AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 92
Bakı şəhəri, 17 mart
2020-ci il
“Sığortaolunanların
ilkin səhiyyə xidməti üzrə
dövlət tibb müəssisəsinə
təhkimolunma Qaydası”nın təsdiq edilməsi haqqında
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.3.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, sığortaolunanların dövlət tibb müəssisələrinə təhkim olunması üçün zəruri təşkilati tədbirləri həyata keçirsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 20 mart.- S.9.