Vətəndaş məmnunluğunu ifadə edən sətirlər

30 ilə yaxındır ki, Ermənistan öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarının, təqribən, 20 faizini işğal edib. Şübhəsiz, bu işğal faktı dinc yolla deyil, qanlı-qadalı döyüşlərin müşayiəti ilə baş verib. Şəhərlərimiz, kəndlərimiz darmada­ğın edilib, viran qoyulub, ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib. On minlərlə dinc əhali öldürülüb, şikəst edilib, girov götürülüb. Dünya ictimaiyyəti isə müşahidəçi kimi, kənardan seyr edib, susub...

Doğrudur, işğal olunmuş torpaqların bir hissəsi mövcudluğunun axır günlərini yaşayan SSRİ rəhbərliyinin, sonuncu prezidenti Mixail Qorbaçovun razılığı və xeyir-duası ilə reallaşıb. Şübhəsiz, bu arada Azərbaycanın o vaxtkı rəhbərliyinin səriştəsizliyi, korafəhmliyi və satqın­lığı da az rol oynamayıb.

Eləcə də, həmin dövrdə müxalifətdə olansonradan qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti də ərazilərimizin düşmən tərəfindən işğal edilməsinə imkan verib. Təsəvvür edin ki, düşmən Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı bir-bir iş­ğal edəndə hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyü ölkədə vətəndaş müharibəsinə start vermişdi, daxildə qanlı “razborkagedirdi. Ermənilər Kəlbəcəri işğal edəndə “özümüzünkülər” Gəncəni bombala­yırdılar. Milli xəyanətkarlarımız alınmaz qala olan Şuşanı, ata malı kimi, ermənilərə satırdılar...

Belə bir acınacaqlı durumda Allahın bu millətə rəhmi gəldi, ulu öndər Heydər Əliyev xilaskar kimi siyasi hakimiyyətə qa­yıtdı. Ümummilli lider Azərbaycan Respublikasının bütün əyər-əskiklərinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirdi. Ermənistanla müharibədə atəşkəsə nail oldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarıl­masını nəzərdə tutan dörd qətnamə qəbul etdi. Aradan 27 il ötməsinə baxmayaraq, Ermənistan BMT TŞ-nin bu qətnamələrinə məhəl qoy­maması bir yana qalsın, yenə də Azərbaycan torpaqlarını işğal etmək iddiasından da əl çəkmir. Ermənistan bir neçə dəfə, o cümlədən, 2016-cı ilin aprel, 2018-ci ilin may və nəhayət, bu ilin iyul a ylarında Azərbaycana qarşı təxribatlar törətmiş və hər dəfə işğalçı qoşunlar darmadağın edilərək geri oturdulmuş, xeyli ərazimiz düşməndən geri alınmışdır. Çünki bugünkü Azərbaycan güclü dövlətdir, qüdrətli ordusu var. Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusundan biridir, işğal olunmuş torpaqlarımızı geri almaq iqtidarındadır. Bugün­kü Azərbaycan iqtidarının güclü iradəsi varxalq onu yekdilliklə dəstəkləyir.

Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm də beynəlxalq hüquqa, tari­xi ədalətə söykənir. Dünya dövlətlərinin də böyük əksəriyyəti hazırda Azərbaycanın haqq işini müdafiə edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm də mənfur qonşumuzla mübarizədə böyük gücə çevrilib. Deməli, torpaqları­mızı dinc vasitələrlə olmasa da, hərbi yolla azad edəcəyimiz gün uzaqda deyil. Azərbaycan Prezidentinə ünvanlanmış vətəndaş məktublarında da bu əhval-ruhiyyə, minnətdarlıq hissi öz əksini tapır.

Ailəlikcə sağalıb evimizə qayıtdıq

Möhtərəm cənab Prezident!

Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə ölkəmiz bütün sahələrdə tərəqqi edibbu güninamla irəliləyir. Əsrlər boyu böyük tarixi və mədəni inkişaf yolu keçən qədim Azərbaycanın beynəlxalq aləmdə qazandığı etibar, söz sahibinə çevrilməsi, nəhəng dövlətlər arasında yüksək nüfuza malik olması Sizin dahiyanə təfəkkürünüz və böyük zəhmətinizin məntiqi nəticəsi kimi qəbul olunur.

Bütün dünyanı çənginə alan COVID-19 virusuna qarşı mübarizədə gördüyünüz tədbirlər bizi sevindirirbundan qürur hissi duyuruq. Xüsusən də karantin dövrü ərzində vətəndaşlara göstərilən maddisosial yar­dımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi, yeni laboratoriyaların təcili olaraq alınıb ölkəmizə gətirilməsi və quraşdırılması təqdirəlayiqdir.

Bizim ailə üzvlərimiz bu günlərdə M.Ə.Mirqasımov adına Respublika Kli­nik Xəstəxanasında müalicə olunub evimizə yüksək əhval-ruhiyyə ilə qayıtdıq. Xəstəxanada bizə yüksək səviyyədə tibbi xidmət göstərildi.

Sonda böyük fəxr ilə qeyd etmək istəyirik ki, Azərbaycan Sizin rəhbərliyinizlə daha böyük nailiyyətlərə imza atacaq, yüksək uğurlar əldə edəcəkdir. Ölkəmizin inkişafı uğrunda apardığınız hər bir işdə Sizə uğurlar və cansağlığı arzulayırıq.

Hörmətlə,

Ceyran, Zenfira və Veydəddin PIRƏLIYEVLƏR,

Abşeron rayonu Xırdalan şəhəri

İnşallah, zəfər bizimdir

Cənab Ali Baş Komandan!

Yaşadığımız dünyanın indiki ağır vəziyyətində xalqımıza, Vətənimizə və biz gənclərə göstərdiyiniz maddi və mənəvi dəstəyinizə görə Sizə təşəkkür edirəm. Bir gənc olaraq tam gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq. Biz savaş əmrinizi səbirsizliklə gözləyirik. İnşallah, zəfər bizimdir!

Biz Vətənimizin əsgəriyik. Qələbə bizimdir, haqq bizim tərəfdədir. Birlikdə düşmənə layiqincə cavab verəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Or­dumuzun gücünü bütün dünya bilir. Vətəni qorumaq, dövlətçiliyimiz üçün mübarizə aparmaq bizim borcumuzdur.

Hörmətlə,

Elməddin MƏMMƏDLI, Yardımlı rayonu

Vətənə məhəbbət əməldə olmalıdır

Hörmətli Prezidentimiz!

Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın qəhrəmanlıqlarının izinə rast gəlirik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Bu gün zaman bizdən Vətənə məhəbbəti sözdə deyil, əməldə tələb edir.

Cənab Prezident, Siz bu sevgini gündəlik işinizdə, çəkdiyiniz zəhmətdə, qətiyyətli fəaliyyətinizdə nümayiş etdirirsiniz.

Mən ehtiyatda olan zabit kimi döyüş bölgəsinə yollanaraq Vətən qarşısındakı borcumu yerinə yetirməklə yanaşı, Sizə sədaqətimi də göstərmək, şəhidlərimizin qisasını almaq istəyirəm. Mübarizəmizdə daim Sizinləyik!

Hörmətlə,

Şahlar ASLANOV, Beyləqan rayonu, Birinci Aşıqlı kəndi

Dualarımız Sizinlədir

Hörmətli cənab Prezident!

Xalqımız Sizə arxalanır, hamımız Sizinləyik. Əminik ki, Sizin sayənizdə Qarabağı azad edəcəyik. Uca Yaradan bütün işlərinizdə köməyiniz olsun, Sizi bu xalqa çox görməsin! Siz xalq üçün gördüyünüz işlərlə adınızı artıq tarixə yazdırmısınız.

Xalqın igid oğlu, dualarımız Sizinlədir. Ulu öndərimiz Heydər Əliyevin baş­ladığı yolu uğurla davam etdirməklə Azərbaycanı dünyaya tanıtdınız, ölkəmizi gözəlləşdirdiniz.

Sizin sayənizdə üçrəngli bayrağımız Qarabağda dalğalanacaq, həmin bölgələr də inkişaf edəcək, Azərbaycanın bir parçası kimi dünyada tanınacaq.

Uca Yaradan bu qələbəni qazanmaqda Sizə kömək olsun. Allah Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Əsəd ƏHMƏDOV, Bakı şəhəri, Sabunçu rayonu

Sizin siyasətinizə inanırıq

Cənab Prezident!

Azərbaycan xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşmən bu gün təxribatlarını davam etdirməkdədir. Ordumuzun sərrast atış­ları ilə susdurulan düşmən çoxlu sayda itki verməklə yanaşı, həm əhəmiyyətli obyektlərini, texnikalarını itirdi həmişəki kimi, digər dövlətlərdən, qurumlardan imdad diləməyə başladı. Budur, Azərbaycan Ordu­sunun qüdrəti. Məhz bu ordunun qüdrətinə əmin olan xalq Sizə Sizin siyasətinizə güvənir. Sizə güvənən xalq, gənclər meydan­lara axın edərək, həm dövlətə inamını, həm orduya dəstəyini ifadə etdi. İnşallah, Sizin ordumuzun sayəsində tezliklə bayrağımızı Qarabağda dalğalandıracağıq.

Hörmətlə,

Pərviz QULIYEV, Ağcabədi şəhəri

Vətən yolunda şəhid olmaq şərəfdir

Cənab Ali Baş Komandan!

Ulu öndərimiz Heydər Əliyevin Sizin sayənizdə bu gün dünyanın önəmli enerji layihələrində Azərbaycanın rolu həlledicidir. Beynəlxalq güclərin Azərbaycanın iqtisadi siyasi qüdrətini qəbul etməsinə onunla hesablaşmasına dözməyən Ermənistan sərhədlərimizdə təxribat törətməyə cəhd etsə , şanlı ordumuzdan layiqli cavab aldı.

Mən sovet ordusu sıralarında Uzaq Şərqdə xidmət etmişəm, hazırda ehtiyatda olan zabitəm. Hərbi taktika sahəsində bilik təcrübələrimi bölüşmək, təmənnasız olaraq ordumuza xidmət etmək istəyirəm.

Vətən yolunda şəhid olmaq böyük şərəfdir. Mübariz İbrahimov digər qəhrəmanlarımızın yüksəldiyi zirvəyə qalxmaq, xalq məhəbbətini qazanmaq, şəhidlərimizin qisasını almaq üçün müharibə zonasınaön cəbhəyə getmək barədə əmrinizi gözləyirəm.

Allah Sizi ordumuzu qorusun! Zəfər bizimdir!

Hörmətlə,

Eyyub HEYDƏROV, Bakı şəhəri, Yasamal rayonu

Beynəlxalq hüquq bizim tərəfimizdədir

Hörmətli cənab Prezident!

Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq dünya ictimaiyyəti Azərbaycanın tərəfindədir. Bu, Sizin illərdən bəri Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün gördüyünüz böyük işlərin nəticəsidir. Azərbaycanın inkişafı, nüfu­zunun gündən-günə artması mənfur qon­şularımızı narahat etməyə bilməz. Buna görə Ermənistan hüquqi yollardan deyil, təxribatdan istifadə edir.

Ölkəmiz müstəqillik qazandığı vaxt­dan sülh yolunun tərəfdarı olsa da, Si­zin Qarabadağ məsələsində qətiyyətli mövqeyiniz var. Bu mövqe xalqın iradəsini ifadə edir.

Mən ehtiyatda olan zabitəm. Hərbi anda sədaqətimi bildirərək bu günlərdə cəbhə bölgəsində olan əsgər zabitlərlə çiyin-çiyinə durmaq üçün döyüş bölgəsinə getməyə hazıram.

Hörmətlə,

Lətif İSMAYILOV, Bakı şəhəri, Nərimanov rayonu

Ordumuz müstəqilliyimizin qarantıdır

Hörmətli cənab Prezident!

Xalqımız ordumuzun dayağı, ordumuz müstəqilliyimizin qarantıdır. Mən fəxr edirəm ki, Azərbaycanın güclü ordusu var.

Cənab Ali Baş Komandan, qəhrəman or­dumuz düşmənə bir daha öz gücünü göstərdi. Düşmən təxribatının qarşısı qətiyyətlə alındı. Güclü ordunun güclü əsgəri olaraq döyüşməyə, qələbə qazanmağa hazırıq. Hər birimiz o günü səbirsizliklə gözləyirik.

Cənab Ali Baş Komandan, Sizin əmrinizlə torpaqlarımızı düşməndən azad etməyə hazırıq.

Hörmətlə,

 

Anar ƏHMƏDOV, Samux rayonu

 

Təqdim etdi: Qüdrət PİRİYEV

Xalq qəzeti  2020.- 24 iyul.- S.5.