ISESCO
pandemiya ilə mübarizəyə həsr
olunmuş tədbirlərini
davam etdirir
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (ISESCO) koronavirus
pandemiyası ilə bağlı cəmiyyətin
təhsil və mədəni həyatını
davam etdirmək məqsədilə “Rəqəmsal
ev” layihəsi çərçivəsində interaktiv platforma yaradıb. Təşkilatın
saytında Mərakeşin
Məhəmmədiyyə Alimlər
Liqası ilə birlikdə platformanın məzmunu yerləşdirilib.
Karantin rejimində evdə oturanlar üçün dini biliklər, ekstremizmə qarşı maarifləndirici
əsərlər, elmi
və mədəniyyət
muzeyləri ilə virtual tanışlıq təqdim edilir. Bundan başqa, İslam aləminin ən zəngin kitabxanalarının linkləri
vasitəsilə müxtəlif
kitabları oxumaq mümkündür.
ISESCO
bütün üzv ölkələri bu təşəbbüsə qoşulmağa,
rəqəmsal texnologiyalar
vasitəsilə təhsil
və mədəni həyatın davam etdirilməsini təmin etməyə çağırıb.
Təşkilatın “Rəqəmsal
ev” layihəsi çərçivəsində ərəb dili kursları da keçirilir. Bu məqsədlə, “YouTube”
sosial şəbəkəsində
xüsusi kanal açılıb.
Bu günlərdə
ISESCO bir sıra regional və beynəlxalq təşkilatların
nümayəndələrinin də iştirakı ilə videokonfrans keçirdi. Konfransın açılış sessiyasında təşkilatın
baş direktoru Salim əl-Malik, Birləşmiş Ərəb
Əmirliklərinin Mədəniyyət
və Bilik naziri Nura əl-Kəəbi,
İslam Əməkdaşlıq
Təşkilatının baş
katibi Yusif bin Əhməd Əl-Osaymin və BMT-nin Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos
çıxış
etdilər.
Konfransın
gündəliyinə COVID-19 pandemiyası dövründə
mədəniyyət sahəsinin
üzləşdiyi çətinliklər,
pandemiyadan sonrakı dövrdə mədəniyyət,
mədəni turizm sahəsində yeni trendlər mövzuları
barədə müzakirələrin
aparılması və
ISESCO-nun Rəqəmsal
Mədəniyyət Strategiyası
layihəsinin təqdimatı daxil idi.
Virtual konfransda ölkəmizi Azərbaycan Respublikası
Mədəniyyət nazirinin
birinci müavini Vaqif Əliyev və ISESCO üzrə Azərbaycan Respublikası
Milli Komissiyasının
baş katibi Vasif Eyvazzadə təmsil edirdi. Azərbaycan nümayəndə heyəti
çıxış zamanı
COVID-19 pandemiyası dövründə
ölkəmizdə mədəniyyət
sahəsində həyata
keçirilən layihələr
barədə məlumat
verdi, həmçinin
Azərbaycanın ISESCO tərəfindən
təsis edilmiş Qlobal Humanitar Koalisiyaya dəstək verdiyini qeyd etdi.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti. - 2020.- 20 iyun.- S.6.