Bakı Xanları Sarayı:
tarixi və bu günü
əvvəli var
XVIII əsrin əvvəllərində Azərbaycanın
daxili siyasi vəziyyəti rus işğalı
üçün əlverişli şərait yaradırdı. Öz qüvvələri
ilə güclü işğalçılara müqavimət
göstərə bilməyəcəklərini anlayan Azərbaycan
xanları Rusiyanın onların istiqlaliyyətlərini bərpa
edəcəyinə inanırdı. Bu isə
Azərbaycan xanlarının Rusiya təcavüzünə
qarşı vahid cəbhəsini təşkil etməyə
imkan vermirdi. 1802-ci ilin sentyabr ayında
Qafqazdakı rus qoşunlarının baş komandanı təyin
edilmiş qədim gürcü zadəgan nəslinin nümayəndəsi,
Azərbaycan xalqına kəskin nifrəti ilə fərqlənən
general Pavel Sisianov Cənubi Qafqazda rus müstəmləkə
siyasətinin icraçısı oldu.
1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini
tərk edən kimi Fətəli xanın oğlu Şeyxəli
xan yenidən bütün Quba xanlığını, o
cümlədən, Dərbənddə hakimiyyəti ələ
keçirdi. Şeyxəli xan Dərbəndi yenidən Quba
xanlığına birləşdirdikdən sonra, eyni zamanda
Bakı xanlığına öz iddiasını bildirdikdə
Sisianov bundan bərk hiddətlənərək Dərbəndi
geri qaytarmaq istədi. O, 1803-cü ilin yanvar ayında qraf
Voronsova yazırdı ki, “əlverişli vaxtda Dərbəndi
tutmaq lazımdır, çünki bu mənə verilmiş
göstərişin ümumi planına uyğundur”. Lakin çar bütün dağlı hakimlərin
etimadını itirməkdən çəkinərək hələlik
Quba xanlığına hücuma razılıq vermədi.
XVIII əsrdə Rusiyanın Azərbaycana iki hücumu Dərbənddən
keçməklə yönəlmişdisə, bu dəfə
hücum Car – Balakən və Gəncə istiqamətindən
oldu. Çünki 1801-ci ildə Şərqi
Gürcüstan birləşdirildikdən sonra Rusiya burada əlverişli
şərait əldə etmişdi. Sisianov
ilk zərbəni Gürcüstandan Azərbaycanın içərilərinə
doğru uzanan yolun üstündə yerləşən Car –
Balakən xalqına yönəltdi. 5 minlik
gürcü qoşununun da yardım etdiyi general Qulyakovun
başçılıq etdiyi rus hərbi hissələri
1803-cü ilin mart-aprel aylarında yerli əhalinin müqavimətini
amansızcasına qıraraq Balakəni ələ keçirib
yandırdılar. Sonra isə Car
işğal edildi.
Rus qoşunlarının Azərbaycan daxilinə
sonrakı irəliləyişinin səbəbi Gəncə
qalası idi.
Buna görə də general Sisianov Gəncə
xanlığının ələ keçirilməsinə
xüsusi əhəmiyyət verirdi. Gəncəyə
iddia edən bir sıra gürcü feodallarının
baxışlarına şərik olan Sisianov Gəncə
xanlığı ərazisinin çariça Tamara
dövründə Gürcüstanın tərkibində
olduğunu iddia edərək, şəhəri təslim etməyi
tələb etdi və bildirdi ki, tələbi qəbul olunmasa
“Gəncəyə atəş və qılıncla” gələcək.
Cavad xan işğalçının tələblərini
rədd etdi və müqavimətə hazırlaşdı.
Bir ay davam edən mühasirədən sonra 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə
rus qoşunları həmlə ilə Gəncəni
aldılar. Cavad xan və onun oğlu
Hüseynqulu ağa döyüşərək həlak oldular.
Gəncə xanlığı ləğv olundu
və dairəyə çevrildi. Şəhərin
adı dəyişdirilərək I Aleksandrın həyat
yoldaşı Yelizavetanın şərəfinə Yelizavetpol
qoyuldu.
Rus
qoşunlarının Cənubi Qafqazda irəliləməsi
İranın kəskin narazılığına səbəb
oldu və Fətəli şah 1804-cü ilin may ayında rus
qoşunlarının Cənubi Qafqazdan
çıxarılmasını tələb etdi. Rusiya bu tələbi
rədd etdi və 1804-cü il iyulun 10-da
Rusiya-İran müharibəsi başladı. Cənubi
Qafqazdakı rus qoşunlarının sayı az
olsa da komandanlıq hücum taktikasını seçdi. 1804-cü ilin iyul ayında İrəvan
xanlığı ərazisində baş verən
döyüşdə rus qoşunu İran üzərində qələbə
qazandı. Lakin yeni, daha çox saylı
İran qüvvələrinin Cənubi Qafqaza gəlib Gəncəyə
tərəf irəliləməsi rus qoşunlarını
İrəvandan geri çəkilməyə vadar etdi.
Bir sıra Azərbaycan xanlıqları asılı
şəkildə olsa da öz mövcudluqlarını qorumaq
üçün Rusiyanın təəbəliyini qorumaq
haqqında müqavilələr imzaladılar. 1805-ci il
mayın 14-də Sisianovun Kürəkçay düşərgəsində
onunla qarabağlı İbrahimxəlil xan arasında
bağlanmış müqaviləyə görə rus
imperatorundan vassal asılılığı qəbul edildi. Xan
xarici siyasət səlahiyyətlərini bütünlüklə
Rusiyaya güzəştə getdi və ildə 8 min “əşrəfi”
(qızıl pul) bac verməyi öhdəsinə
götürdü. Rus çarı öz
növbəsində xan sülaləsinin bütün
hüquqlarını qorumağı üzərinə
götürdü. Bir həftə sonra
şəkili Səlim xanla da eyni məzmunda müqavilə
bağlandı. Bundan sonra Sisianov öz hərbi qüvvələri
ilə Şamaxı xanlığının ərazisinə
daxil oldu və Mustafa xanı 1805-ci il
dekabrın 27-də Rusiya təəbəliyinə keçmək
haqqında müqaviləni imzalamağa vadar etdi.
1805-ci ilin avqust ayında rus hərbi donanması Bakı
limanına yaxınlaşmışdı. Hüseynqulu
xan təslim olmaq tələbini rədd etdiyindən rus
donanmasının komandanı general Zavalişin şəhəri
atəşə tutmağa və mühasirəyə almağa
başladı. Hüseynqulu xan şahdan
yardım istədi. Şahın vəliəhdi
Abbas Mirzə urmiyalı Əsgər xana öz qüvvələri
ilə Bakının yardımına getməyi əmr etdi.
Qubalı Şeyxəli xan da Bakıya yardım
etməyə hazırlaşırdı. General
Zavalişin Bakıya İran və Quba tərəfindən
yardım ediləcəyindən xəbər tutaraq Bakı ətrafından
çəkildi və Lənkəranın
yaxınlığındakı Sara adasında düşərgə
saldı. Bu hadisə rus
komandanlığının Şeyxəli xana düşmən
münasibətini daha da artırdı. Şeyxəli
xanı Rusiyanın düşməni hesab edən general Sisianov
Şamaxılı Mir Mustafa xandan Quba xanı ilə heç
bir şəkildə əlaqəyə girməməyi tələb
etdi.
Şamaxını tabe edən general Sisianov 1806-cı
ilin fevral ayında özü böyük qoşun dəstəsi
ilə Bakı ətrafına gəldi və burada general
Zavalişinin desant dəstəsi ilə birləşdi. Sisianov
Hüseynqulu xandan Rusiya təəbəliyini qəbul etməyi
tələb etdi. Bakı xanlığı
Rusiya hakimiyyətini qəbul etmiş digər Azərbaycan
xanları kimi xarici siyasət hüququndan məhrum olunmaqla
yanaşı, xanlığın bütün gəlirləri
rus xəzinəsinə göndərilməli və xan isə
ildə cəmi 10 min rubl məvacib almalı idi. Bakı qalasında rus qarnizonu yerləşdirilməli
və xan hərbi məsələlərdə Qafqazdakı rus
qoşunlarının baş komandanının sərəncamlarına
tabe olmalı idi.
Hüseynqulu xan bu şərtlərlə
razılaşdığını bildirdi və fevralın 8-də
Sisianov polkovnik Eristavinin müşayiəti ilə onu qala
darvazalarının önündə gözləyən
Hüseynqulu xanın görüşünə getdi. Sisianov
görüş zamanı Hüseynqulu xanın əmisi
oğlu İbrahim bəy tərəfindən
öldürüldü. General Zavalişin
rus qoşunlarını Bakıdan Sara adasına, oradan da
Qızlara aparmağa məcbur oldu. Dörd ay sonra
1806-cı il iyun ayının 2-də
general İvan Qudoviç Qafqazdakı rus
qoşunlarının baş komandanı təyin olundu. Rus qoşunları yenidən Azərbaycanda fəallaşdılar.
İyunun 3-də general Qlazenapinin dəstəsi
Dağıstana daxil oldu. 1806-cı il
iyunun 21-də Dərbənd rus qoşunları tərəfindən
tutuldu. Ulus mahalı Şamxal Mehdi xanın idarəsinə,
Dərbənd şəhəri isə mayor rütbəsi
almış Əli Pənah bəyin idarəsinə verildi.
1806-cı
il oktyabrın 3-də Bakını
döyüşsüz tutan ruslar növbəti hədəf
kimi Qubanı seçdilər. Bakıda bir
batalyon və Bakı limanında hərbi donanma saxlayan general
Bulqakov noyabr ayının 11-də Qubaya doğru hərəkət
etdi.
Bakının
tutulması və general Sisianovun qətli haqqında
Beşcildlik “Qafqaz muharibəsi”nin I
kitabındakı “Bulqakov” fəslinin muəllifi A.Potto yazır
ki, “...1806-cı ilin yayında “İnfanteriya (piyada
qoşunları) generalı Sergey Alekseyeviç Bulqakov
artıq Dərbənddə idi. Qoşunlar gələcək
yüruşə tam hazır olduqdan sonra general onları Quba və
Qazıkumık əyalətlərindən yan kecərək
birbaşa Bakıya apardı. O, şəhərə
yaxınlaşanda bəyannamə göndərib sakinləri
rus imperatorunun mərhəmətinə sığınmağa
cağırdı və əks təqdirdə, “məğlubedilməz
qoşunlarla şəhərin bunövrəsini silkələməklə”
hədələdi. Bakı xanının yaxın
adamlarından biri Süleyman bəy bəyannaməyə cavab
olaraq Bulqakova catdırdı ki, xan əfv edilməsə, şəhər
sona qədər mudafiə olunacaq, xalq hökmdardan iznsiz hec nəyə
qol qoymayacaqdır...”.
Daha sonra Potto yazır ki, “knyaz Sisianovun olumundə xanın
gunahsız olduğu və qətlin onun iradəsi və istəyi
ilə baş vermədiyi inandırıcıdır”. Bunu subuta
yetirmək istəyən muəllif hadisə zamanı qoca bir
bakılının, 83 yaşlı Hacı Qurbanın hekayətini
təqdim edir.
O
dövrün müasirlərinin söylədiyinə görə,
xan sarayının çox zəngin və gözəl tərtibatı
olmuşdur. Məsələn 1837-ci ildə Sankt
-Peterburqda dərc edilmiş “Êàâêàçöû èëè ïîäâèãè è æèçíü çàìå÷àòåëüíûõ ëèö, äåéñòâîâàâøèõ íà Êàâêàçå” adlı kitabda
Qafqazın işğalı zamanı baş vermiş
döyüşlərdə fərqlənmiş rus əsgər
və zabitlərinin həyatı və göstərdiyi rəşadət
haqqında məlumat verilir. "General-leytenant
Qlazenapın tərcümeyi-halı” fəslində 1806-cı
ildə Bakının ruslar tərəfindən
işğalı, Xan sarayının qarət olunması belə
təsvir edilir: “Bakı xanının Bulqakov üçün
təmizlənmiş sarayında bizim zabitlərin diqqətini
divarlarda yağlı boya ilə ustalıqla çəkilmiş
və qızıla tutulmuş, döyüş səhnələri
əks edilmiş tarixi şəkillər çəkdi. Onları uzun iskənələrlə divarlardan
qopardılar. Təəccüblüdür
ki, bəziləri, hətta, heç pozulmamışdı da.
Ümumiyyətlə, bu ev çox zəngin
idi: qapı və çərçivələr
qırmızı çinar ağacından idi, çoxlu qiymətli
xalçalar, ipək parçalar, hətta, Şərq adətinin
əksinə olaraq güzgülər vardı. Görünür
ki, xan çıxıb getməyə heç də tələsmirdi.
Bütün bu var-dovləti bizimkilər elə
təmizlədilər ki, heç nə qalmadı”.
Digər
rus hərb tarixçisi Dubrovin yazır: “...General Bulqakov 3
dekabr 1806-cı ildə Bakının yeni baş
komendatlığının rəhbəri general-mayor, qraf
Qudoviçə məktub yazaraq bildirir: “Bakı
camaatının silahı olmadığını sizə
bildirmək istəyirəm. Bakı Xanları
Sarayının həyətində, qala divarlarına və məscidə
yaxın bir yerdə yerləşən silah və barıt
anbarlarını Mirzə xanın (II Mirzə Məhəmməd
xan nəzərdə tutulur) məsləhəti ilə
partlatdıq. Onun bizə sadiq
olacağına ümidvarıq. Təcili olaraq Ədliyyə
naziri P.V.Lopyxinin nəzərinə çatdırmaq
lazımdır ki, general Sisianovun qatillərinin tapılıb edam olunması və şəhər əhalisinin
gözünün qorxudulması, həmçinin bir neçə
bəyin və xanın qohumlarının ciddi cəzalandırılması
vacibdir. Yalnız bu zaman sakitlik və çar hökümətinin
rahatlığı bərqərar ola bilər.”
1808-ci ildə qraf Qudoviçə təsdiq cavabı gəlir
və 1000 nəfər hərbiçi cəza tədbirləri
üçün ayrılır. Xanın qohumları və
yaxınları təqib edilir. Bəziləri
sürgünə göndərilir. Qarşı
gəlib təzyiq göstərənlər isə
“carçı meydanı”nda (qala qapıları meydanı)
asılır və güllələnir.
Sisianovun qatillərindən biri olan və ələ
kecmiş nökər Əmirhəmzə isə səhra məhkəməsinə
verildi. O, əsgər
sıraları qarşısından keçirilərək
çubuqla döyüldü və sonra Sibirə sürgün
edildi. Amma həmin dövrun şərəf məcəlləsinə
gorə knyazı və baş komandanı qətlə yetirən
Əmirhəmzə edam olunmalı idı.
A.V.
Pottonun beş cildlik “Êàâêàçñêàÿ âîéíà” kitabının “Óòâåðæäåíèå ðóññêîãî âëàäû÷åñòâà íà
Êàâêàçå” əsərinin
I cildində, “Bulqakov” bölümündə sarayın qarət
edildiyi belə təsvir edilmişdir: 1806-cı ildə General
Bulqakov Bakının zəbti zamanı Bakı
xanlarının saray kompleksində qalarkən bu sarayın
möhtəşəmliyinə heyran olmuş, onu, məhz,
saray adlandırmışdır. Bulqakov, həmçinin,
saray və onun gözəlliyi haqqında əldə etdiyi məlumatlara
əsasən bu saraya 10 xüsusi təcrübəyə malik sənətkarla
gəlmiş və onların sayəsində divarlardakı
yağlı boya ilə işlənmiş tabloları
xüsusi alətlər (iskənələr) vasitəsilə kəsdirərək
öncədən hazırlanmış arabalarda Tiflisə
göndərmişdir.
Yataq evi adlanan xeyli zərər görmüş binada
saray qarət edildikdən sonra, general Bulqakovun əmri ilə
1806-cı ilin oktyabrından 1807-ci ilin noyabr ayına kimi
rekonstruktiv işlər görülmüşdü. Bina, demək
olar ki, rus memarlığı üslubuna bənzər elementlərlə
bəzədilmişdi. Divarlardan iskənələr
vasitəsilə qoparılan qabartmalı bəzəklərin
yerinə güzgülər vurulmuşdu.
Nəhayət,
bütün bu faktları təsdiqləyən yeni
tapıntı isə alman etnoqraf və rəssamı
A.V.Kizevetterin “Sonuncu Bakı xanının güzgülü zalı”nın yağlı boya ilə çəkilmiş
çox qiymətli rəsmi olmuşdur. Son orta əsrlərdə,
hətta, XVIII əsrin sonlarınadək Azərbaycan
saraylarının bədii tərtibatında məlum olduğu
kimi, aynabəndlik texnikasından geniş istifadə
edilmişdir.
Bu nadir rəsm əsəri Bakı Xanları
Sarayının bu günədək naməlum olan daxili
interyeri haqqında ilk vizual məlumatı verən çox
qiymətli tapıntıdır. Çünki, biz bu
günə kimi “güzgülü qonaq otağı”
haqqında yalnız mənbələrdən, hərbi
yazıçı və səyyahların yazılarından, həmçinin
xalq deyimlərindəki rəvayətlərdən başqa bir
şey bilmirdik. Əsərdəki
görüntülər yuxarıda adı çəkilən
mənbələrdə sözlə təsvir edilən məlumatlarla
üst-üstə düşür. Rəsmdə
güzgülü zalın interyeri tərtibatının –
çox güman ki, Bakı xanlarının nəslindən
olan xan və xanzadələrin portretləri olan məşhur
divar rəsmlərinin, qızılla işləmələrin,
yer döşənəcəkləri, fəvvarə və
memarlıq detallarının aydın təsviri verilmişdir.
Rəssam bu əsərdə otağın
gözəlliyini və tavanının da bəzək ornamentlərini
vurğulaya bilmişdir.
Bu otaq, orta əsr Azərbaycan saraylarına xas olan
böyük otaqların ən yuxarı hissəsini rəngli
şüşəli şəbəkələrlə bəzəyən,
“şahnişin” adlanan taglı artırma ilə tamamlanır. Şahnişində
hər iki kənar hissədə, yenə də xalılarla
döşənmiş hündür kürsülər, mərkəzdə
isə fəvvarə aydın görünməkdədir.
Rəsm əsəri o qədər ustalıq və
dəqiqlıklə, yüksək zövq və rəng
çalarlarının zənginliyi ilə seçilir ki, səviyyəli
foto çəkilişindən geri qalmır.
Şahnişin, əslində, yalnız saraylara məxsus
və sarayda küçənin, həmçinin həyətin
yan tərəfinə baxan otağın ikinci və ya daha
yüksək mərtəbəsində şahlara və ya
xanlara layiq çıxıntılı, balkon tipli bir yerdir. Şirvanşahlar
Sarayı Kompleksinin saray binasındakı “şahnişin”
öz əzəmətli və möhtəşəm
memarlıq üslubu və gözəlliyi ilə insanı
valeh edir.
Məlumdur ki, XVIII əsrdə Azərbaycan ərazisində
yaranmış bütün xanlıqlarda hər bir xanın
özünəməxsus saray tikilisi və saray interyeri
olmuşdur. Onları birləşdirən həm ümumi, həm
də fərqli cəhətlər vardır. İrəvan, Şəki, Gəncə xan
saraylarının divar və tavanlarına yağlı boya ilə
qızıla tutulmuş təbiət təsvirləri,
döyüş səhnələri və portretlər çəkilmiş,
stalaktitlər, buxarı və taxçalar güzgülərlə
işlənmişdir.
Xan sarayının ən böyük zallarında o
dövrə xas olan fəvvarələrin olması da mütləq
idi. Şamaxı Xan Sarayı da Şəki Xan Sarayı
kimi zəngin divar rəsmləri ilə bəzədilmişdi.
Məsələn, rəssam Q.Qaqarinin XIX əsrin
sonlarında Şamaxıdakı bir evdə çəkdiyi
“Şamaxı rəqqasələri” rəsmində
otağın necə gözəl bəzədildiyinin şahidi
oluruq. XIX əsrdə Şamaxıda
baş vermiş güclü zəlzələlər vaxtı
xan sarayı ciddi zərər görmüş, 1918-ci ildə
isə ermənilərin törətdikləri
soyqırımı günlərində həm talan edilmiş,
həm də dağıdılmışdır.
Xan sarayları ümumi quruluşlarına, eksteryer və
interyerlərinə görə fərqlənsələr də,
eyni struktura və memarlıq üslubuna malikdirlər. Maraqlıdır
ki, digər sarayların xarici interyeri də daxili qədər
zəngin olduğu halda, Bakı Xan Sarayının fasad
quruluşu çox sadədir. Lakin Bakı
Xan Sarayı böyük bir kompleksə malikdir, yəni bir
neçə bina, məscid, hamam, ovdan, təsərrüfat həyəti,
mətbəx, su arıtma və su təchizatı sistemi,
hovuzlu bağ-bağçalı həyət və müxtəlif
təyinatlı mülklərdən ibarətdir. Bakı Xan Sarayı bəzi memarlıq
detallarından başqa, demək olar ki, hər cür bər-bəzək
elementlərindən məhrumdur. Sadə,
lakin sərt və əzəmətli xarici memarlıq
quruluşu Bakı memarlığı üçün
xarakterik idi. Məsələn,
Şirvanşahlar Sarayının daxili interyeri də vaxtilə
zəngin kaşılarla bəzədilmiş olsa da, xaricdən
bir o qədər əzəmətli, lakin sadədir.
2015-ci ildə hamam kompleksində aparılan tədqiqat
işləri, həmçinin Moskva və Sankt-Peterburq şəhərlərinin
dövlət arxivlərindən gətirilmiş xəritələr
üzərində aparılan araşdırmalar nəticəsində
bu kompleksin ayrıca divarlarının və hamam
hasarının iki darvazasının olması aşkar edildi. Xəritələrdə
bu qapılardan birinin Bakı Xanları Sarayının
aşağı həyətində qala divarına bitişik
hissədə olduğu, digərinin isə Qoşa qala
qaplarıı tərəfində olduğu aşkarca
görünür. Bakı Xanları Sarayı istiqamətində
olan qapının eni 86 santimetr olmuşdur. Qapının
hündürlüyü isə ərazi 1906-cı ildə
rusların bu ərazini hərbi komendantlıq elan etdikdən
sonra burada bir sıra dəyişikliklər edildiyindən və
bu divar da çox güman ki, söküldüyündən
qeyri məlumdur. XVIII əsrin II
yarısı və XIX əsrdə İçərişəhərin
mükəmməl qrafik xəritələrini hazırlayan rus
hərbi hidroqrafları, şimal qala qapısına (Qoşa
qala qapıları) yaxın su anbarının və bir məhəllə
məscidinin olduğunu da xəritədə qeyd etmişlər.
Bu ərazidə geniş arxeoloji
qazıntılar aparılmadığından əfsuslar olsun
ki, xəritələrdə qeyd edilən bir neçə abidə
aşkar olunmamış və hələ də torpaq
altında qalır.
1919-cu ildən sonra kompleksdə daha bir neçə dəyişikliylər
edilmişdir.
Belə ki, 30-cu illərdə hamamın ərazisindən
kanalizasiya və su xətləri çəkilməsi NKVD-nin qərarı
ilə həyata keçirilir. Beləliklə,
diametri 1 metr olan 3 sıra azbes boru bu ərazidə quraşdırılmışdır.
2015-ci ildə arxeoloji qazıntılar zamanı
həmin 3 sıra azbes boru aşkar edilmiş və fotofiksasiya
edilərək arxivləşdirilmişdir. Bu kanalizasiya və su xətti hamamın gimbəzlərinin
üstündən keçdiyi üçün gümbəzlər
dağıdılmış və hamamın içinə
inşaat və təsərrüfat tillantıları
tökülmüşdür.
Hamam kompleksinin əsas qapısı Bakı
Xanlarının Saray Kompleksinin Qala divarına bitişik
divarı yanında olduğundan, demək olar ki, bu hamam saraya
aid olmuşdur.
1906-1908-ci illərdə də rus mühəndisləri
tərəfindən bu sarayın həyətində çox
ciddi dəyişikliklər edilmişdir. Demək
olar ki saray kompleksinin bəzi divarlarını çıxmaq
şərti ilə bütün divarlar
dağıdılmış və yerinə komendaturaya aid
müxtəlif təyinatlı otaqlar tikilmişdir. Sarayda sonradan edilmiş dəyişikliklərə baxdıqda,
hər mərtəbədə otaqların ciddi şəkildə
kiçildilməsi və ya böyüdülməsi nəzərə
çarpır. Sarayın hamam kompleksinə
dair əlimizdə olan iki çizim (çertyoj) eyni həyətin
və saray kompleksinin hər iki mərtəbəsinin
planlarını əks etdirir. İstər ərazidə
aparılan tarixi tədqiqatların nəticələri, istər
arxeoloji qazıntıların yekunları, istərsə də
arxiv sənədləri və rus hidroqraflarının xəritələrindəki
göstəricilər sübut edir ki, bu ərazidə bir
neçə abidədən başqa Bakı Xan Sarayları
Kompleksindəki bütün tikililər və inşaat
qalıqları rus işğalından sonrakı dövrə
aiddir.
Bundan başqa, Bakı Xanları Saray Kompleksinin həyətləri
bu barədə aydın məlumat verir. Araşdırdığımız
xəritələrdən bəlli olur ki, saray kompleksinin təsərrüfat
həyəti nisbətən daha geniş və aydın oxunan
formadadır. Burada mətbəx, yemək
otaqları, xidmətçi otaqları, saxlama otaqları sutənzimləmə-paklaşdırma
(su arıtma sistemi) və təmizləmə qurgusu, anbarlar,
quyular, təndirlər yerləşir.
Həyətdə əsas tağlı girişlə üzbəüz dulusçu emalatxanası da mövcud olmuşdur. Bu dulusçu emalatxanası həyətləri biri-birindən ayıran divara bitişik və keçidə yaxın olduğundan çox kiçik otaqlardan ibarət imiş. Emalatxananın 5 kürəsi, dulusçu çarxı və bir təndiri də olmuşdur. Bütün bunlar rus mühəndisləri və hidroqraflarının hazırladıqları xəritələrdə öz yerini tapmaqdadır. Kompleksin həyətində məscid olmuş və bu məscidin də ayrıca həyəti, minarəsi və ikiyaruslu otaqları var imiş. Bu fakt da xəritədə öz əksini tapmaqdadır. Həyətdəki Ovdan yaxınlığında gizli yeraltı yolunda olduğu və onun arxeoloji parkın ərazisindən keçən yeraltı yola çıxdığını da xalq arasında söyləyirlər.
İkinci bir yeraltı yolun da Qoşa qala qapılarının altından keçərək indiki Həsən Əliyev küçəsi istiqamətindəki yeraltı yol ilə bağlantısı olduğu da bizə məlumdur. Digər tərəfdən xəritəyə baxdıqda, başqa bir yeraltı yolun olduğu anlaşılır. Torpaq səviyyəsindən 4 metr dərinlikdə aşağıya enən pilləkənin olduğu və bu pilləkənin yer altında olan daha bir neçə otağa istiqamətləndiyi xəritədə açıq-aydın görünür. Beləliklə burada yeraltı yolun olduğu və Donjon qalasının həyətində yerləşən silah anbarları ilə də əlaqəsi olması xəritədə öz əksini tapmışdır.
Eləcə də yeni tapılmış yeraltı hamamı da Xan Sarayı Kompleksinin bir tərkib hissəsi kimi qəbul etmək olar. Belə ki, məşhur türk səyyahı Övliya Çələbi 1647-ci ildə İrəvan xanının bacısını almış Bakı xanı Əşrəf xanın toyunda iştirak etmək üçün 10 gün Bakıda qonaq olmuşdur. O, “Səyahətnamə”sində Bakı qalasındakı üç hamamdan bəhs etmiş, lakin Mirzə xan hamamının daha xoş olduğunu qeyd etmişdir. Səyyahın Mirzə xan hamamı adlandırdığı yer, Qoşa qala qapısı yaxınlığında, torpaq altından arxeoloji qazıntılar nəticəsində yeni aşkar olunub konservasiya edilən hamam olduğunu da ehtimal etmək olar. Bunu hamam divarından nümunə olaraq götürülmüş və Almaniyada laboratoriya analizi nəticəsində 1640-1650-ci illərə aid olması müəyyən edilmiş ağac parçası da sübut edir. Düzdür, söhbət xanlığın yarandığı XVIII əsrdən deyil, XVII əsrin II yarısından gedir. Lakin göründüyü kimi ali feodal zümrəsi olaraq, xanlıqdan əvvəl də xan titullu zənginlər olmuşdur. Ola bilsin ki, hamamın adını daşıdığı Mirzə xan, Əşrəf xanın ya babası, ya da atası olmuşdur. Sonrakı əsrdə xanlığın əsasını qoymuş Hüseyn Mirzə Məhəmməd xan da əcdadının adını daşımışdır.
Bu hamamın şimal və qərb tərəfdən iki qapısı olmuşdur: Xanlar və ailələri hamama gedəndə, şəhər əhalisi üçün nəzərdə tutulmuş o biri qapı, şimal qapısı bağlanardı. XVII əsrdə mürəkkəb quruluşlu, böyük miqyaslı belə bir hamamı, ancaq xanlar və yaxud yüksək titullu insanlar inşa etdirə bilərdi. Mənbələrdən və tarixi ədəbiyyatdan bizə bəllidir ki, XVII əsrdə, Səfəvi hakimiyyəti dövründə Bakı şəhərində (İçərişəhərdə) heç bir böyük həcmli ictimai bina inşa olunmamışdır.
Belə ki, XVII əsrin II yarısına aid edilən və saray yaxınlığında arxeoloji qazıntılar nəticəsində aşkar edilib üzə çıxarılan və vaxtilə öz hasarı olan hamam kompleksi, əslində, Bakı Xanlarının Saray Kompleksinin tərkibində olmuşdur. 1806-cı ildən sonra rus hərbi mühəndisləri və hidroqraflarının çəkdikləri xəritə və çertyojlarda hamam həyətinin hasarla əhatəli olduğu göstərilir. Eyni zamanda, memar Niyazi Rzayevin bu barədə araşdırmaları və tərtib etdiyi bir cizgiyə nəzər yetirsək, onun çəkdiyi cizgidə də hamam həyətinin hasara alındığı görünür.
Yuxarıda göstərilən arxeoloji qazıntıların yekunlarına, fakt və mənbələrə əsasən, bu tarixi məkanın Bakı Xanlarının Sarayı adlandırılması tamamilə düzgün olardı. Bakı Xan Sarayı Kompleksinin bir tərkib hissəsi olduğu üçün yeni tapılmış və konservasiya olunmuş hamamın da Xan hamamı adlandırılması və təbliğ edilməsi məqsədəuyğundur.
Bakı şəhərinin tarixində əhəmiyyətli yeri olan Bakı Xanlarının Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, konservasiya və bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək. Burada qədim Bakının tarixi müasir, dinamik və rəqəmsal formada canlandırılaraq geniş ziyarətçi kütləsinə nümayiş olunacaq. Muzeydə audiobələdçilər, virtual reallıq texnologiyasının imkanlarından istifadə olunmaqla ayrı-ayrı mövzular üzrə ayrılmış otaqlarda tarixi keçmişi əks etdirən bədii-tarixi və animasiya filmləri təqdim ediləcək. Hazırda layihə üzrə işlər davam etdirilir və onun açılışı 2020-ci ilin sonuna planlaşdırılır. Dövlətimizin də dəstək verdiyi, Heydər Əliyev Fondunun gerçəyə çevirdiyi bu layihələr tariximizə və mədəni irsimizə sahib çıxmamızın vacibliyiini şərtəndirir və bundan əlavə, vətəndaşlarımızın öz əzəmətli keçmişlərinə daha da bağlı olmalarına əvəzsiz töhfələr verir.
Kamil İbrahimov,
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğunun şöbə
müdiri, tarix üzrə elmlər doktoru, professor
Xalq qəzeti 2020.- 30 iyul.- S.10.