Dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır

Son vaxtlar radikal ermənilərin müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşları­mızın yaşadıqları ölkələrdə dinc aksiyalarına qarşı hücumla­rı, vəhşiliyi, vandalizmi, terror əməlləri getdikcə geniş vüsət alır. Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən və Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun 26 ildən çoxdur ki, fəaliyyətsizliyi və problemə ikili standartlardan yanaşma­sı işğalçı ölkəni daha da azğınlaşdırıb.

Avropanın mərkəzində, eləcə də, Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində ermənilərin dünya birliyinin gözü qarşısında dinc aksiya keçirən azərbaycanlılara qarşı aqressivliyinin, faşistlərə xas olan qəddarlığının susqunluqla qarşılan­ması ikili standartların göstəricisidir. Təəssüf ki, dünya birliyi hələ də ayrı-seçkilik, ikili standartlar mərəzindən xilas ola bilmir. Bununla yanaşı, son bir həftə ərzində erməni radikalla­rının Azərbaycanın Fransa, Böyük Britaniya, İşveç, Polşa, Avstraliya, Niderland və Belçikadakı diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12- dən başlayaraq, növbəti təxribatlarına etiraz məqsədilə həyata keçirilən dinc soydaşlarımıza qarşı aqressiv təxribatçı əməllərinə hələ də ciddi münasibət bildirilmir.

Uzun illərdir ki, Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı terror aktları beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılanır. Dünya­da analoqu olmayan Xocalı faciəsinin bu gün də beynəlxalq hüquqi qiymətini almaması işğalçı ölkəni daha da azğınlaşdırıb. Ermənilərin bu tipli vandal aktları beynəlxalq təşkilatlar üçün yeni deyil. Xatırladım ki, 1970-1980 – ci illərdə ASALA və digər terrorçu erməni təşkilatları tərəfindən törədilmiş saysız-hesab­sız terror aktları nəticəsində minlərlə soydaşımız qətlə yetirilimişya ömürlük şikəst olmuşlar. İndiyədək 22 ölkədə 235- dən çox terror aktı törədən radikal ermənilər soydaşla­rımızla yanaşı, 24 türk diplomatını da qətlə yetiriblər. Göründüyü kimi, bu millətin mayası sanki terrordan, qətllərdən yoğrulub. Son hadisələr də bundan xəbər verir.

Ermənistanda sonuncu dəfə hakimiyyət dəyişikliyi baş verəndə və Nikol Paşinyanın ölkə rəhbərliyinə gəlişindən sonra həm yerli, həm də beynəlxalq ictimaiyyətdə nəhayət, bu ölkədə də əsaslı siyasi dönüş yaradılacağına, beynəlxalq hüqu­qun norma və prinsiplərinə hörmətlə yanaşılacağına ümid yaranmışdı. Ancaq baş nazirn meydan təfəkkürlü olması, siyasi səbatsızlığı, riyakar­lığı bu ümidləri puça çıxardı. Onun meydanlarda hakimiyyətə gələrsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlan­masında bütün imkanlardan istifadə edəcəyi barədə verdiyi vədlərin yalan olduğu bir daha özünü açıq şəkildə göstərir.

Son vaxtlar münaqişənin nizam­lanmasında danışıqlar prosesində müşahidə olunan durğunluğun əsas səbəbkarı da N.Paşinyanın aqres­sivliyi, qeyri- konstruktiv mövqeyimövcud status-kvonu qoruyub saxlamaq cəhdidir. Onun ölkəyə rəhbərliyi dövründə baş verənlər, sərhədboyu ərazilərdəki təxribatlar, hərbçilərin və mülki vətəndaşların qətlə yetirilməsi Paşinyanın sələfləri olan xunta rejimi ilə müqayisədə daha qəddar və aqressiv olduğunu sübut edir. Onun Azərbaycanın işğal altın­dakı ərazilərinə yersiz səfərləri, hətta oğlunun da Dağlıq Qarabağda “hərbi xidmət keçməsi” münaqişənin daha da gərginləşdiriləcəyindən xəbər ve­rirdi. Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərində keçirilən top­lantılarda “Qarabağ Ermənistandır” – deməsi onun danışıqlar masasından birdəfəlik uzaqlaşmasına mesaj idi.

Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də beynəlxalq təşkilatlar seyrçi mövqe tutdular. Bu, Paşinyanı daha da arxayınlaşdırdı. Nəticədə “demokratiyanın beşiyi” adlandırılan Avropada radikal ermənilər dinc ak­siya keçirən soydaşlarımızla aman­sız rəftar edərək, onlara ağır bədən xəsarətləri yetirdilər.

Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu vandal aktları beynəlxalq hüquq normalarına qarşı növbəti saymazlıq­dır. Çünki 1961-ci ildə qəbul olunmuş Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi , eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınmasını qəbul edən ölkənin məsuliyyətindədir. Təəssüf ki, beynəlxalq təşkilatlar hələ də susurbununla da Ermənistanın işğalçı siyasətini davam etdirməsinə rəvac verirlər.

Azərbaycan Respublikasının Bi­rinci vitse-prezidenti Mehriban xanım Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciətində bu hadisələrin milyonlarla azərbaycanlı kimi, onu da dərindən hiddətləndirdiyini bəyan edib. Birinci xanım bildirib ki, azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müva­fiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zora­kılıq, aqressiyaqeyri-insani nifrət hissi ilə üzləşib.

Müraciətdə bildirilir ki, yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək, onlara xəsarət yetiriblər. Bir sıra hallarda aq­ressiv əhval-ruhiyyəli erməni qrupları vaxt azlıqda qaldığı­na görə, azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Bu qəddarlığı kəskin pisləyən Birinci vitse-prezident tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsinin nümunələrinin çox olduğunu xatırladıb və insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International”, “Hu­man Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıb.

Birinci xanım bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün diasporumuzun bütün potensialını birləşdirməyə ça­ğırıb və deyib ki, bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı, AŞPA-dakı nümayəndə heyətinin üzvü

Xalq qəzeti  2020.- 29 iyul.- S.4.