AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 209    Bakı şəhəri, 19 iyun 2020-ci il

 

 

Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

 

Ümumi təhsil haqqındaAzərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin

2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydasıtəsdiq edilsin (əlavə olunur).

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

 

 

Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili

 

QAYDASI

 

 

 

1. Ümumi müddəalar

 

 

 

1.1. “Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası” (bundan sonra - Qayda) “Ümumi təhsil haqqındaAzərbaycan Respublikası Qanununun 12.16-cı maddəsinə əsasən hazırlanmışdır təhsilalanların, pedaqoji texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkili məsələlərini tənzimləyir.

 

1.2. Bu Qayda xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla, tabeliyindən mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

 

1.3. Mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələri təhsilalanların, pedaqoji texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməlidir.

 

1.4. Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına, özəl bələdiyyə ümumi təhsil müəssisələrində isə öz vəsaitləri hesabına həyata keçirilir.

 

 

 

2. Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili

 

 

 

2.1. Dövlət ümumi təhsil müəssisəsində (bundan sonra - obyektlər) mühafizə xidmətinin təşkili müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri (bundan sonra - mühafizə hissələri) tərəfindənhəyəcansiqnalizasiyası sistemi vasitəsilə həyata keçirilir.

 

2.2. Obyektlərin mühafizəsi mühafizə hissələri tərəfindənhəyəcansiqnalizasiya sistemi vasitəsilə obyektlərə, orada çalışan pedaqoji texniki heyətə, təhsilalanlara, habelə mühafizə xidmətinin əməkdaşlarına edilə biləcək hüquqazidd qəsdlərin qarşısının alınması məqsədilə polis naryadının çağırılması üçün həyata keçirilir.

 

2.3. “Həyəcansiqnalizasiya sistemi aşağıdakı tərkib hissələrindən ibarətdir:

 

2.3.1. məlumatvermə sistemləri;

 

2.3.2. nəzarət-qəbuledici cihazı;

 

2.3.3. radioötürücüyə qoşulanhəyəcansiqnalizasiyası şleyfi.

 

2.4. “Həyəcansiqnalizasiya şleyfi aşağıdakı tərkib hissələrindən ibarətdir:

 

2.4.1. əyləc;

 

2.4.2. düymə;

 

2.4.3. açar;

 

2.4.4. brelok.

 

2.5. Qeyd olunanhəyəcansiqnalizasiya sisteminin tərkib hissələri obyektlərdə Baş Mühafizə İdarəsi tərəfindən müəyyən edilən tələblərə uyğun müvafiq yerlərdə, o cümlədən istehsalçının təyin etdiyi qaydada quraşdırılır.

 

2.6. Şleyfə qoşulan əyləc elə quraşdırılmalıdır ki, ayaq ya dizlə kənar şəxslər tərəfindən hiss olunmadan işə salınması mümkün olsun.

 

2.7. Şleyfə qoşulan hissələr işə salınarkən hər hansı bir səs verməməli yaxud bu səs eşidilməz dərəcədə olmalıdır.

 

2.8. Şleyfə qoşulan hissələr görünməməli, maksimum gizli şəkildə quraşdırılmalıdır.

 

2.9. Obyektlərinhəyəcansiqnalizasiya sistemlərinin köməyi ilə müşahidə olunması üçünhəyəcansiqnalizasiya şleyfi birbaşa siqnalizasiya sistemlərinin son qurğusu (telefon kanalı, radiokanal qurğuları s.) vasitəsilə Mərkəzi Mühafizə Məntəqəsinə qoşulur daimi enerji ilə təmin olunması üçün əlavə qida mənbəyi (UPS) quraşdırılır.

 

2.10. Mərkəzi Mühafizə Məntəqəsi fəaliyyət göstərməyən inzibati ərazi bölgüsündə olan obyektlərdə quraşdırılmışhəyəcansiqnalizasiya sisteminin çıxışı xüsusi rabitə vasitələri ilə yaxınlıqda olan polis postunda quraşdırılmış nəzarət-qəbuledici cihazının ayrıca zonasına qoşulur.

 

2.11. Obyektlərdə quraşdırılmışhəyəcansiqnalizasiya sistemlərindən istifadə üçün müəssisənin rəhbəri tərəfindən müvafiq əmrlə müəssisə əməkdaşları sırasından aidiyyəti məsul şəxs (şəxslər) təyin edilir.

 

2.12. “Həyəcansiqnalizasiya sistemi üzrə məsul şəxsin (şəxslərin) vəzifələri aşağıdakılardır:

 

2.12.1. obyektdə baş verə biləcək hər hansı hüquqazidd qəsdlərin qarşısının alınması məqsədiləhəyəcansiqnalizasiyasının işə salınması;

 

2.12.2. “həyəcansiqnalizasiya sisteminin obyektdə quraşdırılmış mexanizmlərinin qorunub saxlanılması;

 

2.12.3. sistemin yerləşdiyi yer barədə məlumatın qorunub saxlanılması;

 

2.12.4. sistemin vəziyyəti barədə müəssisə rəhbərinin mütəmadi məlumatlandırılması.

 

2.13. Məsul şəxs (şəxslər) sistemin zərurət olmadan işə salınmasına görə məsuliyyət daşıyır.

 

2.14. Polis naryadıhəyəcandüyməsinin köməyi ilə müşahidə olunan obyektlərdənhəyəcansiqnalı barədə məlumat aldıqda, hadisə yerinə gizlin yaxınlaşmalı, qanun pozucusu aşkar olunduqda özünün, obyektdə olan işçilərin vətəndaşların təhlükəsizliyini təmin etməklə, onun zərərsizləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərəkət etməlidir.

 

 

 

3. Özəl bələdiyyə ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkili

 

 

 

3.1. Özəl bələdiyyə ümumi təhsil müəssisələri mühafizə xidmətinin təşkili ilə əlaqədar göstərilən bütün mühafizə xidməti növlərindən istifadə edə bilər.

 

3.2. Özəl bələdiyyə ümumi təhsil müəssisələrinin mühafizəsi qanunvericiliyə uyğun təşkil edilməklə özləri tərəfindən, habelə müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri ya özəl mühafizə müəssisələri tərəfindənQeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

 

Xalq qəzeti. - 2020.- 21 iyun.- S.2.