130 dövlətin Azərbaycan
Prezidentinin təşəbbüsünü
dəstəkləməsi diplomatiyamızın növbəti böyük uğurudur
Azərbaycanın sədrliyi
dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq
nüfuzunu, beynəlxalq aləmdə
oynadığı rolunu artırmaq əzmindəyik…
Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının
üzv ölkələri olaraq
BMT Nizamnaməsində nəzərdə tutulan
Baş Assambleyanın COVID–19
pandemiyasına həsr olunmuş dövlət
və hökumət başçıları səviyyəsində
videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi
təklifi ilə çıxış edə bilərik.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının təmas qrupu formatında Zirvə görüşündəki giriş nitqindən
4 may 2020-ci il
Aqillər deyirlər ki,
hansısa təşəbbüsün və ya
təklifin qəbulu zamanı iki məqam xüsusi rol oynayır: Birinci, irəli sürülən təşəbbüs
hansı dairədə, nə qədər insanın mənafeyinə
uyğundur? İkinci,
bu təşəbbüs kim
tərəfindən irəli sürülür?
Tarixi sənədlərdə
göstərilir ki, 1789-cu ildə ABŞ
Konstitusiyasına insan hüquq
və azadlıqları barədə müddəaların daxil edilməsi zamanı bu
iki məsələ daha
kəskin şəkildə ortaya
çıxmışdı. O zaman bildirilmişdi ki, əsas qanuna bu müddəaların
daxil edilməsi ölkənin bütün ştatlarının əhalisinin
mənafeyinə uyğundur. Təklifin
müəllifi isə, az qala
hamının tanıdığı, sonradan
ABŞ-ın üçüncü Prezidenti olmuş Tomas Cefferson idi. Ona görə də təklif
dərhal qəbul edilmiş və ratifikasiyaya göndərilmişdi.
Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin bu il mayın 4-də Qoşulmama Hərəkatının təmas qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşündəki giriş nitqində səsləndirdiyi təklifin qısa müddət ərzində 130 ölkənin dövlət və hökumət başçıları tərəfindən dəstəklənməsi zamanı da, yəqin ki, yuxarıda qeyd etdiyimiz iki məqam xüsusi olaraq nəzərə alınmışdır. Birinci, dövlət başçımızın bu təşəbbüsünün səmərə verəcəyi insanların əhatə dairəsi barədə danışmağa ehtiyac duyulmur. Çünki bu təklif planetimizin bütün sakinlərinin maraq və mənafeyinə uyğundur. İkinci, bu təşəbbüs dünyanın bloklara qoşulmayan 120 dövlətinin ali səviyyəli rəsmilərinin razılığı ilə gündəmə gətirilmişdi və onu dilə gətirən şəxs dünya siyasətində özünəməxsus yeri olan Qoşulmama hərəkatının və Türk Şurasının sədri Azərbaycan Prezidenti cənab İlham Əliyev idi.
Xatırladaq ki,
həmin təşəbbüsün səsləndirildiyi tədbirdə
Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı,
BMT-nin Baş katibi, BMT Baş
Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının
baş direktoru, Afrika İttifaqı və Avropa
İttifaqı kimi beynəlxalq təşkilatların
yüksək çinli nümayəndələri
də iştirak etmişdilər. Üstəlik,
tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin
təmsil olunduğu ikinci
ən böyük siyasi
təsisatdır. Yəni bu təklifin – təşəbbüsün
bəyənilməsi, təqdir olunması üçün
çoxsaylı əsaslar var idi.
Bu məqamda bir faktı xüsusilə vurğulamaq
zərurəti var. Belə ki, Azərbaycan Prezidentinin
Bakıdan səsləndirdiyi həmin təşəbbüsün
dünya ictimaiyyəti üçün
nə qədər əhəmiyyətli olduğunu
təkrar etməyə ehtiyac yoxdur. Çünki
hamı bilir ki, əsas
məqsəd koronavirus pandemiyasına
qarşı birgə mübarizə aparmaq
üçün səylərin birləşdirilməsindən
ibarətdir. Rəsmi İrəvanın dünya əhəmiyyətli bu
layihənin əleyhinə səs verməsi isə bir daha onu
göstərir ki, işğalçı
ölkəyə xəstə təxəyyüllü, dünya xalqlarının taleyi
ilə oynamaq dərəcəsində
gerizəkalı insanlar rəhbərlik
edirlər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev adı çəkilən təşəbbüsün beynəlxalq aləmdə dəstəklənməsinə və təqdir olunmasına münasibət bildirərkən deyib ki, pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb: “Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var: “Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib”.
Xatırladaq ki,
mayın 4-də keçirilən tədbirdən sonra Qoşulmama Hərəkatının
sədri Prezident İlham
Əliyev Qoşulmama Hərəkatı
ölkələri adından BMT Baş
Assambleyasının dövlət və hökumət
başçıları səviyyəsində videokonfrans
vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə Baş
katib Antonio Quterreşə
müraciət ünvanlamışdı. BMT Baş
katibi mayın 28-də Baş
Assambleyanın “Prosedur Qaydaları”
adlı sənədinin 9 (a) bəndinə
uyğun olaraq bütün üzv ölkələrə
müraciət edərək 30 gün
müddətində, yəni iyunun 27-nə
qədər təşəbbüsə dair
münasibət bildirilməsini xahiş edib.
Bəs Bakıdan Nyu-Yorka və
oradan da
dünyanın bütün ölkələrinə
göndərilən bu müraciətlərin
nəticəsi nə oldu? Nəticə ondan ibarətdir ki,
dövlət başçımızın təşəbbüsü
lazım olandan da çox səs qazanaraq, qəbul
edildi. Rəsmi məlumatda bildirilir
ki, qaydalara əsasən,
BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir)
təşəbbüsü dəstəklədiyi təqdirdə,
xüsusi sessiya təşkil
olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə,
sözügedən müddətin bitməsinə qədər
130-dək ölkə təşəbbüsə dəstək
verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.
Yəni, nəticə göz
qabağındadır. Üstəlik, bu təşəbbüsü
dəstəkləyən ölkələrdən BMT ofisinə
gələn məlumatlarda bildirilir ki, Prezident İlham Əliyevin Baş
Assambleyanın xüsusi
sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü
vaxtında irəli sürülmüş
və çox ehtiyac duyulan təşəbbüsdür. Yəni xüsusi sessiyanın keçirilməsi
artıq təkcə həmin ölkələrin deyil, BMT-yə üzv olan bütün dövlətlərin
ümumi məsələsinə çevrilib.
Bu zaman
bir məqamı da xüsusi vurğulamaq istərdik.
Belə ki, “Mən dövlət
başçısı seçilərəmsə, bütün azərbaycanlıların prezidenti olacağam” vədini
yüksək səviyyədə günün
reallığına çevirən İlham
Əliyev bu lokal
müstəvidən kənarda da öz sözünün
üstündə durmağın nümunəsini
yaratdı. Belə ki, ötən il oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və
hökumət başçılarının XVIII Zirvə
görüşündə bu beynəlxalq
təşkilata sədrlik Venesuela Bolivar Respublikasından Azərbaycana keçmişdi. Hərəkatın yeni sədri – Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyev zirvə görüşündəki nitqində beynəlxalq
ictimaiyyət qarşısında çox
böyük bir
öhdəlik götürdüyünü
dilə gətirmişdi: “Azərbaycan Qoşulmama
Hərəkatında sədrliyi zamanı digər təsisatlarla
dialoqun qurulması və inkişaf
etdirilməsi, əməkdaşlığın
coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir.
Qoşulmama Hərəkatına üzv
ölkələrin əksəriyyəti inkişaf
etməkdə olan ölkələr olduğundan hərəkat çərçivəsində
iqtisadi sahədə əməkdaşlığın
inkişaf etdirilməsi çox
mühümdür... Üzv
dövlətlərin maraqlarının BMT çərçivəsində
birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir”. Sitatın son cümləsinə
diqqət yetirin. Buyurun,
bu, dövlət
başçımızın ötən ilin
oktyabrında üzv dövlətlərin
maraqlarının təmin edilməsi üçün
verdiyi vəd, bu da iyunun son
günlərində Nyu-Yorkdan gələn
xəbər. Siyasətçinin, liderin verdiyi vədə əməl etməsinin bariz nümunəsi, məhz delə olur.
Biz inanırıq ki, dövlət başçımızın
oktyabrın 25-də səsləndirdiyi başqa
bir ifadənin də real
nəticələrini tezliklə görəcəyik. Qoşulmama Hərəkatının yeni sədri həmin gün
demişdi: “Azərbaycan Qoşulmama
Hərəkatında sədrliyi zamanı öz
prioritetlərini və fəaliyyətini tarixi
Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi
bütövlüyünə hörmət, dövlətlərin
daxili işlərinə qarışmamaq və
qarşılıqlı maraqların qorunması və əməkdaşlığın
təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri
Azərbaycanın xarici siyasətinin təməl
prinsipləri ilə üst-üstə düşür...
Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən
istifadə olunmaqla ölkələrin ərazi
bütövlüyünün
pozulması, daxili işlərə
müdaxilə yolverilməzdir”.
Təbii ki, bu, təkcə Azərbaycanın istəyi və tələbi deyil, bu, beynəlxalq ictimaiyyəti daim narahat edən problemlərdən biridir. Həmin problemi yaradan ölkələrdən biri isə pandemiyaya qarşı birgə mübarizə üçün irəli sürülən təşəbbüsün əleyhinə səs vermiş Ermənistandır. İşğalçı, terrorçu, təxribatçı və vassal Ermənistan.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti 2020.- 1 iyul.- S.3.