Azərbaycan Prezidentinin təşəbbüsləri dünyada böyük maraq doğurur

 

 

Dünyanın başı üzərini almış koronavirus kabusu öz fəsadlarını törətməkdə davam edir. Hətta, supergüc dövlətlər bu təhlükəli virusun əsirinə çevriliblər. Bunu koronavirus infeksiyasına yoluxanların dünyasını dəyişənlərin sayı da təsdiqləyir. Azərbaycan isə ABŞ, Çin, Almaniya, Fransa, İspaniya kimi inkişaf etmiş dövlətlərlə müqayisədə koronavirusla mübarizədə az itki verib. Buna ölkəmizdə aparılan düşünülmüş qabaqlayıcı tədbilər sayəsində nail olmuşuq.

Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizin koronavirusla bağlı mübarizəsində verdiyi töhfələri yüksək qiymətləndirir. Bu da təsadüfi deyil. Azərbaycan ÜST-ə 10 milyon dollar ianə etmiş, bundan əlavə, dünyanın 29 ölkəsinə humanitar yardım göstərmişdir. Bütün dünya üçün önəmli vaxtda liderlik göstərmək çox mühüm əməkdaşlıq formatı yaratmaq Azərbaycanın humanizm prinsipinə sadiqliyinin nəticəsidir. Bu, eyni zamanda, dövlət başçımızın insan amilinə verdiyi dəyərin bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq, yeni işlək strukturların yaradılması, səhiyyə ocaqlarının yenidən qurulması, modul tipli xəstəxanaların, tibbi maska qoruyucu vasitələr hazırlayan fabrik sexin istifadəyə verilməsi koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açmışdır.

Xalqımızın dövlətimizin tarixi sınaq qarşısında oduğu bir vaxtda dövlət başçımızınBiz birlikdə güclüyük!” çağırışı pandemiya ilə mübarizədə həmrəyliyimizi ən yüksək səviyyəyə qaldırdı. Bu birliyin həmrəyliyin təminatçısı Azərbaycan xalqı onun öz Prezidentinə olan sonsuz inamı etibarıdır.

COVID-19 pandemiyası möhtərəm Prezidentimizin təşəbbüslərinə mane ola bilmədi. Elə bu günlərdə dövlət başçımızın “Microsoft” şirkətinin vitse-prezidenti digər nümayəndələri ilə videokonfrans keçirməsi bunun təsdiqidir. Məlum olduğu kimi, “Microsoft” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi Şərqi Avropa bölgəsinin korporativ əlaqələr hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Bu görüş bir daha təsdiqlədi ki, dünyanı pandemiya təhlükəsi bürüsə , Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlığı, yüksək texnologiyaların, innovasiyaların tətbiqi sahəsi diqqət mərkəzindədir. Göründüyü kimi, dünyanın nüfuzlu şirkətlərinin Azərbaycanla əməkdaşlığa yüksək marağı ölkəmizə onun rəhbərinə olan inam etibarın nəticəsidir. Son illər ölkəmizin iri infrastruktur layihələrinin reallaşdırılması istiqamətində qazandığı uğurlar tanınmış şirkətlərin diqqətindən yayınmamış onları Azərbaycanla əməkdaşlığı genişləndirməyə ruhlandırmışdır. “Microsoft” şirkətinin rəhbərliyində təmsil olunmuş şəxslərin ölkəmiz haqqında yüksək fikirləri, əməkdaşlığın perspektivləri, irəli sürülən təkliflər bundan xəbər verir. Videokonfransda qürurverici fikirlər səsləndirildi: “Azərbaycan pandemiya ilə bağlı məsələlərin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunəvi dövlət kimi göstərilir. Ölkəmizdə, nəinki təkcə daxili məsələlərə diqqət yetirilir, həmçinin qlobal miqyasda da fəaliyyət həyata keçirilir. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib bu proses davam edir. Bütün bunlar Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi tanınmasında mühüm rol oynayıb.”

Dövlətimizin başçısı videokonfransda bir daha diqqətə çatdırdı ki, pandemiyanın tüğyan etdiyi vaxtda Azərbaycanda əsas diqqət insanların koronavirusdan qorunmasına yönəldilmişdir. Cari ilin birinci rübü iqtisadi inkişaf sahəsində ümidverici olmuşdur. Ümumi daxili məhsulda kiçik azalma olsa da, iqtisadiyyatın bəzi sahələrində, xüsusilə, neft qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınmışdır. Pandemiyanın zərər vurduğu sahələrə, o cümlədən, turizm onunla əlaqəli sahələrin bərpasına yardımın davam etdiriləcəyi diqqətə çatdırıldı.

Videokonfransda diqqət çəkən məqamlardan biri Azərbaycanla “Microsoft” arasında uğurlu əməkdaşlığın qarşıdakı illərdə daha da gücləndiriləcəyi məsələsi olmuşdur. Xüsusilə, “Microsoft” şirkəti ilə əməkdaşlıq sahəsində piratçılığa qarşı birgə səylərin yaxşı nəticələr verməsi, rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində aparılan işlə bağlıMicrosoft”la yaxşı əməkdaşlıq imkanlarının yaranması, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması məsələlərinin gündəlikdə olması, kibertəhlükəsizliklə bağlı məsələlərin gələcək üçün prioritetlər sırasında qalması diqqətdən yayınmamışdır. 15 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərənMicrosoft”la tərəfdaşlığın geniş potensialı böyük gələcəyi olduğu da qeyd edilməlidir.

Buna qədər dövlətimizin başçısı bir sıra iri şirkətlərin rəhbərləri ilə videokonfrans formatında görüşlər keçirmiş, gələcək əlaqələrimizin daha da inkişafı, o cümlədən, perspektivlər müzakirə olunmuşdur. Belə ki, son iki ay ərzində Prezident İlham Əliyev 20 tədbirdə iştirak edib. Bu tədbirlərin 14-ü sosial proqramların icrası ilə əlaqədar olmuşdur.

Göründüyü kimi, koronavirus pandemiyası möhtərəm Prezidentimizin təşəbbüslərinə mane ola bilmədi. Bəşəriyyətin başı üzərini almış koronavirus kabusunun ciddi fəsadlar törətdiyi bir vaxtda Prezident İlham Əliyev həm daxili, həm xarici siyasət kursunun, eləcə sosial proqramların həyata keçirilməsi, iri şirkətlərlə videokonfrans formatında görüşlər keçirməklə qətiyyət nümayiş etdirir.

 

 

 

Vüqar ƏLİYEV,

Xəzər Rayon Gənclər İdman İdarəsinin rəisi

 

Xalq qəzeti. - 2020.- 20 iyun.- S.4.