Ermənistan beynəlxalq
aləmdə növbəti
zərbəni aldı
Prezident
İlham Əliyev bugünlərdə Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans formatında keçirilən
sammitində Ermənistanın baş nazirini növbəti dəfə
ifşa etdi. Möhtərəm Prezidentimiz işğalçı
ölkənin rəhbərinin
dediklərinə cavab
olaraq erməni terrorçu Karapetyanla bağlı məsələyə
toxundu. Dövlət başçısının haqqında
danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli Hava Limanında
baş vermişdi. ASALA terror təşkilatının
üzvü Varujan Karapetyanın başçılığı
altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında
törədilən qanlı
terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə,
4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi.
Terror zamanı 55 nəfər də yaralanmışdı.
Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini
boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində
partlatmaq olduğunu etiraf etmişdi. Buna görə Fransa Məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunmuşdur. Orada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın
o vaxtkı baş naziri Andranik Marqaryan tərəfindən
qəbul edilmiş, mənzil və işlə təmin olunmuşdur. Son vaxtlaradək Ermənistanda
sərnişindaşıma şirkətlərindən birinin
sahibi olan terrorçu V.Karapetyan Dilicanda yaşamışdır.
Bu, bir daha
onu göstərir ki, qanlı terror törədən beynəlxalq terrorçuların
Ermənistanda qəhrəmanlaşdırılması
adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini
göstərən çoxsaylı
faktlardan biridir.
Prezident
İlham Əliyev sammitdəki çıxışında
Avropa İttifaqı ilə yeni tərəfdaşlıq
sazişinə də münasibət bildirdi və dedi ki,
danışıqlar yekun
mərhələsindədir. Ölkə başçısı
qeyd etdi ki, 2018-ci ildə Brüsseldə Azərbaycan
və Avropa İttifaqı arasında
“Tərəfdaşlıq prioritetləri”
sənədi artıq paraflanıb. Sənəddə hər iki tərəfin müstəqillik, suverenlik,
ərazi bütövlüyü
və beynəlxalq səviyyədə tanınmış
sərhədlərin toxunulmazlığı
prinsiplərinə sadiqliyi
öz əksini tapmışdır.
Bu
baxımdan, Ermənistan
və Azərbaycan arasında olan münaqişənin də
eyni prinsiplər əsasında həll edilməli olduğunu bildirən Prezident İlham Əliyev Avropa İttifaqına üzv dövlətlərin
və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət
və hökumət başçılarının iştirak etdiyi videokonfransda diqqətə çatdırdı
ki, Ermənistan Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazisinin 20 faizinin
işğalını davam
etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı
altındadır. Bu ölkənin etnik təmizləmə siyasəti
nəticəsində 1 milyondan
artıq azərbaycanlı
qaçqın və məcburi köçkünə
çevrilmişdir. BMT Təhlükəsizlik
Şurasının 1993- cü
il tarixli 4 qətnaməsi Ermənistan
qoşunlarının Azərbaycanın
işğal etdiyi bütün ərazilərindən
qeyd-şərtsiz və
tamamilə çıxarılmasını
tələb edir. Ermənistan bu qətnamələrə,
habelə ATƏT, Qoşulmama
Hərəkatı, NATO, Avropa
Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən
qəbul edilmiş müvafiq sənədlərə
əməl etmək əvəzinə, işğal
olunmuş ərazilərdə
qeyri-qanuni məskunlaşma
siyasəti həyata keçirir. Danışıqların
mahiyyət və formatını məhv etməyə çalışan
Ermənistanın baş
nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın
ərazi bütövlüyü
bərpa olunmalıdır.
Sammitdə Ermənistan rəhbərliyi
tərəfindən səsləndirilən
əsassız fikirlər
Ermənistan -- Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı tarixi reallıqları, problemin əsl mahiyyətini əks etdirmir. N. Paşinyan yenə həqiqətə
uyğun olmayaraq, guya Avropa İnsan
Hüquqları Məhkəməsinin
Azərbaycanın öz
ərazisində ermənilərə
qarşı irqçi
siyasət həyata keçirdiyi haqqında qərar verdiyini uyduraraq, əvvəllər
olduğu kimi, münaqişənin həlli
üçün bu dəfə də əsassız Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları ifadəsini səsləndirdi.
Amma Azərbaycan Prezidenti dəfələrlə
bildirib ki, “Dağlıq Qarabağ xalqı” adlı anlayış yoxdur. Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları
təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə “Dağlıq Qarabağ ordusu”, “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız
iki tərəfi var: Ermənistan və Azərbaycan.
Ermənistan
baş naziri tədbirdəki çıxışı
zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü ,
ermənicə çıxışında
isə “Artsax” sözünü işlədərək
özünü növbəti
dəfə ifşa etdi. Bu, bir daha onu
göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında
beynəlxalq aləmin
tanımadığı “Artsax”
ifadəsini işlədir.
Paşinyanın sammitdəki
çıxışı həm
də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini”
də bir daha göstərdi.
Bununla yanaşı, Ermənistanın
baş naziri çıxışında koronavirusla
mübarizə üçün
ehtiyacların ödənilməsi
məqsədilə Avropa
İttifaqından 92 milyon
avro həcmində yardım aldıqlarını
da qeyd etdi.
Prezident İlham Əliyev isə çıxışında
vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya
Səhiyyə Təşkilatına
10 milyon dollar könüllü maliyyə
yardımı ayırmaqla,
eyni zamanda, Azərbaycan 29 dövlətə
humanitar yardım göstərmiş və bu işi davam
etdirir. Bu, Azərbaycanla Ermənistan
arasında bütün
sahələrdə olduğu
kimi, iqtisadi sahədə də müqayisə edilməyən
nisbətin mövcudluğunu
nümayiş etdirən
əsaslı faktdır.
Azərbaycan Prezidentinin son vaxtlarda səsləndirdiyi
fikirləri bir daha xatırlamaq yerinə düşür:
“Ermənistanda faşistlərə
abidələr ucaldılır,
bugünkü Ermənistan
rəhbərliyi faşistlərə
xidmət etmiş adamı qəhrəman kimi təqdim edir: Bu, nəyi
göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət
dəyişə bilər,
amma bu ölkənin
terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs
bilməlidir. Bütün
dünya bilməlidir”.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru,
siyasi elmlər doktoru
Xalq qəzeti. - 2020.- 21 iyun.- S.4.