Brüsseldəki erməni vəhşiliyi Xocalı dəhşətinin davamıdır

Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciətindən

Bakı, 24 iyul 2020-ci il

Görkəmli fikir sahibi, mərhum şair Məmməd Araz “Mən belə dünyanın nəyindən küsüm?” sualını qələmə alanda nə qədər haqlı imiş.. Çünki bugünkü dünya, sözün həqiqi mənasında, ikiüzlü siyasətin, riyakar siyasətçilərin və subyektiv düşüncəli “söz sahiblərinin” əlində əsir-yesir qalıb. Azərbaycan otuz ildən artıq işğal altında olan ərazilərini düşmən tapdağından təmizləmək istəyəndə dünyanın dördbir yanından xəbər gəlir ki, biz tərəfləri münaqişənin dinc yolla həllinə çağırırıq. Məgər Ermənistan və onun hava­darları Azərbaycan ərazilərini dinc yolla işğal etmişdilər?!

 Yaxud Azərbaycanda kimsə konkret cinayət əməlinə görə həbs olunanda beynəlxalq aləmdəki hüquq müdafiəçilərinin göz yaşı leysana çevrilir. Ermənistan parlamentində deputatlar gülləbaran ediləndə isə həmin hüquq müdafiəçilərinin heç biri heç nəyi “görmüreşitmir”. Sonra isə dünyaya ədalətdən, obyektivlikdən, insan hüquq və azadlıqların­dan dərs verməyə başlayırlar. Çox nahaq yerə! Son otuz ildə bir dəfə eşitmədik ki, hansısa hüquq müdafəçisi monoetnik dövlət quran ermənilər tərəfindən bütün hüquqları pozulmuş bir milyon azərbaycanlı haqqında bir cümləlik narahatlıq ifadə etsin. Xəbərləri olmadı və eşitmədilər.

İndiöz haqq səsini, ədalətli çağırışlarını dinc tədbirlər, razılaşdırılmış aksiyalar vasitəsilə dünya ictimaiyyətinə çatdırmaq istəyən gənc soydaşlarımız erməni vəhşiliyi ilə üz-üzə qalır və dünya ictimaiyyəti isə riyakarcasına susur. Ona görə də, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xa­nım Əliyeva insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırır. Birinci vitse-prezident Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtla­rında baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə ünvanladığı müraciətdə deyir ki, bu faktlıar milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib.

Hamı bilir ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın son günlər fəallaşmasının əsas səbəbi Ermənistan rəhbərliyinin Azərbaycanın Dağlıq Qarabağ­dan və ətraf yeddi rayondan əlavə başqa ərazilərini də işğal etmək üçün atdığı addımlar, çirkin ssenarilərdir. Biz dünya birliyindən tələb edirik ki, işğal olunmuş ərazilərimizin düşmən tapdağından təmizlənməsinə kömək edilsin. Ermənistan rəhbərliiyi isə xaincəsinə başqa ərazilərin də işğalına can atır. Dünyanın müxtəlif ölkələrindəki azərbaycanlılar beynəlxalq təşkilatlardan işğal edilmiş ərazilərin azad edilməsi ilə yanaşı, yeni iyrənc məqsədlərin də qarşısının alınmasını tələb edirlər. Qarşı­larında isə quduzlaşmış erməni barbarlarını görürlər.

Mehriban xanım yazır: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xa­tırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi ta­nınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib.

O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsu­si qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşübya girov götürü­lüb, şəhər özü isə tamamilə yandırılıb. Mindən çox dinc vətəndaş odlu silah yarala­rı nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə Bakının Xətai rayonunda koro­naviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışından sonra yerli televiziyalara ver­diyi müsahibədə Azərbaycana və Ermənistana münasibətdə ikili yanaşma nümayiş etdirən beynəlxalq təşkilatları olduqca açıq və konkret ünvanla ciddi tənqid etmişdir: “ O ki qaldı, Minsk qrupunun bəyanatına, biz bunlardan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik... Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaq­la cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik... Biz danışıqlar forma­tına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, biziqane etmir və nə qane edir... Nədir bunların bəyanatında əsas tezis – hərb variantı müm­kün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzühesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsü­nüz?! ... Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.

Yəni biz insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını son zamanlar dünya ölkələrində soydaş­larımıza qarşı törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırırıq. Əslində isə ATƏT-in bilavasitə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış Minsk qrupu da sadəcə baş girləməklə məşğuldur.

Çünki Mehriban Əliyevanın da yazdığı kimi, erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampa­niyalarının mütləq əksəriyyəti də, məhz, erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir.

Müraciətdə qeyd edilir: “Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini “demokratiyanın beşiyihesab edən Qərb ölkələrinin pay­taxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Res­publikası səfirliyinin daşa ba­sılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar? Los- Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur”.

Birinci vitse-prezident bü­tün dünyada yaşayan on mil­yonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağı­rır və əlavə edir ki, qanunsuz əməllər cəzalandırılmalıdır: “Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən, insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin, nədənsə, biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prin­sipiallıq nümayiş etdirərək, ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər”.

Dünyanın hər yerində yaşayan azərbaycanlıları birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağıran Birinci vitse-prezident əmindir ki, heç bir provo­kasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. “Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünütarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qa­rabağ Azərbaycandır və nida işarəsi!”

 

İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti  2020.- 26 iyul.- S.1.