Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarış­ların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 272 Bakı şəhəri, 29 iyul 2020-ci il

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidenti­nin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 963) ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahı­sı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.1-ci, 2.2.2-ci və 2.2.4-2.2.8-ci yarımbəndlər aşağıdakı redaksiya­da verilsin:

“2.2.1. Azərbaycan dili və ədəbiyyatı fənni üzrə:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;

2. məktəbəqədər təhsil;

3. ibtidai sinif müəllimliyi;

4. korreksiyaedici təlim;

5. filologiya (dil və ədəbiyyat göstərilməklə);

6. jurnalistika;

7. kitabxanaçılıq informasiya fəaliyyəti;

2.2.2. tarix fənni üzrə:

1. tarix;

2. tarix müəllimliyi;

3. tarix coğrafiya müəllimliyi;

4. politologiya;

5. fəlsəfə;

6. kitabxanaçılıq informasiya fəaliyyəti;

7. sosiologiya;

8. muzey, arxiv işi abidələrin qorunması;

9. psixologiya;

2.2.4. riyaziyyat fənni üzrə:

1. riyaziyyat;

2. riyaziyyat müəllimliyi;

3. riyaziyyat informatika müəllimliyi;

4. statistika;

5. mexanika;

6. kompüter elmləri;

7. aerokosmik mühəndislik;

8. aqromühəndislik;

9. aviasiya təhlükəsizliyi mühəndisliyi;

10. cihaz mühəndisliyi;

11. dəniz naviqasiyası mühəndisliyi;

12. ekologiya mühəndisliyi;

13. energetika mühəndisliyi;

14. gəmi energetik qurğularının istismarı mühəndisliyi;

15. gəmiqayırma gəmi təmiri mühəndisliyi;

16. geologiya geofizika mühəndisliyi;

17. geomatika geodeziya mühəndisliyi;

18. hava nəqliyyatının hərəkətinin təşkili;

19. informasiya texnologiyaları;

20. inşaat mühəndisliyi;

21. kommunikasiya sistemləri mühəndisliyi;

22. kompüter mühəndisliyi;

23. logistika nəqliyyat texnolo­giyaları mühəndisliyi;

24. maşın mühəndisliyi;

25. materiallar mühəndisliyi;

26. mədən mühəndisliyi;

27. meliorasiya mühəndisliyi;

28. metallurgiya mühəndisliyi;

29. mexanika mühəndisliyi;

30. mexatronika robototexnika mühəndisliyi;

31. neft-qaz mühəndisliyi;

32. nəqliyyat mühəndisliyi;

33. nəqliyyat tikintisi mühəndisliyi;

34. proseslərin avtomatlaşdırılma­sı mühəndisliyi;

35. sənaye mühəndisliyi;

2.2.5. fizika fənni üzrə:

1. fizika;

2. fizika müəllimliyi;

3. mexanika;

4. geologiya geofizika mühəndisliyi;

5. elektrik elektronika mühəndisliyi;

6. radiotexnika telekommunika­siya mühəndisliyi;

7. materiallar mühəndisliyi;

8. mühəndis fizikası;

2.2.6. kimya fənni üzrə:

1. kimya;

2. kimya müəllimliyi;

3. kimya biologiya müəllimliyi;

4. ekologiya;

5. qida mühəndisliyi;

6. kimya mühəndisliyi;

7. şərabçılıq;

8. torpaqşünaslıq aqrokimya;

2.2.7. biologiya fənni üzrə:

1. biologiya;

2. biologiya müəllimliyi;

3. kimya biologiya müəllimliyi;

4. ekologiya;

5. balıqçılıq;

6. su bioehtiyatları akvakultura;

7. bitki mühafizəsi;

8. aqronomluq;

9. zoomühəndislik;

10. baytarlıq təbabəti;

11. psixologiya;

2.2.7. informatika fənni üzrə:

1. riyaziyyat informatika müəllimliyi;

2. informatika müəllimliyi;

3. kompüter elmləri;

4. kompüter mühəndisliyi;

5. proseslərin avtomatlaşdırılması mühəndisliyi;

6. informasiya texnologiyaları;

7. informasiya təhlükəsizliyi;

8. mexatronika robototexnika mühəndisliyi.”.

2. 2.3-cü bənd üzrə:

2.1. 2.3.1-2.3.11-ci 2.3.17-ci yarımbəndlər aşağıdakı redak-siyada verilsin:

“2.3.1. Olimpiya oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.2. Olimpiya idman növləri üzrə dünya çempionatı birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.3. Olimpiya idman növləri üzrə Avropa çempionatı birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.4. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə dünya çempionatı birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.5. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avro­pa çempionatı birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.6. Yeniyetmələrin yay olimpiya oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.7. Avropa oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.8. İslam Həmrəyliyi Oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.9. “Muğam aləmibeynəlxalq muğam müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin - vokal sənəti (xanəndə);

2.3.10. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin - vokal sənəti (akademik vokal);

2.3.11. M.Maqomayev adına vokalçıların beynəlxalq müsabi-qəsi üzrə (Moskva, Rusiya) qaliblərin:

1. vokal sənəti (akademik vokal);

2. populyar musiqi caz ifaçılığı (sahələr üzrə);

2.3.17. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsinin (Moskva, Rusiya) qalibləri:

1. vokal sənəti (akademik vokal);

2. instrumental ifaçılıq (sahələr üzrə);”;

2.2. 2.3.12-ci yarımbəndin 2-ci abzası çıxarılsın;

2.3. 2.3.18-ci yarımbənddə və 2.3.31-ci yarımbəndin 1-ci abzasında “solo oxuma” sözləri “vokal sənəti” sözləri ilə əvəz edilsin;

2.4. 2.3.20-ci yarımbənd ləğv edilsin;

2.5. 2.3.21-ci yarımbəndin 2-ci abzası çıxarılsın;

2.6. 2.3.22-ci yarımbənddə “estra­da sənəti” sözləri “populyar musiqicaz ifaçılığı (sahələr üzrə)” sözləri ilə əvəz edilsin;

2.7. 2.3.33-cü yarımbənd üzrə:

2.7.1. birinci abzasdasolo oxu­ma” sözləri “vokal sənəti” sözləri ilə əvəz edilsin;

2.7.2. ikinci abzasdaxalq çalğı alətləri ifaçılığı” sözləri “instrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı) sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 31 iyul.- S.13.