Hikmət HACIYEV: Paşinyan təxribatçı açıqlamaları
ilə danışıqların
formatını və
mahiyyətini dağıdır
Azərbaycan
Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan
baş nazirinin açıqlamasını AZƏRTAC-a şərh
edib.
Hikmət Hacıyev bildirib ki, 2019-cu ilin oktyabr ayında Müstəqil Dövlətlər
Birliyinin dövlət
başçılarının Aşqabad Zirvə Toplantısında Prezident
İlham Əliyev faşist Qaregin Njde ilə bağlı
Ermənistanın siyasətini
ifşa edib. Toplantı zamanı Ermənistanın baş naziri N.Paşinyan isterik şəkildə faşist Q.Njdeni müdafiə etməyə
çalışmaqla özünü
gülünc vəziyyətə
salıb.
Daha
sonra N.Paşinyan
2020-ci ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransında
Ermənistanın, dünya
erməniliyinin və beynəlxalq ictimaiyyətin
gözü qarşısında
Prezident İlham Əliyev tərəfindən
tamamilə darmadağın
olunaraq utanc vəziyyətə düşüb.
Bunun ardınca N.Paşinyanın
Q.Njde kimi öz faşist babasını təbliğ
etməsi də ifşa olunub.
Ermənistanın
baş naziri bu zərbələrdən
özünə gəlməmiş
2020-ci il iyunun 18-də
Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət
və hökumət başçılarının videokonfransında
növbəti biabırçılıqla
üzləşdi. Prezident İlham Əliyevin faktlara əsaslanan mövqeyinə
cavab verməyə cəhd edən N.Paşinyan videokonfransda çaşqınlıq yaradan,
istehza ilə qarşılanan erməni dilində danışığı
və gülüş
doğuran ingilis dili ilə yadda
qaldı.
Onun
iddiaları Prezident İlham Əliyev tərəfindən təmkinli,
eyni zamanda, tutarlı və qəti şəkildə təkrarən cavablandırıldı.
Prezident İlham Əliyev Fransanın Orli Hava Limanında
terror törədən
Varujan Karapetyanın Ermənistana ekstradisiya edilməsi və qəhrəmanlaşdırılması faktını qeyd edərək, Ermənistanın rasizm, terrorizm kimi məsələlərdə
danışmamalı olduğunu
bildirdi.
Bundan başqa, videokonfransa maska ilə qatılan yeganə dövlət başçısı
olan N.Paşinyan bununla özünü gülünc vəziyyətdə
qoydu. Bu da onu göstərir
ki, N.Paşinyanın koronavirusa yoluxması barədə dedikləri növbəti populizmdir.
Yerevan
küçələri ilə
beynəlxalq tədbirləri
qarışıq salan
və hər dəfə özünü
biabır edən Ermənistanın baş naziri öz uğursuzluğuna haqq qazandırmaq üçün
yenə də Azərbaycana qarşı ittihamlar irəli sürərək populist məzmunlu çıxış
edib.
N.Paşinyan hazırda çarəsiz durumdadır. O, faktiki olaraq Ermənistanda inqilabi diktatura qurub. Müxalifət nümayəndələrinin, jurnalistlərin və hakimlərin həbs edilməsi, hər hansı əks fikir söyləyən şəxslərin susdurulması
və şantaj edilməsi, müxalifət
nümayəndəsinin həbsdə
ölməsi Ermənistanda
geniş yayılmaqda olan praktikadır. Onun koronavirusa qarşı apardığı mübarizənin
iflasa uğraması göz qabağındadır.
Çaşqın vəziyyətə düşən N.Paşinyan
ölkədaxili istehlak
üçün bir-birinin
ardınca təxribatçı
və ziddiyyətli açıqlamalar verir.
N.Paşinyan bu cür
təxribatçı açıqlamaları
ilə danışıqların
formatını və
mahiyyətini dağıdır. Prezident İlham Əliyev
dəfələrlə bildirib
ki, danışıqların
formatı dəyişdirilə
bilməz. N.Paşinyanın iddia etdiyi kimi,
“Dağlıq Qarabağ
xalqı” anlayışı
yoxdur. Dağlıq Qarabağ tarixi
Azərbaycan torpağıdır.
Prezident İlham Əliyevin 2019-cu ilin oktyabr ayında
Valday toplantısında
vurğuladığı kimi,
“Dağlıq Qarabağ
Azərbaycandır və
nida işarəsi”.
Azərbaycan özünün işğal olunmuş bütün torpaqlarını
Ermənistanın işğalından
azad edəcək və beynəlxalq səviyyədə tanınmış
sərhədləri çərçivəsində
öz ərazi bütövlüyünü bərpa
edəcək.
Vəziyyətin gərginləşməsinə
görə məsuliyyət
tam şəkildə şəxsən
N.Paşinyanın üzərinə
düşür.
Xalq qəzeti. - 2020.- 21 iyun.- S.2.