“Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xü­susi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 220 Bakı şəhəri, 25 iyun 2020-ci il

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublika­sı Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsu­si karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 1.6-cı bəndin birinci cümləsində “göndərməlidirlər” sözü “göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər” sözləri ilə əvəz edilsin və həmin cümləyə “məlumatlar” sözündən sonra “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:

“1.7-1. “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

1.7-1.1. tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

1.7-1.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;

1.7-1.3. giriş etdikdən sonra “lisen­ziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

1.7-1.4. “Bluetooth” “GPS” sistemi işlək vəziyyətə gətirilir:

1. açılan əsas səhifədəicazələrbölməsinə keçd edilir;

2. tələb olunan “FİN” kodu doğum tarixi daxil edilir;

3. icazənin növü seçilir (1 ya 2);

4. “Göndərdüyməsi sıxılır;

1.7-1.5. “Təsdiq yaİmtinamesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;

1.7-1.6. “Təsdiqmesajı gəldikdən sonra icazə alınmış sayılır.”.

3. 1.8-ci bəndin birinci cümləsinə “SMS-məlumatdasözlə-rindən sonra ya E-Təbibmobil tətbiqindəsözləri əlavə edilsin.

4. 1.9-cu bəndin birinci cümləsinəgöndərilməsisözündən sonra ya “E-Təbibmobil tətbiqi vasitəsilə icazənin alınmasısözləri ikinci cümləsinəgöndərilmədənsözündən sonra ya “E-Təbibmobil tətbiqi vasitəsilə icazə almadansözləri əlavə edilsin.

5. 1.10-cu bənddə “və SMS göndərilməsi” sözləri “, SMS göndərilməsi və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri ilə əvəz edilsin.

6. 4-cü hissəyə “SMS sistemi” sözlərindən sonra “və ya “E-Təbib” mo­bil tətbiqi” sözləri əlavə edilsin.

7. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. Müəyyən edilsin ki:

6.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır;

6.2. bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayı­nın 30 faizindən çox olmamalıdır;

6.3. Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti 2020.- 26 iyun.- S.6.