Mingəçevir: Günəşdən nur alan şəhər

Mingəçevirdə sosial sahədə böyük işlər görülür, 430 çarpayılıq mərkəzi şəhər xəstəxanası əsaslı şəkildə təmir edilmişdir, Kür Olimpiya avarçəkmə bazası yenidən qurulmuşdur, ictimai binalar, mədəniyyət mərkəzləri, şahmat, gənclər mərkəzləri istifadəyə verilmişdir. Mingəçevirin mədəni həyatı da zəngindir, bu istiqamətdə də işlər görülmüşdür. İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi ilə tam təminat var, qazlaşma 97 faizdir, artıq Mingəçevirə içməli su verilirbu gün içməli su layihəsinin rəsmi açılış mərasimi keçirildi.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu çoxdan tanıyıram. “Nur şəhəri”ndə müxtəlif vəzifələrdə çalışıb, həmişə xalqın arasında olub, əhalinin problemləri, qayğıları ona yaxşı tanışdır. Dəfələrlə onunla səyyar qəbullarda olmuşam. Sakinlərin təkliflərini, arzularını, iradlarını diqqətlə dinləyib. Elə buna görə də sakinlər onu rayon rəhbəri kimi deyil, öz doğmaları kimi qəbul ediblər. Əvvəlcə bir görüşdən danışım...

 Tibb kollecində təşkil edilən görüşdə sözünə başlayan şəhər rəhbəri bildirdi ki, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Mingəçevirdə ardıcıl quruculuq işləri reallaşır. Sizə elə-belə gəlməsin. Ötən il şəhərdə 3 yerdə istirahət parkının tikintisinə başlanıb, xeyli məhəllədə abadlıq-quruculuq işləri görülüb. Onlarla yaşayış binasının blokları əsaslı təmir edilib, pəncərə çərçivələri, şüşəbəndlər, giriş qapıları qoyulub. Bir çox küçədə işıqlandırma sistemi quraşdırılıb. Bu ildayanan deyilik. Əsaslı tikinti və abadlıq işləri davam etdiriləcək, ayrı-ayrı yerlərdə istirahət parkları salınacaq, küçələr asfaltlanacaq...

Çıxış edən sakinlər binalarda istilik sisteminin quraşdırılması, kanalizasiya sisteminin və blokların təmiri, işıqlanma sisteminin quraşdırılması, ağacların suvarılması üçün yeni xətlərin çəkilməsi kimi təkliflər irəli sürdülər. İcra başçısı problemlərin həlli üçün müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi.

 Bu sətirlər bəlkə də kiməsə adi bir informasiya kimi görünə bilər. Amma həmin görüşün əsl mahiyyətini xarakterizə etmək üçün orada iştirakçı olmaq lazım idi. Çünki təqdiredici fikir söyləyənlər də, tənqid edən, irad bildirən, təklif irəli sürənlər də, ümumiyyətlə, hamı görüşdən məmnun ayrıldı. Bunun da səbəbi ortadakı səmimiyyət, qarşılıqlı anlaşma və bir-birinə inamın olması idi. Doğrudur, artıq şəhər və rayonlarımızın əksəriyyətində belə mühit formalaşmaqdadır. Bu məsələdə Mingəçevirin öz yeri vardır.

 Xatırladaq ki, təkcə ötən il Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 46 rəsmi qəbul keçirilib, 886 şəhər sakini qəbul olunub. Müxtəlif yaşayış məhəllələrində keçirilən 50 səyyar görüşdə 5170 nəfər iştirak edib, 462 nəfərin 674 müraciəti dinlənilib. Qəbul və görüşlərdə olan müraciətlər əsasən məhəllədaxili abadlıq işləri, istilik sistemlərinin bərpası, işlə təmin olunma, yolların təmiri, sukanalizasiya sistemindəki problemlər, tüstü bacalarının təmizlənməsi, oturacaqların qoyulması və sair məsələlərlə bağlı olub. Səyyar görüşlərdə olunan müraciətlərin 310-u icra edilib, 364 müraciətlə bağlı müvafiq izahatlar verilib.

 Yeri gəlmişkən, mən bəzən hansısa şəhər və rayon haqqında danışarkən onu müasir, qüdrətli Azərbaycanımızın kiçik modelinə bənzədirəm. Əlavə edirəm ki, mən Mingəçeviri, Zaqatalanı və ya Şəkini böyütməklə, elə Azərbaycanı böyütmüş oluram. Məsələn, “Mən bu gün Mingəçeviri də kiçik Azərbaycan kimi görürəm. Çünki burada ölkənin ictimai-siyasi həyatında baş verən bütün proseslərin əks-sədasını görürəm, həyata keçirilən bütün tədbirlərin buradakı davamının şahidi oluram” – deməklə, əslində, elə Azərbaycan həqiqətlərini dilə gətirirəm.

 Bu məqamda bir məsələni xüsusilə qabartmaq istərdim. Belə ki, cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək məqsədilə atdığı addımlardan birikiçikorta biznesin inkişafının diqqət mərkəzində saxlamasıdır. Həmin addımın Mingəçevirdəki əks-sədası şəhər sakinlərinin böyük məmnunluğuna səbəb olmuşdur.

 Bu ayın əvvəlindən Mingəçevirdə İqtisadiyyat Nazirliyinin tabeliyində KiçikOrta Biznesin İnkişafı Agentliyinin mikro, kiçikorta sahibkarlıq subyektlərinə önəmli dəstək mexanizmlərindən olanKiçikOrta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb. Gənclər evində KiçikOrta Biznesin İnkişafı Agentliyinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin və sahibkarların qatıldığı tədbirdə icra başçısı İ.İsmayılov vurğuladı ki, KOB dostları mikro, kiçikorta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində onlara dəstək verən mexanizmdir. Yəni həmin gündən başlayaraq, mingəçevirli sahibkarların fəaliyyətinə daha bir yaşıl işıq yandırıldı. Bu isə, “Nur şəhəri”nin sakinləri üçün növbəti yenilik, fərqli fəaliyyət imkanı idi.

 Əslində, şəhər icra hakimiyyətinin başçısı ilə görüşümüzdə də mən məsələlərə o qədər də adət etmədiyimiz şəkildə, fərqli formada münasibət gördüm. Belə ki, rayonya şəhər rəhbəri, adətən, görülmüş işlər, icra olunmuş layihələr, geridə qalan ayların göstəriciləri barədə danışırlar. İlham müəllim isə əvvəlcə 2020-ci ildə görüləcək işlər haqqında danışdı. Özü də qətiyyətlə bildirdi ki, həmin planlarımızın yerinə yetirilməsi üçün yanvarın ilk həftəsindən etibarən ciddi işlər görülür. Bəs həmin planlar nədən ibarətdir?

 Qeyd edildi ki, bu il Mingəçevirdə 9 mərtəbəli 11 yaşayış binasının dam örtüyü, fasad və girişlərinin əsaslı təmiri aparılacaq, 45 məhəllədə yaşayış binalarının təmiri və ərazinin abadlaşdırılması reallaşdırılacaq, “Nəsimi” və “Dostluq” parklarındakı abadlıq işləri başa çatdırılacaq. Habelə, Sağ sahil parkının və Heydər Əliyev prospektindəki xiyabanlar yenidən qurulacaq, Heydər Əliyev meydanında tarix muzeyinin qarşısındakı ərazidə yenidənqurma işləri aparılacaq, Nizami küçəsində ərazi abadlaşdırılaraq yeni park salınacaq, Müslüm Maqomayev, Həzi Aslanov, 20 Yanvar küçələrində, Heydər Əliyev prospektinin Zeynalabdin Tağıyev küçəsinədək olan hissəsində yenidənqurma işləri aparılacaq və başqa layihələr həyata keçiriləcək. Həmsöhbətim həmin məsələlər barədə elə qətiyyətlə danışdı ki, mən sanki həmin işlərin reallaşdırılmasının nəticəsini görürmüş kimi inandım.

Görülmüş işlərə gəlincə isə, həmsöhbətimin deməyə sözü daha çox idi: “Təbii ki, bu ilin ilk rübü tamamlanmadığına görə biz hələ ötən ilin göstəriciləri barədə danışırıq. Keçən ilin əvvəlindən şəhərin sənaye müəssisələrində 310,4 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 milyon manatya 2,5 faiz artım deməkdir. İstehsal olunmuş məhsulun 294,1 milyon manatlığı dövlət müəssisələrinin, 16,3 milyon manatlığı qeyri-dövlət sektorunun payına düşür. İstehsal sahələrində orta aylıq əmək haqqı keçən ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz artaraq 467,3 manat təşkil edib”.

Şəhərdə aparılan tikinti-quruculuq və abadlıq işləri barədə danışan həmsöhbətim qeyd etdi ki, il ərzində 9 hündürmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları, ümumi istifadədə olan yerləri təmir olunub, küçələrə, məhəllədaxili yollara və səkilərə, ümumilikdə 142 min 733 kvadratmetr sahəyə yeni asfalt örtük salınıb. Şəhərin “Dostluq” parkının 2-ci hissəsində böyük abadlıq, yenidənqurma işləri aparılıb. Belə ki, parkın ərazisi 1,4 hektar genişləndirilərək abadlaşdırılıb, 3350 kvadratmetr daş döşənib.

Dövlət proqramının “Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi” bəndi üzrə şəhid A.Niftəliyev adına Mədəniyyət mərkəzində əsaslı təmir işləri aparılır, 14 saylı tam orta məktəbin əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilib, 13 saylı tam orta məktəbin yeni tədris binasının tikintisi, 16 saylı tam orta məktəbdə əsaslı təmir işləri aparılmaqdadır. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Mingəçevir şəhərinə aid 15 bəndindən 10-u üzrə tədbirlər icra edilir.

Şəhid Ailələri Müdafiə Cəmiyyəti Mingəçevir şəhər şöbəsinin sədri, şəhid anası İranə Həsənova ilə dəfələrlə görüşüb söhbət etmişəm. Budəfəki görüşümüz fevralın 26-da şəhərdəki Şəhidlər xiyabanında keçirilən anım tədbirində oldu. İranə xanım bildirdi ki, şəhər icra hakimiyyətinin başçısı və aparatın kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil və mədəniyyət şöbələrinin, səhiyyə ocaqlarının, Mingəçevir Dövlət Universitetinin, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri bu məkana hər dəfə gələndə biz şəhid anaların təsəlli tapırıq ki, övladlarımız xalq, cəmiyyət tərəfindən daim xatırlanır və onların ruhuna ehtiram göstərilir.

İranə xanım əlavə etdi ki, ötən il Şəhidlər xiyabanında “Siz əbədi yaşayacaqsınız” abidəsinin yenidən qurulması işləri çərçivəsində 49,5 metr uzunluqda dəmir beton bünövrə tökülüb, 92 kvadratmetr sahədə mişar daşından divar hörülüb, 126 kvadratmetr sahədə divarların üzəri mərmər piltələrlə üzlənib, xeyli sahədə beton səki piltələrindən döşəmə örtüyü düzəldilib. Mən minnətdaram ki, bu kompleks tamamilə yenidən qurulub.

Keçən il burada görülmüş işlərin siyahısını qarşıma qoyub xeyli baxdım. Sözün həqiqi mənasında, təəccübləndim.Yəni, bir il ərzində bu qədər görmək mümkünmü? Odur ki, hansı mingəçevirli ilə söhbət etsən, fəxrlə və həvəslə danışar. Mingəçevirin həm gecəsi, həm də gündüzü göz oxşayır. Gecəsi dedim, yaxşı yadıma düşdü, neçə il bundan əvvəl “Nur şəhəri”nin gecəsindən bir reportaj yazmışdım. İcra hakimiyyətinin adını unutduğum bir işçisi ilə səhərə qədər yatmamışdıq. Mingəçevirin küçələrini gəzmişdik. Neçə-neçə insanla görüşmüşdük, fikirlərini öyrənmişdik. Nədənsə, yenə də belə bir yazı hazırlamaq ürəyimdən keçdi.

...Biz Mingəçevirdən ayrılanda artıq Boz dağın arxasında görünməz olan Günəş qüruba doğru gedirdi. Bu mənzərənin nə qədər şairanə olsa da, bir o qədər də darıxdırıcı olduğunu dedim. Yol yoldaşım əlavə etdi: – Qoy olsun. Onsuz da Mingəçevir yeganə şəhərimizdir ki, orada “Günəş küçəsi” var. Birki, bu şəhərin köhnə adlarından biri də elə işıqla, nurla bağlıdır. Ona görə də Günəşin qüruba getməsindən narahat olmayın.

Doğrudan, yadıma düşdü. Ötən ilin may ayında şəhər icra hakimiyyətinin başçısı həmin küçənin sakinləri üçün səyyar qəbul keçirəndə biziştirak etmişdik.

 

İlqar HƏSƏNOV,

Xalq qəzeti”nin bölgə müxbiri

Xalq qəzeti.-2020.-7 mart.-S.6.