Azərbaycan milli
mətbuatının dövlətçilik və türkçülük ənənələri
Bugünlərdə böyük maarifçi-demokrat
Həsən bəy Zərdabinin nəşr etdiyi
ilk anadilli qəzetimiz
“Əkinçi” ilə ictimai fikir və mədəni tərəqqi tariximizdə
yeni bir
başlanğıc açmış Azərbacan milli mətbuatının
yaradılmasının 145-ci ildönümü
tamam olur. Prezident İlham
Əliyevin iyunun 30-da imzaladığı
“Azərbaycan milli mətbuatının 145
illik yubileyinin
keçirilməsi haqqında” sərəncam bu
əlamətdar hadisənin dövlət səviyyəsində
və ümumxalq tədbirləri ilə qeyd olunmasını təmin etmişdir.
Sərəncamda bildirilir ki, 1875-ci il iyulun 22-də Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra isə mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğunun fəal iştirakçısı olmuş, istiqlal ideyalarının yayılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunması və yaşadılmasında mühüm rol oynamışdır.
Mötəbər yubiley
sənədində daha sonra
qeyd edilir ki, ötən əsrin 90-cı illərində
dövlət müstəqilliyini bərpa edən Azərbaycanda
müasir kütləvi informasiya
vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildə
ümummilli lider Heydər
Əliyev hakimiyyətə qayıdandan sonra onun bilavasitə rəhbərliyi
ilə həyata keçirilən azad, demokratik media quruculuğu islahatları nəticəsində
ölkədə senzura, söz
və məlumat azadlığını məhdudlaşdıran
digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini
tənzimləyən mütərəqqi qanunvericilik
bazası yaradılmış, onun problemlərinin
həlli, iqtisadi müstəqilliyinin
gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun
yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər
görülmüşdür.
Ulu öndərin milli jurnalistikamızın tarixində yeni parlaq səhifələr açan önəmli qərarları ilə KİV-in fəaliyyəti üçün əlverişli şərait yaradılması, borcların silinməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların xidmətlərinin dövlət tərəfindən mükafatlandırılması kimi addımları medianın maddi-texniki bazasının yeniləşdirilməsi və onlarca digər önəmli tədbirlər bazar iqtisadiyyatı dövründə boğulmaqda olan mətbuatın inkişafına əlverişli şərait yaratmışdır. Cəmiyyət Heydər Əliyevin bu əvəzsiz himayədarlığını daim dərin minnətdarlıqla yad edir. Müstəmləkə əsarəti şəraitində milli oyanışa və ictimai-mədəni dirçəlişə ciddi təkan vermiş, istiqlal məfkurəsinin təntənəsində fəal rol oynamış milli mətbuatımızın öyünclü yubileyi ərəfəsində xalqımızın dövlətcilik və türkçülük ənənələrinin qorunmasında və inkişaf etdirilməsində milli mətbuatımızın apardığı mübarizədə ümummilli lider Heydər Əliyevin liderlik fəaliyyəti ilə bağlı daha bir önəmli mövzunu oxucularımızla bölüşmək istədik.
Ümummilli lider
Heydər Əliyevin dövlətçilik kursunda
Azərbaycan–Türkiyə münasibətləri və mətbuat
Azərbaycanda 1993-cü ilin böhranlı yayında xalqın təkidli
tələbi ilə ulu öndər Heydər
Əliyevin hakimiyyətə gəlişi qonşu
dövlətlərlə münasibətlərin
qurulmasını və bu sırada qardaş Türkiyənin danılmaz və strateji mövqeyini önəmli
etdi. Türkiyə Cümhuriyyəti
ilə əlaqələrə xüsusi əhəmiyyət
verən ümummilli lider
Heydər Əliyev dönə-dönə təkrarlayırdı:
“Azərbaycan dünyanın bütün
ölkələri ilə əməkdaşlıq
arzusundadır. Lakin onu
Türkiyə ilə xüsusi münasibətlər
bağlayır. Biz eyni
kökdən boy atmışıq, ümumi cəhətlərimiz çoxdur.
Biz iki ölkədə
yaşayan bir
xalqıq və öz birliyimizi
möhkəmləndirməliyik”.
Seçkilərdən sonra ulu öndərin ilk rəsmi xarici səfəri də Türkiyədən başladı. Paytaxt Ankarada aparılan danışıqlardan sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər imzalanması az bir zaman kəsiyində müstəqilliyini təmin etmiş Azərbaycan üçün olduqca önəmli hadisə idi. Bu Türkiyə-Azərbaycan strateji əməkdaşlığının real təzahürü olmaqla, yaxın gələcəkdə reallaşacaq daha böyük iqtisadi və enerji layihələrində münasibətlərin yeni mərhələsinin üfiqləri idi.
Bu sırada Azərbaycan
Respublikasının Prezidenti Heydər
Əliyevin Türkiyəyə növbəti səfəri
1994-cü il iyunun 9-da
baş tutur. Qısamüddətli səfərdə Heydər
Əliyev ABŞ-ın dövlət katibi Uorren Kristofer, Böyük Britaniyanın Xarici
İşlər naziri Duqlas
Herdi, Türkiyə Silahlı Qüvvələri
baş Qərargahının rəisi, ordu generalı Doğan
Gürəşlə görüşür.
Türkiyəyə qısamüddətli səfərdən
qayıdan Prezident Heydər Əliyev
Rusiyanın müdafiə naziri Pavel Qraçovu qəbul edir.
Əslində, mətbuatın dərc etdiyi bu məlumatlar “Əsrin müqaviləsi”nə gedən yolun “təmizlənməsinə xidmət edirdi” deməklə heç də yanılmırıq. Bu müqavilənin bağlanması ölkədə siyasi sabitliyin təmin edilməsindən, atəşkəsə nail olmaqdan, qonşuların, ən önəmlisi də Rüsiyanın razılıq verməsindən xeyli dərəcədə asılı olduğu o dönəmin ən önəmli faktorlarından idi.
“Əsrin müqaviləsi” adlandırılan Bakı–
Tbilisi–Ceyhan (BTC) neft boru kəmərinin
Türkiyədən keçməsi üçün
də ulu öndər Heydər Əliyevin
diplomatik səyləri önəmli olmuşdur. “Xalq
qəzeti” yazırdı: “Ümummilli liderimiz Heydər Əliyevin gərgin səyləri
ilə “Əsrin müqaviləsi”nin reallaşması təkcə
respublikamız üçün deyil, Qərbin aparıcı dövlətləri,
habelə Cənubi Qafqaz və Orta Asiya regionu
ölkələri üçün strateji əhəmiyyət daşıyır.
Saziş
regionda qlobal layihələrin
gerçəkləşməsinə yol
açmış, xarici dövlətlərin
Azərbaycanla bütün sahələrdə
genişmiqyaslı əməkdaşlığa
marağını artırmış, beynəlxalq maliyyə
qurumları ilə münasibətlərdə keyfiyyətcə
yeni bir mərhələnin
başlanğıcını qoymuşdur“.
Heydər Əliyevin Türkiyəyə 1994-cu il oktyabrın 18-də qısamüddətli səfərində
də problemlərin qarşılıqlı anlaşma
yolu ilə tənzimlənməsi, Xəzərin
statusu kimi məsələrlər
jurnalistləri də maraqlandırmışdır.
Toplantıda Türkiyə, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan
prezidentlərinin zirvə toplantısının böyük iqtisadi və siyasi əhəmiyyətinin olduğu
vurğulanmışdır.
Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin qarşılıqlı səfərləri bundan sonra da davam etdirilmiş, hətta digər ölkələrlə müqayisədə bu səfərlərin müntəzəm xarakter alması hər iki dövlətin gündəmində olmuşdur. 1995-ci il dekabrın 7- 9-da Türkiyə Prezidenti Süleyman Dəmirəlin Azərbaycana rəsmi səfəri “Xalq qəzeti”ndə geniş və əhatəli təqdim olunmuşdur. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi sönrakı illərdə də dünya birliyinə inteqrasiya, müstəqil siyasi dəst-xəttin davamı bütün sahələrdə təsdiqini tapmaqla daha da irəliyə getmiş və Azərbaycanın dünyada tanıdılmasında mühüm rol oynamışdır. Bu barədə “Xalq qəzeti” ən müxtəlif imzalarla dərc etdiyi məqalə və şərhlərində ətraflı məlumatlar yer alır. Türkiyə ilə əlaqələrin inkişafı Azərbaycanın nəinki diplomaik, eləcə də bütün sahələrdə apardığı kursun tərkib hissəsi olmuşdur.
1996-cı il aprelin 14-15-də Türkiyə
Respublikasının Baş naziri M.Yılmazın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana
səfəri, iki ölkə arasında hərbi,
texniki və elm sahələrində
əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması Azərbaycan-Türkiyə
əməkdaşlığının əhatə dairəsini
daha da genişləndirdi.
Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il aprelin 30-da İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakını “Xalq qəzeti” Azərbaycan prezidentinin qardaş Türkiyəyə növbəti səfəri kimi dəyərləndirir. “Qara dəniz regionunda yeni imkanlar” mövzusunda biznes konfransda çıxış edən Heydər Əliyev dünyanın 30 ölkəsindən 400-dən çox nümayəndənin iştirak etdiyi konfransın işini və Qara dəniz iqtisadi əməkdağlığını yüksək qiymətləndirməklə, regiondakı mövcud silahlı münaqişələrin davam etdirilməsini pisləyir. Mətbuatda dərc olunmuş məqalə və təqdimatların əhatəliliyi də göstərir ki, Türkiyə səfəri olduqca məhsuldar olmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyevin keçirdiyi görüşlərin yekunu, mətbuata hər iki tərəfin açıqlamaları Türkiyə ilə münasibətlərin önəmli olduğunu göstərmişdir.
Xəzərin enerji
resurslarının dünya bazarlarına
nəql olunması sahəsində aparılan işlər Azərbaycan
ilə Türkiyənin davamlı işbirliyinin
nəticəsi idi. Əsası ulu öndər tərəfindən qoyulan bu ardıcıl
siyasət bu gün də
uğurla davam etdirilməkdədir.
1998-ci il sentyabrın 7-də
Bakıda tarixi “Ipək yolunun
bərpası üzrə Beynəlxalq konfrans”ın işə
başlaması tarixi hadisə oldu. Konfrasdan bir gün əvvəl “Xalq qəzeti” bu tarixi hadisənin əhəmiyyətini faktlar və rəqəmlərin dili ilə açıqlayır: Böyük İpək yolunun
üstündə 33 olkə yerləşir, TRASEKA-TACİC
proqramlarının gerçəkləşdirilməsi sayəsində
1999-cu ildə yük
daşımalarının həcmi 10 dəfə artaraq 4 milyon tona çatacaq və s. Qəzetin elə həmin sayında Böyük İpək yolunun
tarixi dəyəri dövlət rəhbərləri
tərəfindən də yüksək dəyərləndirilir.
Bu barədə qəzetin təqdim etdiyi Türkiyə Prezidenti
Süleyman Dəmirəlin Azərbaycan Prezidenti Heydər Əliyevin, Gürçüstan
Prezidenti Eduard Şeverdnadzenin, Rumıniya Prezidenti
Emil Konstanineskinin
fikirləri maraq doğurur.
1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə toplantısı keçirildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair” imzaladıqları sənəd mətbuatın gündəmində yeni bir hadisə idi. İstanbul Zirvə toplantısında “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması qərarlaşdırıldı və qaz boru kəmərinin də inşası gündəmə gətirildi. Aydın görünürdü ki, ulu öndər Heydər Əliyev və Türkiyənin dövlət rəhbərləri güclü iradə ortaya qoymasaydılar “Əsrin müqaviləsi” reallaşa bilməzdi. Tarix göstərdi ki, Bakı-Tbilisi-Qars layihəsi də eyni şəkildə həyata keçirildi.
İqtisadiyyata yönəldilən
xarici investisiyalar sahəsində
qardaş ölkə Azərbaycanın əsas
tərəfdaşlarından biri oldu. Azərbaycanın “Petkim”,
“Star” kimi layihələrə
kapital qoyuluşu var. Daha sonra
TANAP layihəsi gəlir, önəmli yatırımlardan birini də o təşkil
edir. Burada söhbət
Azərbaycandan Türkiyə iqtisadiyyatına qoyulan
milyardlarla dollarlıq sərmayə
portfelindən gedir.
ATƏT-in İstanbul
zirvə toplantısında Prezident Heydər
Əliyevin Türkiyənin iştirakı ilə “Qafqaz paktı” yaradılması ideyası ilə
çıxış etməsi də toplantı
iştirakçıları tərəfindən rəğbətlə
qarşılanan hadisə idi. 54 ölkəni
təmsil edən 2 min 500 nümayəndənin
İstanbula, ATƏT-in
zirvə görüşünə yığışması
XXI əsrdə dünyada sülhün,
əmin-amanlığın bərpa edilməsi, münaqişə
ocaqlarının söndürülməsi yolunda
mühüm addımdır və “İstanbul sammiti dünya tarixində, XX əsrdə ən böyük hadisələrdən biridir” qəzetin manşet
xəbəri kimi verilmişdir.
Bütün sahələrdə Azərbaycana siyasi
və iqtisadi yardım göstərən
Türkiyə Cümhuriyyəti müstəqil dövlətçiliyin
əsas atributlarından olan ordu quruculuğu sahəsində
əməkdaşlığı da ildən-ilə
genişləndirmişdir. 1999--2002-ci illərdə hərbi əməkdaşlıq
sahəsində imzalanmış bir
sıra sənədlər Azərbaycan ordusunun
hərbi potensialının inkişafına yüksək təsir
göstərmişdir. Bu əlaqələr Azərbaycan Ordusu
üçün zabit
kadrlarının hazırlanmasında, hərbi təlimlərin
keçirilməsində, maddi-texniki
bazanın möhkəmləndirilməsində və ordumuzun NATO-nun ən müasir standartları səviyyəsində
qurulmasında mühüm rol
oynamışdır.
Əhməd Necdət Sezərin
2000-ci ildə prezident seçilməsi və
iyulun 11- 12-də ilk xarici səfərini Azərbaycana etməsi
Türkiyənin diplomatik kursunda
yeni olmasa da, hakimiyyət dəyişikliyindən sonra da müttəfiqlik mövqeyini bir daha təsdiqlədi.
2001-ci ilin
martında Azərbaycan Prezidenti Heydər
Əliyevin Türkiyəyə növbəti rəsmi səfəri
isə qarşılıqlı faydalı əməkdaşlıq
siyasətinin davam etdirilməsi, 2002-ci il aprelin 29-30-da Türkiyə,
Azərbaycan və Gürcüstan
prezidentlərinin Trabzonda keçirilən
Zirvə görüşündə də gündəmi
müəyyənləşdirir.
On illik bir
keşməkeşli və böhranlı zaman
kəsiyində qurulmaqda olan
Azərbaycana rəhbərlik edən və ölkəni olum-ölüm dilemmasından uğurla
çıxaran ulu öndər Heydər
Əliyevin siyasi baxışlarına tarix indi daha
dərin məna qazandırmaqdadır. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik
məkanda baş verən gözlənilməz
dəyişikliklər onun Azərbaycan
adlı Vətənimizin bu gününə
və gələcəyinə çox
möhkəm tellərlə bağlı olduğunu
daha aydın göstərir. Tarix də sübut edir ki, “XX əsrin tarixi məhz şəxsiyyətlərin tarixdəki
rolu baxımından ibrətamiz bir dövr oldu.
Bu tarixi Çörçilsiz, De Qollsuz, Kennedisiz,
Mandelasız və eləcə də Heydər Əliyevsiz təsəvvür
etmək mümkün deyil”.
Mətbuatda Azərbaycan--Türkiyə əlaqələrinin spektrini təqdim etdiyimiz bu materiallar təşkil etmişdir,- demək xeyli dərəcədə yanlışlıq olardı. Həmin dövrdə ölkə mətbuatında rəsmi səfər və görüşlərdən əlavə, onlarca müəllif məqalələrinə, müxbirlərin hazırladığı gündəlik xəbər və məlumatların yayınlanmasına da önəm verilmişdir. Bu təqdimatların əsasında müəyyən tarixi hadisələrlə yanaşı, gündəlik hadisələrə həsr edilmiş xəbərlər də xüsusi yer tutur. Nümunə üçün deyək ki, təkcə 1995 və 1996-cı illərdə “Xalq qəzeti”ndə dərc edilmiş belə xəbərlərin sayı 200-dən çox olmuşdur.
Namiq ƏHMƏDOV
Xalq qəzeti 2020.- 21 iyul.- S.5.