Əhalinin yoluxmasının qarşısını almaq
üçün zəruri
tədbirlər görülür
Azərbaycanda koronavirusla mübarizə istiqamətində ciddi addımlar atılır. Nazirlər Kabineti yanında operativ qərargahın iyulun 18-də keçirdiyi
brifinqdə insanların
təhlükəsizliyi üçün
kifayət qədər
vacib qərarlar açıqlandı. Qəbul
edilən son qərarlar dünyada pandemiyanın yayılma tempinin artması və ölkəmizdə yoluxanların çoxalması
ilə bağlı sərt karantin rejiminin tətbiqini zəruri edir. Qəbul edilən qərarlar vətəndaşlarımızın sağlamlığı baxımından
vacibdir. Bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb üzrə
fəlsəfə doktoru,
yoluxucu xəstəliklər
üzrə mütəxəssis
Elza Orucova bildirib.
E.Orucova qeyd edib ki,
COVID-19 ilə mübarizə
yönümündə TƏBİB-in fəaliyyətini müsbət qiymətləndirmək
lazımdır. Tək
TƏBİB-in deyil, Nazirlər Kabineti yanında operativ qərargahın işini də yüksək dəyərləndirirəm. Hər
iki qurumun nümayəndələri mütəmadi
olaraq brifinqlər keçirməklə insanları
məlumatlandırır, jurnalistlərin
çoxsaylı suallarına
cavab verirlər. Cəmiyyətimiz də qoyulmuş qaydalara texniki deyil, dərk edərək riayət etməli, dövlət və xalq həmrəyliyini, birliyini nümayiş etdirməlidir. Necə deyərlər, ortaq düşmənimiz olan məkrli virusa qalib gəlmək üçün həmrəyliyimiz
olmalıdır.
Həkim bildirib ki, indiki
ərəfədə səhiyyə
sistemində çalışanlar,
müxtəlif ixtisaslı
həkimlər, xüsusilə
də infeksionistlər,
hətta rezidentlər
üzərlərinə düşən
vəzifəni ləyaqətlə
yerinə yetirirlər.
Bu, göz önündədir və əslində, sübuta, izahata da ehtiyac
duyulmur. Çünki
onların fəaliyyətini
bir aksiom baxış bucağından
dəyərləndirirəm. Axı, sübut olunmuşları sübuta
yetirmirlər.
Dahi yazıçı və həkim Anton Çexov deyib: “Həkimlik sənəti qəhrəmanlıqdır, hünər
deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir
ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”. Söylənmiş bu çox gözəl, yığcam,
dərin mənalı
və geniş fikirdən irəli çıxaraq, indiki mərhələdə yeni
növ koronavirus infeksiyası ilə mübarizədə həkimlərimizin,
bütövlükdə, səhiyyə
işçilərinin “birə
yüz artan” fədakar əməyini dəyərləndirərək
böyük inamla “ön cərgənin həkimləri qəhrəmandırlar!”,–
deyə bilmək haqqımız var.
E.Orucova virusun, hətta, tibb işçiləri üçün də yoluxma riskini artırdığını bildirib:
“Ən yaxın günlərdə tibb işçiləri arasında
olan xəstələnmələr
də müşahidə
edildi. Tibb işçiləri də
insandır. Bəllidir ki, fərdi
qoruyucu vasitə kimi xüsusi hazırlanmış kombinezonlar
hava keçirmir, insanın hərəkətini
məhdudlaşdırır. İşdə bu geyimdə, həmçinin
respirator maskada həkimlərimiz saatlarla qalırlar ki, buna da xeyli
səbr və dözüm lazımdır.
Təbii ki, müəyyən zaman keçəndən sonra onlarda nəzərəçarpan
diskomfort yaranır. Ola bilsin ki,
elə həmin məqamda da ani olaraq kiçik
ehtiyatsızlıq virusa
yoluxmaya gətirib çıxarır.
Üstəlik, başqa faktorlar da mümkündür. Ehtimal ki, yaxınları
ilə görüş,
azsaylı da olsa yas mərasimlərində
iştirak, nəqliyyat
vasitələrindən istifadə
zamanı və digər ictimai yerlərdə ehtiyatsızlığa
yol verilə bilər. Hələlik xəstələnmə hallarında
artım müşahidə
olunur. Lakin digər ölkələrlə
müqayisədə ildırım
sürəti ilə artmır Fikrimcə, bu, əhəmiyyətli dərəcədə insanların
özünün fərdi
və sosial məsuliyyətindən asılıdır.
Buna vətəndaşın
sosiopsixi təsirləri
də aiddir. Cəmiyyətdə virusa qarşı mübarizə
psixoloji cəhətdən
necə qarşılanırsa,
fərdiyyət də
ona uyğun müdafiə olunacaq. Yəni, bu infeksiya
ilə mübarizədə
kompleks yanaşma mütləqdir. Yalnız bu halda xəstəlik
öz enişini yaşayacaq. Qeyd etdiyim kimi, kompleks
yanaşma mütləq
olmalıdır və
o halda xəstəliyə
yoluxmanın pik həddindən yan keçəcəyik”.
Sonda E.Orucova vurğulayıb ki, ümumi qanunauyğunluqda infeksion xəstəliklərin yayılması
üçün 3 şərt
vacibdir: infeksiya mənbəyi, ötürülmə
mexanizmi və xəstəliyə meyilli və ya həssas
şəxs. Bunlara uyğun olaraq
xəstəliklərin profilaktikası
da bu istiqamətlərdə
aparılır: infeksiya
mənbəyinə, ötürülmə
yollarına qarşı
yönəlmiş tədbirlər
və xəstəliyə
həssas insan orqanizminin müqavimətinin
spesifik, qeyri-spesifik vasitələrlə yüksəldilməsi.
Bir-birini ardıcıl
zəncir şəklində
əvəz edən bu proses harada
qırılsa, o zaman yoluxma baş verməyəcək.
Anar Əliyev,
Xalq qəzeti. - 2020.- 20 iyun.- S.4.