Azərbaycan Prezidenti
Ermənistanın işğalçılıq
siyasətini yenə ifşa etdi
Son günlərdə
iyunun 18-də Şərq
Tərəfdaşlığı ölkələrinin videokonfrans
formatında keçirilmiş
sammiti Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyətini və uzaqgörənliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında bildirdi
ki, Azərbaycan Şərq Tərəfdaşlığının
fəal üzvüdür.
Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq ölkəmizin
xarici siyasətində
əsas prioritetlərdəndir.
Azərbaycan Aİ-nin
bir çox ölkələri ilə ikitərəfli əməkdaşlıq
qurub, 9 dövlətlə
strateji tərəfdaşlıq
haqqında sənəd
imzalayıb. Hazırda
təşkilatla konstruktiv
əməkdaşlıq şəraitində
yeni tərəfdaşlıq
sazişi üzərində
iş gedir. Məsələyə münasibət
bildirən Azərbaycan
Dövlət İqtisad
Universitetinin professoru,
tarix elmləri doktoru Nizami SÜLEYMANOV bunları dedi:
–
Aİ Azərbaycanın əsas
ticarət tərəfdaşıdır.
Beynəlxalq ticarət
əlaqələrimizin təqribən
50 faizi Aİ ölkələrinin
payına düşür.
Azərbaycan uzun müddətdir ki, Avropa bazarlarına xam neft nəql
edən etibarlı təchizatçıdır və
Aİ-nin enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm
rol oynayır.
Prezident İlham Əliyev, təbii ki, bu dəfə də Ermənistanın işğalçılıq siyasətini
ifşa etdi. Dövlət
başçısı Ermənistanın
Azərbaycan ərazilərini
işğal etdiyini, həmin ərazilərdə
qeyri-qanuni məskunlaşdırma
siyasəti həyata keçirdiyini vurğuladı.
İşğalla əlaqədar
BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi məlum qətnamələrin
hələ də Ermənistan tərəfindən icra edilmədiyini
bildirdi: “Ermənistan
bu qətnamələrə,
habelə ATƏT, Qoşulmama
Hərəkatı, NATO, Avropa
Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən
qəbul edilmiş müvafiq sənədlərə
əməl etmək əvəzinə, işğal
edilmiş ərazilərdə
qeyri-qanuni məskunlaşma
siyasəti həyata keçirir. Danışıqların
mahiyyət və formatını məhv etməyə çalışan
Ermənistanın baş
nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil. Dağlıq Qarabağ Azərbaycandır! Və bütün dünya bunu belə tanıyır. Azərbaycanın
ərazi bütövlüyü
bərpa olunmalıdır”.
Azərbaycan
liderinin tutarlı faktlarla məsələləri
şərh etməsindən
narahat olan Ermənistanın baş naziri Nikol Paşinyan
isterik vəziyyətdə
cavab verməyə çalışdı. Lakin
onun gah ingilis, gah da
erməni dilində danışması konfrans
iştirakçılarının çaşqınlığına səbəb oldu və istehza doğurdu. O, ingilis dilində “danışarkən”
“Dağlıq Qarabağ
münaqişəsi”, ermənicə
danışarkən isə
“Artsax” ifadəsini işlətdi. Bu isə bir daha
onu göstərir ki, Ermənistan rəhbərliyi hələ
də işğal faktını gizlətməyə,
işğalçı adını
üzərinə götürmək
məsuliyyətindən yaxa
qurtarmağa çalışır.
Beləliklə,
Paşinyan Aşqabadda
keçirilmiş MDB dövlət
başçılarının Zirvə görüşündə
və Münxen Təhlükəsizlik Konfransında
olduğu kimi, özünün savadsızlığı
və siyasi kütlüyü ilə yenidən gülünc vəziyyətə düşdü.
Onun Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı işinə toxunaraq qərarın mahiyyətini saxtalaşdırmağa
və utanmadan iştirakçıları aldatmağa
çalışması da
Azərbaycan lideri tərəfindən ifşa
olundu. Prezident İlham Əliyev bir daha söz
alaraq səlis və mükəmməl ingilis dilində faktlara əsaslanaraq Paşinyanın yalanlarını
alt-üst etdi: “Çıxışımda dediklərim
beynəlxalq təşkilatların
qətnamələrinə əsaslanan
tarixi həqiqətdir.
Birincisi,
bu, hər kəsə bəlli olan bir faktdır
ki, Ermənistan Azərbaycanın ərazisini
işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə terrorçuluq haqqında danışmağı
məsləhət görməzdim,
çünki erməni
terrorçuları dünyaca
məşhurdurlar. Parisin
Orli Hava Limanında terror hadisəsi törədən
Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv
edilib. Məhz buna görə belə məsələlər
ətrafında müzakirə
gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.
Paşinyanın çıxışı onun
küçə adamı
olaraq qaldığını
nümayiş etdirdi. Paşinyan çıxışında
Aİ-nin koronavirusla bağlı Ermənistana
92 milyon avro yardım ayırmasını
yüksək qiymətləndirdi.
Azərbaycan Prezidenti isə
öz çıxışında
bildirdi ki, Azərbaycan bu günə qədər 29
dövlətə humanitar
yardım göstərib
və pandemiya ilə mübarizə üçün Ümumdünya
Səhiyyə Təşkilatına
10 milyon ABŞ dolları
həcmində könüllü
maliyyə yardımı
ayırıb. Tək
bu fakt Azərbaycanla
Ermənistanın dünya
üçün fərqini
və dəyərini yaxşı izah edir. Azərbaycan Aİ ilə bərabərhüquqlu
əməkdaşlıq edir.
Ermənistan isə bu formatda əməkdaşlığa
dilənçilik imkanı
kimi baxır.
Sonda qeyd edək ki, Avropa İttifaqında
ölkələrin ərazi
bütövlüyünə hörmət prinsipi yüksələn xətlə
inkişaf edir. Bu fikir Aİ Xarici İşlər Nazirləri
Şurasının 11 may
2020-ci il tarixli “Şərq Tərəfdaşlığınin
gələcəyi ilə
bağlı yekunlar” sənədində də əksini tapıb. İnanırıq ki, beynəlxalq tədbirlərdə
Azərbaycan Prezidenti tərəfindən gülünc
vəziyyətə qoyulan
Ermənistan son nəticədə işğalçılıq
siyasətindən əl
çəkmətyə məcbur
olacaq.
Söhbəti qələmə aldı:
Paşa ƏMİRCANOV,
Xalq qəzeti. - 2020.- 23 iyun.- S.6.