Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş vebinar keçirilib

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olun­muş vebinar keçirilib. Tədbir iştirakçıları Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısı alınarkən şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Vebinarda çıxış edən KİVDF-nin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, keşməkeşli yol keçmiş milli mətbuatımızın intibah dövrü məhz müstəqillik illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil və güclü dövlətçilik ənənələrini bərqərar edərək mətbuatın demokratik məzmunu üçün lazım olan zəruri şəraiti təmin edib. Müasir dövrdə informasiya-kommunikasiya texnologiya­larının inkişafı mətbuatın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirir.

Ə.İsmayılov KİVDF-nin yeni dövrün çağırışları və tələbləri ilə əlaqədar son ay­lar ərzində KİV-in inkişafına töhfə verəcək layihələrindən danışıb. Həmçinin bildirib ki, fondun yeni saytı təqdim edilib. Saytda “Azərbaycan milli mətbuat tarixinin virtual inciləri” sərgisi, Həsən bəy Zərdabinin xatirə muzeyinə virtual tur imkanı da yaradılıb.

Vebinarda Prezident Administrasiya­sının Qeyri-hökumət təşkilatları ilə kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Azərbaycan mətbuatının 145 illiyiinformasiya-kommunikasiya sahəsində yeni çağırışlar barədə çıxış edib. Vurğulayıb ki, “Əkinçi” qəzetinin ma­arifçilik, müasirlikistiqlal məfkurəsi kimi təməl prinsipləri bu gün də aktualdır.

Səadət Yusifova qeyd edib ki, son illər ərzində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir çox tədbirlər həyata keçirilib. Ulu öndərimiz Heydər Əliyevin mətbuatın inkişafına yönəlmiş siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirilir. Dövlətimizin başçısının milli mətbuatın 145 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamında KİV-in fəaliyyət prinsipləri və istiqamətləri əksini tapıb.

Diqqətə çatdırılıb ki, fasiləsiz rejimdə informasiya axınının səmərəli idarə edilməsi, “fake news” və “deepfake” texnologiyaları dövründə informasiya təhlükəsizliyinin təmin edilməsi ən ak­tual məsələlərdən biridir. İnformasiyahibrid müharibələrin üstünlük təşkil etdiyi hazırkı qlobal gündəm informasiya siyasətinin səmərəli qurulmasını, onun həyata keçirilmə mexanizmlərinin daim yenilənməsini, çevikliyin təmin edilməsini, mediakommunikasiya sahəsində isla­hatların dərinləşdirilməsini şərtləndirir.

Qeyd olunub ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin To­vuz rayonu istiqamətində hərbi təxribat törətməklə yanaşı, informasiya hücum­larının birgə tətbiqinə əsaslanan hibrid müharibə taktikasından istifadə edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın son hadisələrlə bağlı xalqa müraciətində münaqişə dövründə informasiya təhlükəsizliyi məsələləri əhatə olunmaqla, sosial mediada müşahidə olunan mənfi təmayüllər dolğun şəkildə təhlil edilib. Müraciətdə hamımıza çağırış edilərək vurğulanır ki, bu gün hər birimizin borcu Azərbaycanın mövqeyini nəinki döyüş meydanında, həm də kompüter qarşısında müdafiə etməkdir.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev milli jurnalistikamız üçün kadrlar hazırlanmasın­da Jurnalistika fakültəsinin xidmətlərindən danışıb. Onun sözlərinə görə, əksər tanınmış jurnalistlər üçün Bakı Dövlət Universiteti alma materdir. 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən ay yarım sonra onun xeyir-duası ilə fəaliyyətə başlamış Jurnalistika fakültəsi peşəkar kadr hazırlığının əsas ağırlığını öz üzərinə götürüb.

Sovet dövründə Nəsir İmanquli­yev, İsrafil Nəzərov, Qılman İlkin, Rza Quliyev, Cümşüd Əzimov və başqaları jurnalist kadrların hazırlanması işinə töhfə veriblər. Həmçinin akademik Məmməd Arif Dadaşzadə, professorlar Mir Cəlal Paşa­yev, Əli Sultanlı və digər alimlər gələcək jurnalistlərin ilk müəllimləri sırasında olublar və belə müəllimlərin tələbəsi olmaq özü böyük bir şərəf idi”, - deyə E.Babayev qeyd edib.

Rektor, həmçinin hazırda Jurnalistika fakültəsində tələbələrə nəzəri biliklərlə yanaşı, təcrübə aşılanması istiqamətində görülən işlərdən danışıb və qeyd edib ki, bu məsələdə universitet həm də KİV-lərdən dəstək gözləyir.

Vebinarda AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli TeleviziyaRadio Şurasının sədri İsmət Səttarov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Se­vil Mikayılova, “Şərq” qəzetinin baş redak­toru Akif Aşırlı, Real TV-nin baş direktoru Mirşahin Ağayev, “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov çıxış ediblər.

Qeyd olunub ki, düşmənin bizə qarşı həm də informasiya müharibəsi apardığı bir vaxtda Azərbaycan həqiqətlərini dün­yaya yaymaq, eləcə də erməni yalanlarını ifşa etmək mətbuatımızın bir nömrəli vəzifəsidir. Unutmaq olmaz ki, yaşadığı­mız informasiya əsrində sözbir silah, jurnalistbir əsgərdir. Biz bu məsuliyyəti hamılıqla dərk etməliyik, milli maraqlarımı­zın müdafiəsində dayanmaq üçün maksi­mum səfərbər olmalıyıq.

Sərhəddə ağır döyüşlər getdiyi bir vaxtda vətənpərvər insanların Azərbaycan OrdusunaAli Baş Komandan İlham Əliyevə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına axını xalq-iqtidar birliyini bir daha nümayiş etdirdi. Lakin bununla yanaşı, bir qrup təxribatçı qanun­suz əməllər törətməyə cəhd göstərdi. Biz bir jurnalist və vətəndaş olaraq antimilli qüvvələrə qarşı prinsipial mövqe tutmalı, sözümüzü daha cəsarətlə deməliyik.

Çıxışlarda Azərbaycan mətbuatının inkişaf tarixinə və müasir dövrdə jurnalis­tikanın aktual problemlərinə də toxunu­lub. Teleradio, KİV haqqında qanunlarda dövrün tələblərindən irəli gələn dəyişikliklər edilməsi, hərbi jurnalistlər, habelə dünya arenasına çıxa biləcək jurnalist kadrlar hazırlanmasının zəruriliyi bildirilib, bununla bağlı təkliflər irəli sürülüb. Eləcə də kadr hazırlığında jurnalistika ixtisasını tədris edən ali təhsil müəssisələri ilə KİV-lərin əməkdaşlığının vacibliyi qeyd edilib.

Vebinara yekun vuran Ə.İsmayılov Vətənimizin, dövlətimizin və dövlətçiliyimizin inkişafı naminə milli mətbuatımızın bundan sonra da həmrəylik nümayiş etdirəcəyinə əminliyini vurğulayıb.

 

AZƏRTAC

Xalq qəzeti  2020.- 23 iyul.- S.6.