Azərbaycan Ordusu
düşmən təxribatının layiqli
cavabını verdi
Prezident İlham
Əliyevin vaxtında atdığı addımlar nəticəsində
Ermənistanın niyyəti ifşa edildi
Azərbaycan həm hərb meydanında, həm də diplomatik cəhbədə işğalçı Ermənistanın dərsini verir. İyulun 12-də təxribata əl atan rəsmi İrəvan Milli Ordumuzun gücünü gördü, layiq olduğu cavabı aldı. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev bildirdi ki, Ermənistana sarsıdıcı zərbələr endirildi və bu zərbələr onlara yaxşı dərs oldu. Lazım olan vaxtda lazım olan addımların atıldığını və bundan sonra da atılacağını vurğulayan ölkə başçısı diplomatiyada daha fəal olmağın vacibliyini də önə çəkdi. Prezident İlham Əliyev xalq-dövlət birliyinin çox güclü olduğunu bildirməklə yanaşı, bir daha bəyan etdi ki, Azərbaycan dövləti Vətənimizi qoruyur və qoruyacaq.
Beynəlxalq hüquq
müstəvisində Ermənistanı küncə
sıxışdıran Azərbaycanın istər iqtisadi, istər hərbi, istərsə də diplomatiya sahələrində böyük
uğurlara imza
atması işğalçı ölkədə böyük narahatlıq, təşviş doğurur. Azərbaycanın
uğurla həyata keçirdiyi
hücum diplomatiyası sayəsində
Ermənistanın onsuz da
yaxşı olmayan beynəlxalq imici daha bərbad vəziyyətə
düşür, onun
işğalçı ölkə, terroru,
soyqırımı tarix boyu
siyasətinin əsas elementi olaraq istifadə etdiyi
üzə çıxır.
Baş nazir Nikol
Paşinyanın hakimiyyətə gəlişindən sonra populist bəyanat və
addımları ilə Ermənistan, sözün
əsl mənasında, dalana dirənmiş
vəziyyətdədir və ən əsası,
işğalçı dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
dünyanı aldatmağa xidmət
edən yalançı manevrlərinə artıq yer qalmamışdır və diqqəti
daxilindəki problemlərdən, eləcə də
işğalçılıq siyasətindən
yayındırmağa can atır. Rəsmi
İrəvanın iyulun 12-də Azərbaycanın
Tovuz rayonu istiqamətində
hərbi vəziyyəti gərginləşdirməyə
çalışması məhz bu prizmadan qiymətləndirilməlidir.
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev bildirdi ki, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, halbuki bu, heç bir məntiqə sığmır: “Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunubdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur”.
Bu gün
dünya birmənalı şəkildə
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq
normalarına uyğun olaraq
onu işğal
altında saxladığı əraziləri azad
etməyə çağırır. BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların
qəbul etdikləri müvafiq qətnamələrdə,
o cümlədən münaqişənin dinc yolla
çözülməsi üçün
vasitəçilik missiyasını yerinə yetirən
ATƏT-in Minsk qrupunun
irəli sürdüyü həll
variantlarında Ermənistanın
işğalçı dövlət kimi təqdim
olunması bunun faktiki
sübutudur.
Lakin beynəlxalq ictimaiyyət Ermənistanı
işğalçı dövlət qismində qəbul etməsinə
baxmayaraq, mənfur qonşumuz
hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini
çıxarmağa tələsmir, burada
yaratdığı separatçı rejimə hərtərəfli
dəstəyini davam etdirir,
hətta onun fəaliyyətinə hüquqi don geyindirməyə
çalışır. İşğalçılıq siyasətini
ört-basdır etmək üçün
hərbi təxribatlara əl atır, Azərbaycanın sərhəd
ərazilərini atəşə tutur.
Ancaq bu
dəfə də Ermənistanın nüfuzunu
itirmiş Paşinyan
hökuməti məqsədinə çata
bilmədi. Prezident İlham
Əliyev bəyan etdi ki,
rəsmi İrəvanın çirkin əməldən
sonra onun göstərişilə
qisas əməliyyatının ikinci fazası başlamışdır: “Son iki gün
ərzində düşmənə növbəti dəfə
sarsıdıcı zərbələr endirildi.
Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən
dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə
kimi gətirdiyi məlum postun
da bütün infrastrukturu darmadağın edildi,
bu post artıq mövcud deyil. Düşmənin
texnikası, silah-sursat anbarları, dayaq məntəqələri,
avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi
yerlər Azərbaycan Ordusu tərəfindən
dəqiq və sərrast atəşlə məhv edilmişdir”.
Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ regionunun işğal edilməsi və bu bölgədə etnik təmizləmələr aparması hamıya məlumdur. Son günlərin hadisələri də erməni faşizminin mahiyyətini bir daha üzə çıxardı. Artıq heç kimə sirr deyil ki, işğalçı Ermənistan rəhbərliyi öz ambisiyaları naminə, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq üçün başqa dövlətin sərhədlərini kobud şəkildə pozur. Ancaq erməni rəhbərliyi yenə də yanıldı. Prezident İlham Əliyev çıxışında bildirdi ki, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. “Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu”. Ölkə başçısı, həmçinin Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklərin Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət etməsinə imkan verdiyini də bildirmişdir. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolunun bizim nəzarətimizdə olduğunu vurğulayan ölkə başçısı əlavə etmişdir ki, vaxtilə – 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı.
Azərbaycanın hücum
diplomatiyasını, qlobal təhdidlərə
qarşı adekvat reaksiyasını təmin
edən dövlət başçısı İlham
Əliyevin ölkəmizin diplomatik mövqeyini xeyli dərəcədə
gücləndirməsi heç kimə sirr deyil. Milli
mənafeləri önə çəkən bu
qətiyyətli diplomatiya nəticəsində
Azərbaycanın bölgədə, Avropa
məkanında nüfuzu artmış, siyasi və iqtisadi mövqeyi möhkəmlənmişdir.
Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli, diaspor və lobbi
quruculuğu kimi
prioritetlər həmişə aktual
istiqamətlər olmuşdur. Bununla yanaşı, Prezident
İlham Əliyev
çıxışında belə mühüm
vaxtda fəal diplomatik
siyasətin yürüdülməsinin vacibliyini
bir daha bildirdi: “Mən dəfələrlə
demişəm ki, bizim
diplomatiyamız hücum diplomatiyası
olmalıdır, passiv, özünü
müdafiə edən diplomatiya
olmamalıdır. Kiminsə xoşuna gəlmək
naminə öz sözünü
deməkdən çəkinən diplomatiya
olmamalıdır. Mən bunu dəfələrlə
demişəm, həm müxtəlif tədbirlərdə, həm
Xarici İşlər Nazirliyində, Azərbaycanın
xarici ölkələrdəki səfirləri
ilə görüşlərdə yol
göstərmişəm ki, nə etməlisiniz”.
Hazırda dünyada
ikili standartların tüğyan
etdiyi, anti-Azərbaycan qüvvələrin
ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara kölgə salmağa
çalışdığı bir zamanda, “böyük
güclər”in ölkələri öz təsir
dairəsində saxlamaq cəhdlərinin
gücləndiyi dövrdə düşünülmüş və milli maraqlarımızı özündə ehtiva edən xarici siyasətin
daha da gücləndirilməsinə
ehtiyac var. Prezident İlham Əliyev çıxışında
verilən bəzi göstərişlərin həyatda öz əksini tapmadığını vurğulamaqla yanaşı, əlavə etdi ki, son
vaxtlar bizim
diplomatiyamız ölkəmizin uğurlu
inkişafı ilə uzlaşmır, bəzi hallarda
mənasız işlərlə, mənasız
danışıqlarla məşğuldur.
Bir sözlə,
acınacaqlı siyasi vəziyyətlə
üzləşən N.Paşinyan növbəti
təxribata əl atmaqla Ermənistanı
iflasın astanasına sürükləyir. Böyük
güclərin və erməni lobbisinin əlində
oyuncağa çevilmiş
Ermənistan rəhbərliyi belə təxribat törətməklə
iyrənc və antihumanist məqsədlərini
yerinə yetirməyə çalışır. Ancaq bu dəfə Azərbaycan
işğalçının layiqli
cavabını verdi. Xalqdan
güc və ilham alan güclü ordumuz Ermənistana ağır zərbələr
endirdi. Ən əsası, erməni
işğalçıları Azərbaycan xalqının ordusunun və Prezidentinin ətrafında
sıx birləşdiyinin də şahidi oldu. Nazirlər Kabinetinin
2020-ci ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Əgər kimsə,
hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən
bunu ancaq
alqışlayıram”, – deyən Prezident İlham Əliyevin çağırışına
səs verən minlərlə gənc Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin (SHXCDX) qeydiyyatda
olduqları yerli idarə, şöbə
və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir
və müvafiq qaydada
qeydiyyata alınırlar. Əlbəttə,
Azərbaycan Respublikasının ərazi bütövlüyünün
müdafiəsi Azərbaycan Ordusu tərəfindən
tam təmin edilir. Zərurət yarandığı halda
ehtiyatda olan hərbi vəzifəlilər
mövcud qanunvericiliyin
tələblərinə əsasən SHXCDX -nin
yerli struktur bölmələrinə
çağırılaraq ölkənin müdafiəsinin və
dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə
müvafiq tədbirlərə cəlb
edilə bilərlər.
Beləliklə, Azərbaycan Ermənistanın Tovuzdakı çirkin təxribatına qarşı adekvat cəza tədbirləri həyata keçirir. Ermənistanın bu hadisənin məsuliyyətini Azərbaycanın üzərinə atmaq istəyi də fiaskoya uğradı. Prezident İlham Əliyevin vaxtında atdığı addımlar nəticəsində Ermənistanın niyyəti ifşa edildi. Güclü Ordumuzun son tutarlı addımları göstərdi ki, Azərbaycan torpaqlarını azad etmək üçün hər an istənilən tədbirləri görməyə hazırdır. Xalqın gücü və inamı, Prezident İlham Əliyevin qətiyyəti, Milli Ordumuzun rəşadəti məhz belə deməyə əsas verir.
Xalq qəzeti 2020.- 17 iyul.- S.3.