“Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”

Birinci vitse-prezident Mehriban Əliyeva hamını sayıq olmağa, təxribata uymamağa çağırdı

 

Bu, bir aksiomadır: qələbə həmişə döyüşə hazır olanlara, məğlubiyyət isə ehtiyatı və sayıqlığı itirənlərə nəsib olur. Həqiqətən də düşmənlə müharibədə ha­zırlıqsız olan və sayıqlığı itirən tərəf acı məğlubiyyətlə üzləşir. Xüsusilə də döyüş meydanları ilə yanaşı aparılan informasiya müharibəsində düşmənin yalanlarına ina­nanbu təxribat dolu məlumatları tirajla­yan tərəfin də itkiləri böyük olur.

 

Sayıqlıq müharibənin dəmir qanunudur və Ermənistan kimi mənfur və çirkin əməllər sahibi olan ölkə ilə mübaribədə hamımız ehtiyatlı və sayıq olmalıyıq. Məkrli düşmən çox gözəl bilir ki, yalan virus kimidir, yo­luxdunsa, başqasına ötürə bilərsən. Odur ki, Ermənistanla haqq mübarizəmizdə hamımız ayıq-sayıq olmalı, yalan və təxribatdolu informasiyaların bolluğu şəraitində an­caq rəsmi məlumatlara istinad etməliyik. Buna görə də, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətində vətəndaşlarımızın sosial şəbəkələrdə nümayiş etdirdiyi qarşılıqlı dəstəyə, səbrə, həmrəyliyə minnətdarlığını bildirməklə yanaşı, həm də, xüsusilə vurğulayır ki, hamımız sayıq olmalı, təxribata uymamalıyıq.

Bu gün internet həm də savaş meydanıdır və hərbi əməliyyatlardan fərqli olaraq, bu müharibədə heç vaxt atəşkəs elan edilmir. Xüsusilə də təxribat xarakterli məlumatların internetdə yayılması və belə yalan məlumatların sosial şəbəkələrdə fəal şəkildə paylaşılması artıq günümüzün acı reallığına çevrilmişdir. Təxribat rəqibləri məğlubiyyət strategiyasından istifadə etməyə məcbur edən xüsusi informasiya əməliyyatıdır və informa­siya müharibələrinin mühüm elementi olan bu əməliyyat üsulu rəqibin zəif cəhətlərindən istifadə, şüuru aldatmaonu idarəetmə me­todologiyasına əsaslanır. Bu gün yeni nəsil müharibələrində həlledici rol təkcə çox sayda yerüstü qüvvə və nüvə silahına deyil, həm də, xüsusilə sosial şəbəkələrdə yayılan infor­masiya silahlarına verilir. Sosial şəbəkələrin inkişafı informasiyanın, demək olar ki, dərhal yayılmasına imkan verir və hadisələrin baş verdiyi ərazidən xüsusi avadanlıq olmadan da canlı reportajlar yayımlamaq imkanı yaradır. İndi, demək olar ki, hər bir xəbər şöbəsinin və ya sıravi vətəndaşın sosial şəbəkələrdə öz hesabı var. Eyni zamanda, “Facebook və “Tvittersosial şəbəkələri xüsusi populyarlıq qazanmışdır, çünkihashtag” və “retvit” vasitəsilə qısa xəbər mesajlarının ildırım sürəti ilə yayılması daha böyük rahatlıq yaradır. Lakin bu proseslərdə ən böyükaktual problem informasiyanın doğruluğu prinsipinin qorunmasıdır.

Sosial şəbəkələrdə informasiyaların ya­yılması bir sıra müəyyən problemlər doğu­rur. Birincisi, mənbələrin özlərinin düzgün olmaması və ya qeyri-rəsmi olması, ikincisi, informasiyanın düzgün olmaması, üçüncüsü isə rəsmi və qeyri-rəsmi mənbələrlə infor­masiyanın məqsədyönlü şəkildə manipul­yasiya edilməsidir. Bu problemlər hazırda müxtəlif ölkələr arasında qarşıdurmaya çevrilən informasiya müharibələri anlayışı ilə də sıx bağlıdır. Bəs informasiya uğrunda niyə belə gərgin mübarizə aparılır? Hələ XVIII əsrdə dünyanın ən zəngin insanla­rından biri H.M.Rotşild deyirdi ki, kim informasiyaya sahibdirsə, o, dünyaya sahib­dir. Bu gün yalnız müəyyən biliklərə sahib olmaq qələbədə həlledici rol oynaya bilməz, əksinə, məlumatların manipulyasiyası və insanları idarə etmək üçün istifadəsi daha əhəmiyyətlidir. Buna görə də, doğru infor­masiyanın əldə edilməsi, onun idarə olun­ması və düzgün yönləndirilməsi hər bir sivil ölkə üçün prioritet istiqamətdir. Lakin işğal­çı Ermənistan Azərbaycana qarşı, nəinki sa­vaş meydanlarında, informasiya məkanında da çirkin və təxribatdolu mübarizə aparır. Xüsusilə iyulun 12-də rəsmi İrəvanın Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla yanaşı, informasiya məkanını təxribatçı məlumatlarla “zibilləməsi” heç kimin diqqətindən yayınmadı və bu çirkin informasiya əməliyyatları hələ də davam edir.

Əlbəttə, informasiya-psixoloji müharibədə əsas məqsəd əhalinin psixoloji durumuna, davranışına, cəmiyyətin informa­siya-psixoloji mühitinin inkişafına, funk­sionallığına birbaşa təsir göstərən xüsusi informasiyanın məqsədəuyğun istehsalı və yayılmasıdır. Bu müharibədə ictimai fikrin formalaşdırılması prosesi mühüm əhəmiyyət daşıyır. Azərbaycan dövləti Tovuz rayonun­da erməni təxribatları zamanı və sonrası hadisələr barədə dürüst və ətraflı məlumatlar verdi. Ermənistan rəhbərliyi isə tam əksinə, hərbi əməliyyatların getdiyi əraziyə heç bir KİV nümayəndəsini buraxmadı. Ordumuzun həyata keçirdiyi cəza tədbirləri nəticəsində ölmüş yüzə yaxın hərbi qulluqçusu, habelə, sıradan çıxarılmış hərbi obyektləri və tex­nikası barədə məlumatları ictimaiyyətdən gizlətdi. Bununla yanaşı, diletant baş nazir Nikol Paşinyan hökuməti Azərbaycana qarşı həyata keçirdiyi təxribatın uğursuzluğunu ört-basdır etmək üçün yalan informasiya­lar yaymağa başladı. Buna misal olaraq 2014-cü ildə Əfqanıstanda sıradan çıxarıl­mış ABŞ-a məxsus PUA-nın Azərbaycan Silahlı Qüvvələrinə məxsus olduğunu iddia etməsini göstərmək olar. Xatırladaq ki, To­vuz rayonu istiqamətində hərbi əməliyyatlar zamanı erməni tərəfi məlumat yaymışdı ki, guya Azərbaycana məxsus PUA-nı vurub sıradan çıxarmışdır. Lakin tezliklə bu infor­masiyanın yalan olduğu üzə çıxmışdı. Xarici mütəxəssislər də ermənilərin PUA ilə bağlı yaydıqları informasiyanın həqiqətə uyğun olmadığını təsdiqləyən fotoları paylaşmışdı­lar. Real döyüş meydanında güclü zərbələr alan ermənilər virtual aləmdə uydurma “uğurlarını” yayaraq, ölkə vətəndaşlarını ruhlandırmağa can atmışdılar. Rəsmi İrəvan belə manipulyasiya hallarına 2016-cı il Aprel döyüşlərindən sonra da əl atmışdı. Azərbaycan Ordusunun böyük əraziləri işğaldan azad etməsinə və ermənilərin çox sayda canlı qüvvə və texnika itirməsinə baxmayaraq, Ermənistan rəhbərliyi xalqına “qələbə”dən dəm vurmağa can atmışdı.

İnformasiya təhlükəsizliyi mütəxəssisləri bildirirlər ki, internet mühitində psixoloji müharibə vasitələrindən istifadə mövcud informasiyanın məhvinə və ya onun digər informasiya ilə əvəz edilməsinə səbəb olur. Bunun nəticəsində də cəmiyyətin marağı bu cəmiyyətə qarşı informasiya müharibəsi aparan tərəfin maraqlarına tabe etdirilirya uyğunlaşdırılır. Ermənilər də məhz bu reallıqdan çıxış edərək bəzi yalan informasi­yaları virtual məkana buraxmışdılar. Onların məqsədi aydındır: Azərbaycanda müəyyən insanlara təsir göstərməklə ölkəmizdə həmişə yüksək olan vətənpərvərlik hissinə kölgə salmaq, cəmiyyətdə ruh düşkünlüyünə nail olmaq.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına müraciətində bu amilə toxunaraq hamını ehtiyatlı olmağa çağırır: “Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaqdaxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır”.

Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emo­sional qavrayışına psixoloji təsir üsulların­dan istifadəyədək geniş alətlərdən istifadə olunduğunu vurğulayan Mehriban xanım Əliyeva diqqətə çatdırır ki, düşmən insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atır. Birinci vitse-prezident müraciətində digər mühüm məqama da toxunur, Ermənistanın işğal­çılıq siyasətini dəstəkləyən qüvvələrin öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət etdiklərini də vətəndaşlarımızın diqqətinə çatdırır.

Ermənistanın Azərbaycana qarşı hibrid müharibəsi metodlarından istifadə edərək, Azərbaycan ərazilərinin işğalında iştirak etməsi, etnik təmizləmə həyata keçirməsi və hələ də bu ərazilərdə öz qoşunlarını saxlaması heç kimə sirr deyil. Məlumdur ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı rəsmi İrəvan hərbi əməliyyatlarla yanaşı, informasiyapsi­xoloji əməliyyatlardan da istifadə etmişdi. Belə ki, müharibənin başlaması ilə dünya erməniləri, Ermənistan və “himayəsində olan riyakar, korrupsioner siyasətçilər” müharibə bölgəsindən gələn bütün məlumatların yayılması üzərində inhisar qurmuşdular. Eyni zamanda, bölgədən ötürülən məlumatlar SSRİ daxilində və xaricdə Dağlıq Qarabağ separatçılarının fəaliyyəti və Ermənistanın bu müharibədə iştirak etməməsi haqqında xoş təəssürat yarada biləcək şəkildə təqdim edilmişdi.

Ermənilər indieyni üsullara əl atırlar. Tovuz rayonu istiqamətində həyata keçirdikləri təxribatı informasiya məkanına da daşıdılar. Həqiqətə uyğun olmayan informasiyaları yaymaqla Azərbaycan ictimaiyyətində hərbi əməliyyat barədə yanlış təəssürat formalaşdırmağa və çaşqınlıq yaratmağa çalışdılar. Amma sayları çox az olsa da, ölkəmizdə və xaricdə gizlənən bəzi insanlar var ki, Ermənistan rəhbərliyinin təxribatlarını tirajlamağa can atdılar. Birinci vitse-prezident Mehriban Əliyeva xalqa müraciətində bununla bağlı yazır: “Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edil­miş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlbinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalı­şasan?”. Azərbaycanın birinci xanımı bu hərəkətlərə və belə insanlara haqq qazandır­mağın mümkünsüzlüyünü diqqətə çatdıraraq əlavə edir ki, bu əməllərin öz torpağı naminə canından keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdurola da bilməz: “Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı cavabdehdir”.

Qürurlandırıcı haldır ki, Azərbaycan Si­lahlı Qüvvələrinin Ermənistana adekvat cəza tədbirləri həyata keçirməsi ölkədə böyük məmnunluq yaratdı. Bununla yanaşı, həssas məqamda vətəndaşlarımızın böyük hissəsi sosial şəbəkələrdə məsuliyyətli davranaraq, ermənilərin informasiya təxribatçılarına uymadı, əksinə, erməni yalanlarının ifşa­sı istiqamətində fəallıq nümayiş etdirdi. Birinci vitse-prezident Mehriban Əliyeva müraciətində vətəndaşlarımıza sosial şəbəkələrdə nümayiş etdirdikləri qarşı­lıqlı dəstəyə, səbrə, həmrəyliyə, təmkinə və özünənəzarətə görə minnətdarlığını bildirdi. Bununla yanaşı, Mehriban xanım Əliyeva hamını sayıq olmağa, təxribata uymamağa çağırdı: “Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informa­siya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimi­zin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”.

Bir sözlə, müasir dünyada istənilən hərbi əməliyyatın uğurlu olması yalnız texniki təchizatdan deyil, həm də bilavasitə hərbi əməliyyatları müşayiət edən düşünülmüş və savadlı şəkildə qurulmuş informasi­ya kampaniyasından da asılıdır. Silahlı münaqişənin kütləvi informasiya vasitələri tərəfindən necə təqdim edilməsindən münaqişənin iştirakçısı olan buya digər tərəfin imici və münaqişənin özünün xarakteri də asılıdır. Buna görə də, müasir müharibələrin informasiya komponen­ti texniki tərəflə eyni səviyyədə tutulur. Yadda saxlamaq lazımdır ki, informasiya üstünlüyü müasir müharibələrdə, eləcə də informasiya müharibəsində qələbənin mühüm şərtlərindən biri sayılır. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi informasiya mübarizəsi texnologiyalarından uzun illərdir həm ölkə daxilində, həm də xaricdə ictimai rəyin manipulyasiyasında geniş istifadə edirbiz bunun virtual məkanda tez-tez şahidi oluruq. Ona görə də, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciətində bu mühüm məsələyə diqqət ayrılmasını vacib sayır, yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün hər birimizdən dözümlü, sayıq və təmkinli olmağı diqqətə çatdırır. Hər birimizin vəzifəsi də belə nəcib və mühüm çağırışa virtual məkanda məsuliyyətli davra­nışımızla cavab verməyə çalışmaqdan ibarət olmalıdır.

 

Səbuhi MƏMMƏDOV

Xalq qəzeti  2020.- 22 iyul.- S.7.