Bütün
qlobal layihələr diqqət mərkəzindədir
Son 16 il ərzində həyata
keçirilən uğurlu daxili
və xarici siyasət əhalinin həyat tərzinin
yaxşılaşdırılması istiqamətində əsaslı
dönüş yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki
mövqeyinin daha da möhkəmləndirilməsi
mənafeyinə xidmət göstərmişdir. Prezident İlham Əliyev bu müddət
ərzində müstəqil və
milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə
dəyişən dünyanın geosiyasi reallıqlarına
adekvat olaraq çevik və hücum taktikasına əsaslanmaqla
davam etdirir. Məhz bunun nəticəsidir
ki, hazırda Azərbaycan
dünyada etibarlı tərəfdaş kimi tanınır və beynəlxalq münasibətlər
sistemində mövqeyi getdikcə
güclənir. Eyni zamanda, ölkəmiz müstəqil dövlətlərin suverenliyi və
milli maraqlara hörmət prinsipi əsasında
inkişafının tərəfdarı
kimi çıxış edir.
Həm Cənubi Qafqaz regionunda,
həm də Avrasiya geosiyasi məkanında baş verən
hadisələr Azərbaycanın
həm beynəlxalq hüquq normaları çərçivəsində
fəaliyyət göstərdiyini, həm də regional və
qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna
rol oynadığını sübuta yetirir. Bütün bunlar beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamını daha da artırır və Azərbaycanın
çox etibarlı tərəfdaş kimi
tanınmasında və bölgədə
sabitləşdirici rol oynamasında
mühüm əhəmiyyət kəsb edir.
Sosial layihələr
uğurla icra olunur
Son illər dünyada baş verən
mürəkkəb hadisələrin -- münaqişələrin
daha da alovlanmasının, miqrant axınının güclənməsinin,
hətta inkişaf etmiş dövlətlərdə belə qarşıdurmaların
geniş vüsət alması
müqabilində Azərbaycanın sabitlik adasına
çevrilməsi,
nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə
evsahibliyi etməsi bir daha təsdiqləyir ki, ölkəmiz
müstəqillik yolunda inamla irəliləyir. Prezident İlham
Əliyevin düzgün müəyyənləşdirdiyi
siyasi kurs ölkəmizin beynəlxalq münasibətlərdə
uğurla təmsil olunmasını təmin edir.
Son bir neçə ayda bəşəriyyətin
başı üzərini almış koronavirus pandemiyası,
demək olar ki, bütün sahələri silkələyib.
Əksər ölkələrin iqtisadi vəziyyəti xeyli zəifləmiş,
xəstəlik nəticəsində ölüm halları
artmış, diplomatik münasibətlərdə və digər
sahələrdə
müəyyən fasilələr yaranmışdır. Pandemiya Azərbaycandan
da yan keçmədi. İş yerləri, tədris müəssisələri,
nəqliyyat sektoru bir neçə ay öz fəaliyyətini
dayandırdı. Ancaq dövlət
başçısının rəhbərliyi ilə
qabaqlayıcı tədbirlərin
düşünülmüş şəkildə həyata keçirilməsi əhalinin həyat tərzinə mənfi təsirinin qarşısını aldı.
Ölkə Prezidenti də çıxışlarında
bildirdi ki, heç bir maneə sosial layihələrin
icrasını dayandıra bilməz. Son iki ay ərzində
dövlət başçısının və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın
reallaşdırılan sosial layihələrin
açılış mərasimlərində iştirakı
da bundan xəbər verir. Son iki
ay koronavirus pandemiyasının tüğyan etdiyi dövr
olduğundan, bu müddət ərzində keçirilən tədbirləri
xüsusilə vurğulamaq istərdik.
Ümumiyyətlə,
sosial layihələrin icrası
hər zaman prioritet vəzifə kimi qarşıya
qoyulub. Dövlət
başçısının rəhbərliyi
ilə həyata keçirilən sosialyönümlü siyasət
Azərbaycan cəmiyyətində
böyük razılıqla qarşılanır.
Çünki bu siyasət
müxtəlif sosial
qrupların həyat tərzinin daha
da yaxşılaşdırılmasına , insan amilinə hörmətin
formalaşdırılmasına,
siyasi sabitliyin bərqərar
olmasına etibarlı zəmin yaradan konseptual inkişaf
yoludur. Bu, həm də ölkədə etibarlı sosial
müdafiə sisteminin yaradılmasını gerçəkləşdirir.
Prezident İlham Əliyev
dövlətin yeritdiyi bu siyasətin mahiyyətindən bəhs
edərkən dəfələrlə
onun mərkəzində məhz
insan amilinin, Azərbaycan vətəndaşının
dayandığını diqqətə çatdırıb və əhalinin sosial təminatının,
maddi vəziyyətinin daha da yaxşılaşdırılması
üçün pandemiyanın
ciddi təhlükə yaratmasına baxmayaraq, bundan sonra da genişmiqyaslı sosial-iqtisadi
islahatların həyata keçirilməsinin prioritet vəzifə
kimi hər zaman aktual olaraq qalacağını bildirib.
Gərgin
iş qrafiki
Son
iki ayda hətta dövlətlərarası
əməkdaşlıqda da müəyyən fasilələr
yaranıb. Həmin fasilələr hələ də aradan
qaldırılmayıb. Bütün bunlara baxmayaraq, Azərbaycanda
nəzərdə tutulan sosial proqramlar icra olunmuş, bir
sıra beynəlxalq tədbirlər videokonfrans formatında
keçirilmiş, yeni istifadəyə verilmiş müəssisələrin
açılış mərasimləri keçirilmişdir.
Açılışların, demək olar ki, hamısında ölkə Prezidenti, əksəriyyətində
isə Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak
etmişdir. Ümumilikdə, son iki ayda dövlət
başçısının iş qrafiki çox gərgin
olmuşdur. Belə ki, Prezident
İlham Əliyev 20 tədbirdə iştirak edib. Bu tədbirlərin
14- ü sosial proqramların icrası ilə əlaqədar
olmuşdur. Bunlardan bəzilərini diqqətə
çatdırmaq istərdik:
Prezident
İlham Əliyev aprelin 3-də Bakı--Sumqayıt yolunun
genişləndirilməsi çərçivəsində
görülən işlərlə tanış olub. Aprelin 6- da
ölkə Prezidenti və
birinci xanım Mehriban Əliyeva
Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil
Fabriki” MMC tərəfindən yaradılan tibbi maska
istehsalı müəssisəsinin açılışında
iştirak ediblər.
Həmin
ayın 24-də Abşeron rayonunun ərazisində Xızı
rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə
çəkilən magistral qaz kəmərinin
açılış mərasimində dövlət
başçısı şəxsən iştirak edib. O gün möhtərəm
Prezidentimiz daha bir tədbirə
qatılıb--Sumqayıt şəhərindəki yataqxanalarda
müvəqqəti məskunlaşan 3042 məcburi
köçkün ailəsi üçün Abşeron rayonu ərazisində
yaşayış binalarından ibarət məhəllələrdə
tikinti işlərinin gedişi ilə tanış olub.
Koronavirusa
tutulmuş xəstələrin
müalicəsi məqsədilə
qısa müddət ərzində tikilib istifadəyə
verilmiş modul tipli xəstəxana kompleksinin
açılışında Prezident
İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva iştirak ediblər.
Paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana
kompleksinin tikinti və quraşdırma işləri 3 həftə
ərzində tamamlanıb. Sahəsi
3000 kvadratmetr olan , üç
korpusdan ibarət, ümumilikdə, 100 palatada 200
çarpayı yeri olan modul tipli xəstəxana kompleksində
orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və
müalicəsi üçün hərtərəfli şərait
yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə
avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya
çevrilməsi mümkündür.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan
Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi
maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət
göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin
açılışında iştirak ediblər.
Bir həftə sonra -- mayın
19- da ölkə
başçısı və Birinci vitse- prezident Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin
Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin
açılışında iştirak ediblər. Mayın 25-də isə Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərə
gəliblər. Bu səfər zənginliyi ilə diqqət mərkəzində
olub. Çünki həm
Prezident, həm də Birinci vitse-prezident Pirsaat Baba ziyarətgahının
yenidən qurulması çərçivəsində
görülən işlərlə tanış olublar. Daha sonra Pir Ömər Sultan ziyarətgahında
olublar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə
burada zəruri konservasiya və bərpa işləri
aparılmaqla ərazinin arxeoparka çevrilməsi
planlaşdırılır. Həmçinin Şamaxı
rayonunda bir sıra müəssisələrin
açılış mərasimlərində iştirak ediblər.
Mayın
28- də həm Prezident İlham Əliyev, həm də birinci
xanım Bakının Qaradağ rayonunda məcburi
köçkünlər üçün salınmış
“Qobu Park-3” yaşayış kompleksinin açılış
mərasimində iştirak ediblər. “Qobu Park-3”
yaşayış kompleksində onmərtəbəli 13
yaşayış binası inşa olunub və mənzillərin ümumi sayı
1336-dır. Qeyd edək ki, “Qobu Park-3” yaşayış
kompleksi qaçqın və məcburi köçkünlər
üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri,
ticarət obyektləri və digər zəruri infrastruktur
yaradılıb. Ərazidə sakinlərin asudə
vaxtının səmərəli təşkili məqsədilə
istirahət parkı salınıb, uşaq əyləncə
meydançaları quraşdırılıb, geniş
yaşıllıq və işıqlandırma işləri
görülüb. Burada həm də 3 idman meydançası
və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin
ixtiyarına veriləcək.
Beynəlxalq
tədbirlər
Koronavirus xəstəliyi sərhəd
tanımayaraq dünya boyunca yayıldığı və faciəvi
nəticələrə gətirib
çıxardığı bir vaxtda
Prezident İlham Əliyevin təşəbbüsü ilə
mühüm əhəmiyyətli beynəlxalq tədbirlər
də keçirilib. Əvvəlcə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının sədri,
Prezident İlham Əliyevin təşəbbüsü
ilə aprelin 10-da Türk
Şurasının videokonfrans vasitəsilə fövqəladə
Zirvə görüşü keçirilib. Dövlət
başçısının da qeyd etdiyi kimi, fövqəladə zirvə
görüşünün əsas məqsədi milli səviyyədə
atılan addımlara dair təcrübə
mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi
və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi
olub. Qeyd edildi ki, qlobal pandemiya şəraitində Türk
Şurasının üzv dövlətləri özlərinə
qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər
beynəlxalq təşkilatlarla əməkdaşlığa
hazır olduğunu bəyan edib. Həmçinin, Azərbaycanın ayrı-ayrı ölkələrə
də öz dəstəyini göstərməsi də diqqətə
çatdırılıb.
Qoşulmama
Hərəkatının sədri kimi Prezident İlham
Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının
Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə
koronavirusla mübarizəyə həsr edilmiş “COVID-19-a qarşı
birlikdəyik” mövzusunda Zirvə görüşünün
keçirilməsi də beynəlxalq
aləmin diqqət mərkəzində olub.
Qoşulmama Hərəkatında
120 dövlətin təmsil olunduğunu nəzərə
alaraq, zirvə görüşü coğrafi təmsilçilik
prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın
Amerikasında yerləşən ölkələrin
iştirakı ilə təmas qrupu formatında keçirildi. Qırxdan çox üzv ölkənin dövlət
və hökumət başçılarının
qatıldıqları videokonfransda BMT-nin Baş katibi, BMT
Baş Assambleyasının prezidenti, Afrika
İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının
baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi
də iştirak etdi.
Bundan
başqa, CISCO şirkətinin təşəbbüsü
ilə Prezident İlham
Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və
baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay
Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri
arasında videokonfrans keçirildi.
Bir həftə sonra dövlətimizin
başçısı daha bir tədbirə qatıldı.
Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”)
şirkətinin təşəbbüsü ilə Prezident
İlham Əliyevlə bu şirkətin baş icraçı
direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və
“Signify” rəhbərliyinin digər nümayəndələri
arasında videokonfrans keçirildi.
Göründüyü
kimi, son iki ayda dövlət başçısının
iş qrafiki çox zəngin və gərgin olmuşdur. Bəşəriyyətin
başı üzərini almış koronavirus kabusunun ciddi fəsadlar
törətdiyi bir vaxtda Prezident İlham Əliyev həm daxili, həm də
xarici siyasət kursunun, eləcə də sosial
proqramların həyata
keçirilməsi prosesində prinsipiallıq və qətiyyət
nümayiş etdirir.
Əliqismət
BƏDƏLOV,
Xalq qəzeti. - 2020.- 21 iyun.- S.1.