Avropa Komissiyasının sədri Azərbaycanın uğurlarını təqdir edib

 

2016-2019-cu illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 55 faiz artıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu sözləriüzvü Aİ-ninŞərq tərəfdaşlığıproqramının iştirakçısı olan ölkələrin dövlət başçılarının dünən keçirilmiş birgə sammiti başa çatandan dərhal sonra jurnalistlər üçün brifinqdə söyləyib.

Siyasətçi deyib: “Biz davamlı Şərq Tərəfdaşlığının yaradılmasında fəal iştirak edirik. Bu halda davamlılıq dedikdə iqtisadi tərəqqi, sabitlik təhlükəsizliyi nəzərdə  tuturuq”.

Onun sözlərinə görə, Avropa İttifaqı layiqli yerləri açan, ölkələr arasında əlaqələri yaxşılaşdıran xüsusən gənclər üçün yeni imkanlar yaradan iqtisadiyyata yönəlmiş tərəfdaşlığı təmin etməyə çalışır.

Avropa Komissiyasının sədri deyib: “2016-2019-cu illərdə ticarətin dinamikasına nəzər salsaq, aşkar görünür ki, Aİ ilə bizimŞərq tərəfdaşlığıüzrə altı tərəfdaşımızın hər biri arasında qarşılıqlı ticarətin həcmi əhəmiyyətli dərəcədə çoxalıb. Məsələn, Azərbaycanlaarasında ticarətin həcmi 55 faiz, Ukrayna iləarasında ticarətin həcmi 50 faiz artıb. Bundan əlavə, regiondaxili ticarətin həcmində iki dəfədən çox artım müşahidə olunur”.

 

 

 

Vüqar Seyidov,

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

 

Xalq qəzeti. - 2020.- 20 iyun.- S.2.