Xüsusi karantin rejiminin sərtləşdirilməsi
ilə bağlı əlavə tədbirlər barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 256 Bakı şəhəri, 17
iyul 2020-ci il
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bakı, Sumqayıt, Gəncə,
Lənkəran, Yevlax, Masallı, Cəlilabad,
Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux,
Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl
rayonlarının ərazisində xüsusi
karantin rejiminin sərtləşdirilməsi
ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında
aşağıdakı dəyişikliklər edilsin:
1.1. adından və 6.1-ci bəndindən “Lənkəran,”
və “Samux,” sözləri
çıxarılsın;
1.2. 1-ci hissədən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın və həmin hissədə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilsin;
1.3. 1.1.4-cü yarımbənd ləğv edilsin;
1.4. 1.1.5-ci yarımbənddən “onlayn” sözü
çıxarılsın;
1.5. 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərdə
“2 (iki) saat” sözləri
“3 (üç) saat”
sözləri ilə əvəz edilsin;
1.6. həmin Qərara əlavə - “Fəaliyyətinə
icazə verilən sahələr”in 6.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda
6.7-ci bənd əlavə edilsin:
“6.7. bərbərxanaların, gözəllik
salonlarının fəaliyyəti və kosmetik
xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində
və ya digər məkanda xidmət).”.
2. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi
ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarının 2-ci
hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
2.1. mətnindən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın;
2.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin;
“2.1. 2020-ci il 25 iyul saat 00:00-dan 2020-ci il 27 iyul saat
06:00-dək, 2020- ci il
1 avqust saat 00:00-dan
2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyatın
hərəkəti dayandırılır;”;
2.3. 2.2-ci bənddə “20 iyul”
sözləri “5 avqust” sözləri ilə
əvəz edilsin.
3. Müəyyən edilsin ki, bərbərxanaların,
gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o
cümlədən, bu sahələrdə
müştərinin evində və ya digər
məkanda xidmət) “Müxtəlif ticarət və xidmət
sahələrində, ofislərdə koronavirus
(COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”in
tələblərinə uyğun həyata
keçirilir.
4. Bu Qərar 2020-ci il 20 iyul tarixindən qüvvəyə minir.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 18 iyul.- S.5.