AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹
97 Bakı şəhəri,
17 mart 2020-ci il
“Sosial müəssisələrin və
kvotadan əlavə iş yerlərinin
Standartları”nın təsdiq
edilməsi haqqında
“Məşğulluq
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun
tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli
Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Sosial müəssisələrin və kvotadan əlavə
iş yerlərinin Standartları” təsdiq edilsin (əlavə
olunur).
2. Bu
Qərarda dəyişiklik Azərbaycan Respublikası
Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş
“İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti 2020.- 20 mart.- S.11.