Ermənistan siyasi
partlayışın bir
addımlığındadır
Dünyada baş alıb gedən ikili standartlar mərəzindən
əl çəkə
bilməyənlər bəzilərinə
bir cür, başqa cür – ədalətsiz, haqsız mövqe sərgiləyirlər.
Bunu hər zaman müstəqil dövlətçilik və
inkişaf xətti ilə irəliləyən
dövlətlərdən birinə
çevrilən ölkəmizə
qarşı münasibətdə
açıq şəkildə
görmüşük. Təəssüflər
olsun ki, dünya birliyi, aparıcı beynəlxalq
qurumlar, Qərb, Avropa təşkilatları
tərəfindən bu
münasibət müxtəlif
formalarda yenə də davam etməkdədir.
Bunu elə Avropa Şurası Parlament Assambleyasının,
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və digərlərinin timsalında
daha aydın şəkildə görmək
olar.
Belə qərəzli qurumlar hər fürsətdə Azərbaycana böhtan atmağa, imicinə, getdikcə artan nüfuzuna kölgə salmağa çalışır,
guya, ölkəmizdə
demokratiyanın, insan hüquqların pozulduğunu
iddia edirlər. Halbuki, son 30 ildə hüquqları pozulmuş
bir milyona yaxın azərbaycanlı
-- qaçqın və
məcburi köçkün
haqqında bir kəlmə də olsun danışılmır,
işğalçı və
təcavüzkar Ermənistana
“ gözün üstə
qaşın var” demirlər. Əksinə, belə qərəzli beynəlxalq qurumlar daim işğalçı və təcavüzkar Ermənistanın
mövqeyindən çıxış
edir, ona dəstək nümayiş
etdirir və bununla da özlərinin
əsl mahiyyətlərini
ortaya qoyurlar. Beynəlxalq təşkilatlar
Ermənistanı nə
qədər cidd –cəhdlə müdafiə
etsələr də, bu ölkə bir o qədər beynəlxalq hüquqa qarşı hörmətsizlik
edir. Hazırda Ermənistan siyasi partlayışın bir addımlığındadır.
Bir-birini əvəz edən hakimiyyət, hərbi xunta, cinayətkar rejim öz xalqının
hüquqlarını hər
gün pozmaqda, tapdalamaqdadır. Bu ölkədə baş verənlər bir daha təsdiqləyir
ki, “demokrat” libasında “zühur” edən baş nazir Nikol Paşinyan
demokratik dəyərlərin,
insan hüquqlarının
pozulması və tapdalanmasında sələflərindən--hərbi canilərdən, koçaryanlardan, sarkisyanlardan
heç nə ilə fərqlənmir, əksinə, antidemokratikliyi,
qəddarlığı ilə
onlardan irəlidə gedir. O, hakimiyyətə gəldiyi gündən bütün siyasi rəqiblərinə qarşı
repressiya, təqib siyasətinə keçib.
Hətta, onu hakimiyyətə gətirən,
lakin son zamanlar bəzi məsələlərdə mövqeləri
uzlaşmayan tərəfdaşlarını
da eyni üsullarla
siyasi həyatdan təcrid edərək, təqib, təzyiq yolunu tutub.
Məlum olduğu kimi, bir neçə gün öncə, “Çiçəklənən Ermənistan”
partiyasının sədri,
ölkə parlamentindəki
“Sarukyan” fraksiyasının
lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı
baş prokurorun təqdimatı ilə parlament tərəfindən
ləğv edilib. O, ölkənin təhlükəsizlik
qüvvələri tərəfindən
ifadə vermək üçün istintaqa cəlb edilib və həbsi də istisna olunmur. Səbəb isə Sarukyanın məhz baş naziri tənqid etməsidir. Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz
qalması baş verənlərin birbaşa
siyasi təqib olduğunu sübut edir.
Ümumiyyətlə, hazırda Ermənistan insan haqlarının ən kobud şəkildə
pozulduğu ölkələrdən
biridir. Bunu yerli hüquq müdafiəçiləri də
öz hesabatlarında
ətraflı şəkildə
göstərirlər. Bəs beynəlxalq
hüquq-müdafiə təşkilatları,
aparıcı Qərb
qurumları necə? Əfsuslar olsun ki, adları çəkilən qurumlar
da daxil olmaqla, digər beynəlxalq təşkilatlar
Ermənistanda baş verən repressiyalarla bağlı bir kəlmə də danışmır, özlərini
karlığa, korluğa,
lallığa vururlar.
Bəs onların bar-bar bağırdıqları
dəyərlər, insan
hüquqlarının aliliyinin
təmin edilməsi, demokratik azadlıqların
qorunması harada qaldı? Niyə özlərinin elan etdikləri, ortaya qoyduqları dəyərlərinə
qarşı bu qədər dəyərsiz
və sayğısız
mövqe nümayiş
etdirirlər? Səbəb
aydındır: Paşinyanı
hakimiyyətə gətirən
dairələr müxtəlif
vasitələrlə ona
dəstək verməyə
çalışırlar. Ancaq
Paşinyan dayaz təfəkkürü, qeyri-ciddiliyi
ilə həm özünü, həm də Ermənistanı çətin vəziyyətə
salır.
Yeri gəlmişkən, bu günlərdə Şərq
Tərəfdaşlığı ölkələrinin videokonfrans
formatında keçirilən
sammitində də bunun şahidi olduq. Bu sammit
bir daha bədnam və sərsəm Paşinyanın
timsalında Ermənistanın
növbəti fiaskosuna
çevrildi. Ermənistan
baş nazirinin yersiz və avantürist replikasına cavabında Prezident İlham Əliyev Valday toplantısından, Aşqabad Sammitindən və Münxen Təhlükəsizlik Konfransından
sonra Paşinyana və Ermənistana növbəti sarsıdıcı
siyasi-diplomatik zərbəsini
vurdu.
Həm Paşinyan, həm də Ermənistan uzun müddət növbəti uğursuzluğun
təsirindən özünə
gələ bilməyəcək.
Kamilə ƏLİYEVA,
Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor
Xalq qəzeti. - 2020.- 21 iyun.- S.4.