Azərbaycan – Avropa
İttifaqı münasibətləri
yeni mərhələyə
qədəm qoyur
Məlum
olduğu kimi, iki il bundan
əvvəl Azərbaycanla
Avropa İttifaqı arasında hər iki tərəfin müstəqillik, suverenlik,
ərazi bütövlüyü
və beynəlxalq səviyyədə tanınmış
sərhədlərin toxunulmazlığı
prinsiplərinə sadiqliyi
əks olunan “Tərəfdaşlıq prioritetləri”
sənədi paraflanıb. Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin eyni
prinsiplər əsasında
həllinin həmin sənəddə əks olunması Ermənistana daha bir zərbədir”.
Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının
sədri Sədaqət
Vəliyeva bildirdi.
Prezident
İlham Əliyevin Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans
formatında Sammitindəki
çıxışına münasibət bildirən
deputat dedi ki, dövlətimizin başçısı Ermənistanın
işğalçı siyasətini
bu gün də davam etdirdiyini
diqqətə çatdırdı.
Bildirdi ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır.
Ermənistanın etnik
təmizləmə siyasəti
nəticəsində 1 milyondan
artıq azərbaycanlı
qaçqın və məcburi köçkünə
çevrilmişdir.
S.Vəliyeva,
həmçinin qeyd etdi ki, möhtərəm
Prezidentimiz, həmişə
olduğu kimi, bu dəfə də mötəbər beynəlxalq qurumların Ermənistanın işğalçı
siyasətini pisləyən
qətnamələri qəbul
etdikləri diqqətə
çatdırdı: “BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsi Ermənistan
qoşunlarının Azərbaycanın
işğal edilmiş
bütün ərazilərindən
qeyd-şərtsiz və
tam çıxarılmasını
tələb edir. Ermənistan bu qətnamələrə,
habelə, ATƏT, Qoşulmama
Hərəkatı, NATO, Avropa
Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən
qəbul edilmiş müvafiq sənədlərə
əməl etmək əvəzinə, işğal
olunmuş ərazilərdə
qeyri-qanuni məskunlaşma
siyasəti həyata keçirir”.
Ermənistanın baş nazirinin populist çıxışları,
məntiqsiz fikirləri
və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan arqumentləri,
o cümlədən, danışıqların
mahiyyət və formatını məhv etməyə çalışması
da kəskin pislənildi. Dövlətimizin
başçısı bir
daha diqqətə çatdırdı ki, Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın
ərazi bütövlüyü
bərpa olunmalıdır.
S.Vəliyeva
Azərbaycanın Şərq
Tərəfdaşlığı çərçivəsində də Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini
də diqqətə çatdırdı: Ölkəmiz
2009-cu ildə əsası
qoyulan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində
müxtəlif sahələrdə
qurulan əməkdaşlıqda
əhəmiyyətli nəticələrə imza atıb. Ötən 11 il ərzində təşkilat
Azərbaycan iqtisadiyyatına
böyük sərmayələr
qoyub və ölkənin əsas ticarət tərəfdaşı
olub. Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığının
altı üzv ölkəsinin içərisində
Avropa İttifaqı ilə həyata keçirilən tvinninq layihələrinin sayına
görə lider mövqeyində dayanır.
Bu da onu
göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx münasibətlər qurulub,
hətta Şərq Tərəfdaşlığı çərçivəsində ölkəmiz qurumla əməkdaşlıqda lider
mövqeyə yüksəlib.
Elə bu səbəbdəndir ki, Şərq Tərəfdaşlığı
sammitlərində də
Azərbaycanın mövqeyi
qəti olur və müdafiə edilir. Bu mənada,
Şərq Tərəfdaşlığının
son sammiti də istisna təşkil etmədi və Azərbaycanın Ermənistan üzərində
növbəti siyasi qələbəsi kimi tarixə düşdü”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
Xalq qəzeti. - 2020.- 20 iyun.- S.3.