Dövlətimizin başçısı
Ermənistanın işğalçılıq
siyasətini ifşa etmişdir
Bu il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans
formatında Sammiti keçirilib. Prezident İlham Əliyev tədbirdə dərin məzmunlu, parlaq çıxış etmişdir.
Dövlətimizin başçısının çıxışında səslənən
dəyərli fikir, təklif və mülahizələr ölkə
ictimaiyyətinin ən
müxtəlif təbəqələrinin
nümayəndələri, o cümlədən, tarixçi
alim və siyasi ekspertlər tərəfindən dərin
məmnunluq hissilə qarşılanmışdır.
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli
bu barədə fikirlərini bizimlə bölüşərək dedi:
– Mən tədbiri televiziyadan dərin maraqla izlədim. Prezident İlham Əliyev çıxışında qeyd
etdi ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş
ölkəsidir. Avropa İttifaqı
ilə əməkdaşlıq
Azərbaycanın xarici
siyasətinin əsas prioritetlərindəndir. Ölkəmiz bu qurumun 9 üzvü
ilə strateji tərəfdaşlıq haqqında
sənəd imzalayıb.
Qeyd etmək
lazımdır ki, iki il bundan
əvvəl Brüsseldə
Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq
Prioritetləri” sənədi
paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik,
ərazi bütövlüyü
və beynəlxalq səviyyədə tanınmış
sərhədlərin toxunulmazlığı
prinsiplərinə sadiqliyi
xüsusi vurğulanıb.
Prezident İlham Əliyev sonra haqlı olaraq vurğuladı ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə, məhz, yuxarıda qeyd olunan prinsiplər
əsasında həll
edilməlidir. Lakin, bu gün dünya birliyinə məlum olduğu kimi, Ermənistan Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazisinin 20 faizinin
işğalını davam
etdirir. Dağlıq Qarabağ və
Azərbaycanın daha
7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı
altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində
1 milyondan artıq azərbaycanlı qaçqın
və məcburi köçkünə çevrilmişdir.
İrəvan beynəlxalq hüquq
normalarını kəskin
şəkildə pozmaqda
davam edir. Belə ki, BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi
Ermənistan qoşunlarının
Azərbaycanın işğal
edilmiş bütün
ərazilərindən qeyd-şərtsiz
və tam çıxarılmasını
tələb edir.
Lakin Ermənistan iqtidarı həmin sənədləri
yerinə yetirməkdən
boyun qaçırır.
Dövlətimizin başçısının
Sammitdə növbəti
dəfə nümayiş
etdirdiyi prinsipial mövqe Ermənistanın
baş naziri Nikol Paşinyanı şok vəziyyətinə
salmışdır. O, beynəlxalq ictimaiyyətin diqqətini
Dağlıq Qarabağ
probleminin həllindən
yayındırmağa can ataraq,
ölkəmizə şər
və böhtan atmağa cəhd etmiş və özünü bir daha biabır etmişdir.
Bundan sonra,
Prezident İlham Əliyev yenidən söz alıb Paşinyanı dərin arqumetnlərlə tam yerində
oturtdaraq demişdir: “Çıxışımda dediklərim
beynəlxalq təşkilatların
qətnamələrinə əsaslanan
tarixi həqiqətdir.
Birincisi,
bu, hər kəsə bəlli olan bir faktdır
ki, Ermənistan Azərbaycanın ərazisini
işğal edib.
İkincisi isə, Ermənistanın
baş nazirinə irqçilik haqqında danışmağı məsləhət
görməzdim, çünki
erməni terrorçuları
dünyaca məşhurdurlar”.
Hesab edirəm ki, Azərbaycan Prezidenti ölkəmizin haqq səsini bir daha nüfuzlu
beynəlxalq platformadan
səsləndirməklə, Ermənistanın işğalçılıq
siyasətini ifşa etmişdir. Dövlətimizin başçısı dünya ictimaiyyəti qarşısında ortaya qoyduğu tutarlı faktlar və dəlil-sübutlarla faktiki
olaraq Ermənistanın
faşizm ənənələrinə
söykənən dövlət
siyasətini yerlə-yeksan
etmişdir.
Sonda bildirmək istəyirəm ki, Azərbaycan dövləti,
Milli Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında
ən yaxın gələcəkdə erməni
işğalçılarını doğma torpaqlarımızdan
birdəfəlik qovub çxaracaqdır. Bununla da tarixi ədalət tamamilə bərpa olunacaq!
Söhbəti qələmə aldı:
M.HACIXANLI,
Xalq qəzeti. - 2020.- 20 iyun.- S.3.