Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə
akkreditasiya olunan təhsil proqramları üzrə təhsil
almış abituriyentlərin ali təhsil
müəssisələrinə müsabiqədənkənar
qəbulu Şərtləri”ndə dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Bakı şəhəri, 29 iyul 2020-ci il ¹ 271
“Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli
Fərmanının 3.4-cü bəndinə əsasən,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini
nəzərə alaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may
tarixli 228 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 962)
ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə
akkreditasiya olunan təhsil proqramları üzrə təhsil
almış abituriyentlərin ali təhsil
müəssisələrinə müsabiqədənkənar
qəbulu Şərtləri”nin 5-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
“5. Bu Şərtlərin 2.1-ci, 2.2-ci və
2.3-cü bəndlərində nəzərdə tutulmuş
təhsil proqramları üzrə təhsil almış
abituriyentlərin ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbulunun aparıldığı
ixtisaslar və ixtisaslar üzrə keçid balı hər il
aşağıda müəyyən olunmuş keçid
ballarının minimum və maksimum hədləri
əsasında Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz
tərəfindən müəyyən edilir:
5.1. Beynəlxalq Bakalavriat Diplom Proqramı
(IB Diploma Programme) – 25-35;
5.2. Təhsil haqqında ümumi
sertifikatın yüksək səviyyəsi (Advanced Level of General
Certificate of Education) – C və ya B (müvafiq üç imtahan
fənni üzrə);
5.3. Yüksək yerləşdirmə
(Advanced Placement) – 3 və ya 4 (müvafiq üç imtahan
fənni üzrə).”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti 2020.- 31 iyul.- S.8.