Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2015-ci il
3 fevral tarixli 27
nömrəli Qərarı ilə təsdiq edilmiş
“Tikinti materiallarının və məmulatının
standartlara uyğunluğunun
yoxlanılması Qaydaları”nda dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 224 Bakı
şəhəri, 29 iyun 2020-ci il
“Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
tənzimlənməsi və
sahibkarların maraqlarının
müdafiəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 30 may tarixli
1602-VQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 13
iyun tarixli 1243 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 2, maddə 217) ilə təsdiq edilmiş “Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları”nın 1.4-cü bəndində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara uyğun” sözləri “bu Qaydalara uyğun, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Nazir
Xalq qəzeti 2020.- 1 iyul.-
S.8.