“Bəzi tibbi
ləvazimat və preparatların ölkə ərazisindən
aparılmasının müvəqqəti olaraq
məhdudlaşdırılmasına dair tədbirlər
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 230 Bakı
şəhəri, 30 iyun 2020-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, “Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının
28.5-ci bəndinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
“Bəzi tibbi
ləvazimat və preparatların ölkə ərazisindən
aparılmasının müvəqqəti olaraq
məhdudlaşdırılmasına dair tədbirlər
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli
Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹
2, maddə 193, ¹ 4, maddə 498)
aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “tibbi ləvazimat
və preparatların” sözləri “malların” sözü ilə əvəz edilsin.
2. Preambulanın birinci
abzasında “(2019-nCoV) xəstəliyinin” sözləri
“(COVID-19) infeksiyasının” sözləri ilə əvəz
edilsin.
3. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. Yeni koronavirus
(COVID-19) infeksiyası ilə mübarizədə
ehtiyacların təmin edilməsi məqsədilə
siyahısı bu Qərara əlavə olunan malların Azərbaycan
Respublikasının gömrük ərazisindən
aparılması məhdudlaşdırılsın.”.
4. 3-cü hissədə “iyulun
1-dək” sözləri “sentyabrın 1-dək” sözləri ilə
əvəz edilsin.
5. “Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı” Qərara əlavə edilsin (əlavə olunur).
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 1 iyul.- S.8.