“İnformasiya məhsulunun yaş
təsnifatının aparılması üzrə
ekspertlərə ixtisas attestatının verilməsi,
attestatın qüvvədəolma müddətinin dayandırılması
və ya ona xitam verilməsi, ekspertlərin və ekspert
təşkilatlarının reyestrinin aparılması və
onların fəaliyyətinə nəzarət
Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Bakı
şəhəri, 29 iyul 2020-ci il ¹ 268
“Uşaqların
zərərli informasiyadan qorunması haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ
nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 20
noyabr tarixli 354 nömrəli Fərmanının 1.1.5-ci
yarımbəndinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
“İnformasiya məhsulunun yaş təsnifatının
aparılması üzrə ekspertlərə ixtisas
attestatının verilməsi, attestatın
qüvvədəolma müddətinin dayandırılması
və ya ona xitam verilməsi, ekspertlərin və ekspert
təşkilatlarının reyestrinin aparılması və
onların fəaliyyətinə nəzarət Qaydaları”
təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli
772 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti 2020.- 31 iyul.- S.8.