Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli
262 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Sudan istifadə Qaydaları”nda dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 225 Bakı
şəhəri, 29 iyun 2020-ci il
“İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamının 5.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 950; 2017, ¹ 7, maddə 1480; 2018, ¹ 9, maddə 1939; 2020, ¹ 2, maddə 186) ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na 2 nömrəli əlavə - “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanılan Müqavilə”nin 5.4-cü bəndindən “İqtisad” sözü çıxarılsın.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 1 iyul.- S.8.