında “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin.

2. “İstehlakçıların su təchizatı və tul­lantı sularının axıdılması sisteminə qo­şulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2014, ¹ 8, maddə 1009; 2016, ¹ 2 (II kitab), maddə 362; 2018, ¹ 8, maddə 1817) aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzas 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qay­dası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;

2.2. həmin Qərarla təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşul­ması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları” üzrə:

2.2.1. 1.10-cu bəndin ikin­ci cümləsində “Müvafiq yerli icra hakimiyyəti orqanı (bundan sonra – MYİHO)” sözləri “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;

2.2.2. 2.6-cı bəndin birinci (hər iki halda), 2.8-ci bəndin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində, 2.9-cu və 2.12-ci bəndlərdə, 2.14-cü və 2.16-cı bəndlərin birinci cümlələrində, 2.22-ci bənddə və 2.23-cü bəndin birinci cümləsində ismin müvafiq halların­da “MYİHO” akronimi ismin müvafiq hallarında “tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;

2.2.3. 2.6-cı bəndin ikinci, 2.8-ci bəndin birinci (birinci halda) və ikinci (birinci halda), 2.14-cü bəndin üçüncü, 2.16-cı bəndin ikinci cümlələrində və 2.21-ci bənddə ismin müvafiq halların­da “MYİHO” akronimi ismin müvafiq hallarında “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2014, ¹ 9, maddə 1133; 2019, ¹ 5, maddə 948) ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın 1.5-ci bəndinə “yerli icra hakimiyyətinin” sözlərindən sonra “, Azərbaycan Res­publikası Mənzil İnşaatı Dövlət Agent­liyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2015, ¹ 1, maddə 56; 2017, ¹ 3, maddə 514; 2018, ¹ 7 (II kitab), maddə 1646; 2019, ¹ 2, maddə 358) ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyest­rin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “yerli icra hakimiyyəti orqanı” sözlərindən sonra “, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik” sözləri əlavə edilsin;

4.2. 3.1.1-ci yarımbənddə “yerli icra hakimiyyəti orqanı” sözləri “orqan (qu­rum)” sözləri ilə əvəz edilsin;

4.3. 3.1.2-ci yarımbənddə “yerli icra hakimiyyəti orqanı” sözləri “istismara icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;

4.4. 3.1.2.2-ci yarımbəndə (hər iki halda) “orqanın” sözündən sonra “(quru­mun)” sözü əlavə edilsin;

4.5. 3.1.4-cü yarımbəndə “Yerli icra hakimiyyəti orqanı” sözlərindən sonra “, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik” sözləri əlavə edilsin;

4.6. 4.2-ci bəndin birinci cümləsində “Yerli icra hakimiyyəti orqanı” sözləri “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə və ikinci cümləsində “yerli icra hakimiyyəti orqanına” sözləri “tikintiyə icazə verən orqana (quruma)” sözləri ilə əvəz edilsin;

4.7. 4.2-1-ci və 4.2-2-ci bəndlərin birinci cümlələrində ismin müvafiq hallarında “yerli icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “tikinti barədə məlumatlandırılan orqan (qu­rum)” sözləri ilə əvəz edilsin;

4.8. 4.3-cü bəndin birinci cümləsində “yerli icra hakimiyyəti orqanına” sözləri “tikintiyə icazə verən orqana (quruma)” sözləri ilə və ikinci cümləsində “Yerli icra hakimiyyəti orqanı” sözləri “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;

4.9. 4.7-ci bənddə “yerli icra hakimiyyəti orqanları” sözləri “is­tismara icazə verən və ya tikinti barədə məlumatlandırılan orqan (qurum)” sözləri ilə və “nəzərdə tu­tulmuş sənədləri” sözləri “və 4.2-2-ci bəndində nəzərdə tutulmuş sənədləri və məlumatları” sözləri ilə əvəz edilsin;

4.10. 4.8-ci bəndin birinci cümləsinə “yerli icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə mövcud tikinti obyektlərinə münasibətdə)” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2015, ¹ 1, maddə 57, ¹ 11, maddə 1417; 2016, ¹ 6, maddə 1193, ¹ 10, maddələr 1725, 1743; 2017, ¹ 4, maddə 636, ¹ 6, maddə 1219, ¹ 10, maddə 1882; 2018, ¹ 1, maddə 139; 2018, ¹ 11, maddə 2454; 2019, ¹ 7, maddə 1311, ¹ 12, maddə 2074) ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razı­laşdırılması və təsdiq olunması qayda­ları, habelə həmin planların razılaşdırıl­dığı orqanların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.5-ci bəndin birinci cümləsində “orqanları” sözü “orqanlarının, Azərbaycan Respublikası Mənzil İn­şaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin (bundan sonramü­vafiq orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

5.2. 3.18.1-ci yarımbənddə “yerli icra hakimiyyəti orqanı” sözləri “müva­fiq orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

5.3. 5.14-cü bəndə “bələdiyyəyə,” sözündən sonra “Azərbaycan Respub­likası Mənzil İnşaatı Dövlət Agentliyinin qərarı əsasında hazırlandığı halda həmin Agentliyə,” sözləri əlavə edilsin;

5.4. 5.16-cı bəndin birinci cümləsində “yerli icra hakimiyyəti orqanı” sözləri “müvafiq orqan (qurum)” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 1 iyul.- S.8.