Azərbaycan öz torpaqlarını azad etməyə tam qadirdir

12 iyulda Tovuz rayonunda baş vermiş məlum erməni təxribatının və təcavüzünün qarşısının alınması, düşmənə sarsıdıcı zərbələrin endirilməsi Azərbaycan Ordusunun gü­cünün əyani nümayişi oldu. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də düşmən ağır itkilər verərək geri çəkildi. Riyakar və qaniçən düşmən biabırçı məğlubiyyətlə razılaşmağa məcbur edildi. Azərbaycan-Ermənistan sərhədində təcavüzkar əməllər törədilməsinə etiraz məqsədilə dünyanın müxtəlif ölkələrində aksiya keçirən dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir, sərbəst toplaşmaqöz fikirlərini ifadə etmək hüquqları pozulur. Eyni zamanda, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar birbaşa cinayət məsuliyyəti doğuran əməllərdir.

Ermənistanın dövlət sərhədlərimizi poz­maq cəhdləri, hərbçilərimizin və günahsız dinc əhalinin, mülki şəxslərin atəşə tutulması, qətlə yetirilməsi kimi təcavüz aktına qarşı Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, RusiyaBelçikada yaşayan soydaş­larımız ayağa qalxdı, öz doğma bacı-qardaşları ilə həmrəy olduqlarını nümayiş etdirən mitinqlərdə fəal iştirak etdilər. Onlar bu mitinqlərdə xain və məkrli ermənilərin insanlığa yaraşmayan hərəkətlərinə qarşı səbr, təmkin göstərərək, beynəlxalq qanunlara, eyni zamanda, yaşadıqları ölkələrin qanunlarına hörmət və ehtiramla yanaş­dıqlarını bariz şəkildə nümayiş etdirdilər.

Bunun əksinə olaraq, erməni lobbisidias­poru nümayəndələri xaricdə yaşayan vətənpərvər soydaşlarımızın keçirdikləri dinc həmrəylik aksiyalarına, onların yaşayış və yerlərinə qəfil basqınlar etmiş, soydaşlarımıza xəsarət yetirmiş, təhqiramiz addımlar atmış, həmçinin öz təsir dairələrində olan kütləvi informasiya vasitələrində törətdikləri nalayiq hərəkətləri ört-basdır etməyə çalışmışlar. Çünki yalan və şər ermənilərin söykəndikləri yeganə yol və çıxış nöqtəsidir. Artıq onların milli təhlükəsizlik strategiyasi Azərbaycan dövlətinin yeritdiyi müstəqil siyasətə, ölkəmizin beynəlxalq aləmdə qazandığı siyasiiqtisadi uğurlara qarşı yönəlib. Artıq dünyada Ermənistan Respublikası, Paşinyan rejimi, ikiüzlü, məkrli erməni diasporu getdikcə öz dayaqlarını itirməkdədir.

Dünya Birliyinin bir çox aparıcı dövlətləri Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şu­rasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə ölkəmizin ərazi bütövlü­yü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyini bir daha xatırlatmaqla Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmasını tələb etdilər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyeva baş vermiş son hadisələrlə bağlı iyulun 24-də həmvətənlərimizə müraciətində öz səsini və Azərbaycan bayrağını qaldıran hər kəsə təşəkkür edib. Mehriban xanım bir daha vurğulayıb ki, baş verən hadisələr Ermənistanın təcavüzkar siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər ciddi təhlükə yaratdığını və Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın bizim borcumuz olduğunu əyani şəkildə göstərir.

Müraciətdə həmçinin qeyd edilir ki, bu gün bizim əsas vəzifəmiz birləşmək və zorakılıq aktlarının ədalətli araşdırılmasını və günahkarla­rın məsuliyyətə cəlb olunmasını tələb etməkdir. O, xüsusi ilə vurğulayıb ki, heç bir təxribat bizi həqiqət yolundan döndərə bilməz.

Mehriban xanım Əliyeva xarici ölkələrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri hadisələrdə insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch” və digər bu kimi qurumların, çoxsaylı qeyri-hökumət təşkilatlarının səslərinin hələ də eşidilmədiyini bildirdi.

Tam səmimiyyətlə demək olar ki , Aprel döyüşləri və Günnüt əməliyyatları kimi, Azərbaycanın dövlət sərhədində düşmən təxribatı nəticəsində başlayan Tovuz döyüşlərində zabit və əsgərlərimizin göstərdiyi şücaət və Azərbaycan vətəndaşlarının ordumuza nüma­yiş etdirdiyi dəstək xalq-dövlət-ordu birliyinin tərənnümü oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi.

Mən də Azərbaycan Milli Məclisinin ən gənc deputatlarından biri kimi, Birinci vitse-prezi­dentimizin bu müraciətini ürəkdən bəyənir və alqışlayıram. Xarici ölkələrdə yaşayan bütün soydaşlarımıza yaşadıqları və vətəndaşı olduqları ölkələrin qanun-qaydalarına ciddi riayət və əməl etməyi, yüksək səbr, təmkin və ağıl nümayiş etdirməyi məsləhət görürəm. Doğma Vətənimiz Azərbaycanı müdafiə etmək, onun ərazi bütövlü­yünütarixi həqiqətlərini bərpa etməyin düzgün yolunu təmkinli və ağıllı siyasətimizi davam etdirməkdə və daha sıx birliyimizdə görürəm.

Azərbaycana qarşı edilmiş ədalətsizliklərə son qoymağın vaxtı artıq çatmışdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və komandanlığı altında qəhrəman Azərbaycan Silahlı Qüvvələri müqəddəs və əzəli torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazır və qadirdir.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Xalq qəzeti  2020.- 29 iyul.- S.4.