AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹
98
Bakı şəhəri,
17 mart 2020-ci il
“İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti
hesabına sığorta
haqqının 2020-ci ildə
mərhələli şəkildə
ödənilməsi.Qaydası”nın
təsdiq edilməsi haqqında
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respub-likasının 2019-cu il 3 dekabr tarixli
1718-VQD nömrəli Qanununun
tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının
ləğv edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin
2019-cu il 24 dekabr
tarixli 898 nömrəli
Fərmanının 2.3.10-cu yarımbəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin
vəsaiti hesabına sığorta haqqının
2020-ci ildə mərhələli
şəkildə ödənilməsi
Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.5-ci bəndində
göstərilən bölgünü
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla
on gün müddətində
təsdiq etsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti 2020.- 20 mart.-
S.11.