AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 207  Bakı şəhəri, 19 iyun 2020-ci il

 

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

 

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqındaAzərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılsın.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədəAzərbaycan Respublikası

Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli

178 nömrəli Qərarının 1-ci hissəsində “15 iyulsözləri “1 avqustsözləri ilə əvəz edilsin.

 

 

Əli Əsədov

 

 Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti. - 2020.- 20 iyun.- S.2.