Yeni növ koronavirus
(COVID-19) pandemiyası ilə əlaqədar xüsusi
karantin rejimi
dövründə Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyinin yerli
qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin
özünüməşğulluq istiqamətinin seçilməsi
və özünüməşğulluğun
təşkili məqsədilə həyata keçirilən təlimləri
keçmədən müvafiq əmlakla təmin
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 263 Bakı şəhəri, 25
iyul 2020-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, yeni növ koronavirus
(COVID-19) pandemiyası ilə mübarizə şəraitində
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin
yerli qurumlarında işsiz
və işaxtaran kimi
qeydiyyata alınmış şəxslərin
özünüməşğulluğunun təşkilini təmin
etmək məqsədilə, “Sanitariya-epidemioloji
salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü
abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Yeni növ koronavirus
(COVID-19) pandemiyası ilə əlaqədar olaraq,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin
yerli qurumlarında (bundan
sonra - yerli qurumlar) işsiz və işaxtaran (qanunvericiliyə uyğun
olaraq hüququ olan) kimi qeydiyyata
alınmış özünüməşğulluğa cəlb
edilən şəxslər 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən,
yerli qurumların köməkliyi ilə tərtib
etdikləri biznes planlar
əsasında seçilmiş
özünüməşğulluq istiqamətinin təşkili
üçün natura
şəklində material, avadanlıq və
digər əmlakla təmin olunsunlar.
2. Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.1. xüsusi karantin rejimi bitdikdən və
ya onlayn təlim
proqramları istifadəyə verildikdən sonra
bu Qərarın 1-ci hissəsində nəzərdə
tutulmuş şəxslərin müvafiq proqramlar üzrə
təlimlərə cəlb edilməsini təmin etsin;
2.2. özünüməşğulluğun təşkili
məqsədilə onlayn təlim
proqramlarının hazırlanmasını sürətləndirsin;
2.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti 2020.- 28 iyul.- S.7.