İndi hər kəsdən ikiqat məsuliyyət tələb
olunur
Karantin qaydalarının yumşaldılmasından
sonra ölkəmizdə
yoluxma sayının artması təkcə biz həkimləri deyil, bütövlükdə
cəmiyyətimizi, dövlətimizi
narahat edir. Odur ki, karantin
rejiminin ölkəmizdə
avqustun 1-nə qədər
uzadılması doğru
addımdır. Bu fikirləri ATU-nun Tədris-Cərrahiyyə Klinikasının
şöbə müdiri,
tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyeva pandemiyaya qarşı mübarizədə ölkəmizin
gördüyü işlərlə
bağlı “Xalq qəzeti”nə fikir bildirərkən deyib. O, daha sonra əlavə
edib:
– Karantin rejiminin məhdudiyyətlərinin
aradan qaldırılması,
sanki, bəzi vətəndaşlarda bir arxayınlıq yaratdı.
Park və restoranların, ticarət mərkəzlərinin açılmasından
sonra gigiyenik qaydalara tam əməl
edilməməsi, insanların
çox olduğu yerlərdə tibbi maskalardan istifadə olunmaması, eləcə də sosial məsafənin qorunmaması xəstələrin
sayının artmasına
gətirib çıxardı
ki, bu da
hamımızı narahat
edir. Nəticədə
pandemiyanın qarşısının
alınması üçün
karantin rejiminin uzadılması və qərarların sərtləşdirilməsi
məsələsi gündəmə
gəldi. Odur ki, Nazirlər Kabineti yanında operativ qərargah karantin rejiminin avqustun 1-ə kimi uzadılması barədə
qərar verdi. Məqsəd ölkəmizdə
ola biləcək mümkün yeni dalğa təhlükəsinin
qarşısının vaxtında
alınması, yoluxmanın
mümkün qədər
azaldılmasına nail
olmaqdır.
Düşünürəm ki, bu, həqiqətən
də düzgün və önəmli addımdır. Çünki
cənab Prezident İlham Əlievin də dəfələrlə
vurğuladığı kimi,
insanların, əhalinin
sağlamlığı hər
şeydən öndə
gəlir. COVID-19 pandemiya elan edildikdən və koronavirus infeksiyasının
ölkəmizdə qeydə
alınmasından sonra
cəmiyyətin sağlamlığının
keşiyində dayanan
həkimlərimizin məsuliyyəti
daha da artdı.
İstər Bakıda,
istərsə də bölgələrimizdə çalışan
tibb işçiləri
gecə-gündüz fədakarcasına
pandemiya ilə mübarizə aparır, virusa yoluxmuş və müxtəlif vəziyyətlərdə olan
vətəndaşlarımızın xilas edilməsi üçün əlindən
gələni əsirgəmirlər.
Hər bir vətəndaşımızın həyatı bizim üçün dəyərlidir.
Onları çarpayıda
“ölüm-qalım” çarpışmasını
görmək həm həkim kimi, eləcə də insan kimi bizi
narahat edir. Lakin nə qədər
çətin də olsa, hər birimiz “Biz birlikdə
güclüyük!”– devizi
ilə öhdəmizə
düşən vəzifəni
və peşə borcumuzu yerinə yetirir, bu bəlanın
tezliklə ölkəmizdən
və dünyamızdan
sovuşmasına çalışırıq.
Bunun üçün isə hər bir vətəndaşımız
üzərinə düşən
vəzifəni dərk
etməli, qoruyucu maska taxmalı, sosial məsafəni gözləməlidir. Statistika
göstərir ki, epidemiya qurbanlarının
sayı gündən-günə
artmaqda davam edir. Ən güclü
ölkələr COVID-19 epimediyasının
qarşısında acizdir.
Hələ ki, müxtəlif ölkələr
və aparıcı elmi-tibbi mərkəzlər
COVID-19-un qarşısının alınması üçün
vaksinlərin hazırlanması
üzərində çalışırlar.
Lakin, bu, uzun zaman tələb
edən işdir. Ona görə də vətəndaşlar
iyunun 21-dən iyulun
5-nə qədər davam
edən sərtləşdirilmiş
karantin günlərində
məsuliyyətli olmalı,
müəyyən edilmiş
qaydalara riayət eməlidirlər. Bu zaman kəsiyi hər birimiz üçün bir sınaq dövrüdür.
Çünki pandemiyanın
ayağının ölkəmizdən
kəsilməsi bizim hər birimizdən asılıdır. Bunun üçün dövlət
üzərinə düşən
vəzifəni yerinə
yetirir. Modul tipli xəstəxanaların
təşkili, həkim
və tibb işçilərimizin, polislərimizin
və digər peşə sahiblərinin fədakarcasına çalışması
ondan ötrüdür
ki, hamılıqla bu bəlaya qalib gələ bilək. Pandemiya üzərində qələbə çala
bilməyimiz üçün
vətəndaşlar da
bizə kömək etməli, ilk növbədə, öz sağlamlıqlarını düşünməli,
qaydalara əməl etməlidirlər. Əks halda, hər bir məsuliyyətsiz hərəkət onlarla, yüzlərlə insan həyatının itkisinə
səbəb ola bilər. İnanırıq
ki, müəyyən edilmiş müddətdə
ölkəmizdə yoluxma
sayının azalmasına,
daha çox xəstənin sağalaraq,
evə buraxılmasına
nail olacağıq.
Əfsanə BAYRAMQIZI,
Xalq qəzeti. - 2020.- 20 iyun.- S.4.