İlham ƏLİYEV: Bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür

Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə, yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir.

Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki nitqindən

Təbii ki, ölkəmizin təkcə sosial-iqtisadi uğurları haqqında deyil, ümumiyyətlə, istənilən nailiyyəti barədə fikir söyləmək istəyən politoloqya ekspertlərin daha çox istinad etdiyi mənbə dövlət başçımızın çıxış və nitqləri olur. Son zamanlar tədbirlərin əksəriyyəti videokonfrans, videomüşavirə formatında təşkil edilir və televiziyanın auditoriyasının daha geniş olduğuna görə hamı dövlət başçımızın fikirləri ilə əhatəli tanış ola bilir. Hətta Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq tədbirlərin də videomüşavirə formatında təşkil edilməsi ölkə vətəndaşının daha çox məlumatlandırılmasını təmin edir.

Məsələn, bu ilin fevral-mart aylarında koronavirus pandemiyasına görə bö­yük həyəcan və çaşqınlıq içərisində olan xalqımız Prezidentin Novruz təbrikini eşidəndən sonra kifayət qədər əminlik, arxayın­lıq hissləri keçirdi. Dövlət başçımız xatırlatdı ki, ilin əvvəlindən görülmüş işlər ölkəmizin uğurlu inkişafını bir daha təsdiqləyir, Azərbaycan müasirləşir, yeniləşir: “Azərbaycanda aparılan isla­hatlar, demək olar ki, bütün sahələri əhatə edir. 2019-cu ildə aparılan islahatlar iqtisadi sahədə böyük dəyişikliklərə səbəb oldu. Məhz şəffaflıq prinsiplərinin tətbiqi nəticəsində dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil edildibu vəsait son qəpiyinə qədər insanların sosial problemlərinin həllinə istiqamətləndirildi. Bildiyiniz kimi, keçən il Azərbaycanın 4,2 milyon vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini yaxşılaşdırdı, maaşlar, pensiyalar, sosi­al müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim bütün iqtisadi im­kanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır. Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaq­dır”.

Xatırladaq ki, ilin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin edilirdi. Dövlət başçımızın dəfələrlə qeyd etdiyi kimi, sabitliyin təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir, vəhdətidir. Həmin birlik özünü bu ilin fevral ayında keçirilmiş parlament seçkilərində bir daha göstərmişdir. Parlament seçkiləri ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə etmişdir. Parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapmış və Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qalmışdır.

Parlament seçkilərindən dərhal sonra Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi etmişdir. Bu, gənc müstəqil dövlət üçün çox ciddi addım­dır. Bu məsələyə münasibət bildirən Prezident xatırladır ki, bu gün Azərbaycan iqtida­rı tarixdə olmadığı qədər güclüdür: “ Biz hesab edirik ki, güclü ilk addımı atmalı­dır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdikşadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır”.

Sevindirici haldır ki, 2020-ci ilin əvvəlindən Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir. Preziden­tin xarici tərəfdaşlarımızla ikitərəfli formatda keçiril­miş görüşləri bir daha onu göstərdi ki, Azərbaycanın dünyada çox böyük hörməti varbizim siyasətimiz bö­yük rəğbət qazanıb. Bundan başqa, dövlət başçımızın beynəlxalq tədbirlərdə iştirakı ölkəmizin mövqelərini daha da gücləndirdi.

Məsələn, Davos Ümum­dünya İqtisadi Forumu dün­yanın siyasibiznes elita­sının cəmləşdiyi bir tədbirdir. Demək olar ki, hər il həmin forumda iştirak edən dövlət başçımız builki görüşlərinin daha səmərəli və yaddaqlan olduğunu dəfələrlə xatırladıb: “Bu dəfə bir daha əmin ol­dum ki, Azərbaycanda gedən proseslərə böyük maraq var. Bütün tərəfmüqabillərim, demək olar, bir məsələni qeyd edirdilər ki, Azərbaycan sabit ölkədir və bu gün qeyri-sabit bölgədə, qey­ri-sabit dünyada sabitliyi qorumaq böyük məharət və siyasi səriştə tələb edir. Sabitliyin mövcudluğuna görə Azərbaycana sərmayə qoyuluşu da təmin edilir. Keçən il 13,5 milyard dollar xarici sərmayə qoyulub­dur, bu ilin yanvar ayında bərpaolunan enerji növlərinin yaradılmasına yönəlmiş 440 milyon dollar xarici sərmayənin qoyuluşu ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümumiyyətlə, Davos İqtisadi Forumunda bizim iştirakımız çox uğurlu olub. Davos Ümumdünya İq­tisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzi məhz Azərbaycanda yaradılacaq. Bu mərkəz QafqazOrta Asiya məkanını əhatə edəcəkdir və müvafiq sənəd də imzalanmışdır. Bu, bir daha bizim güclü mövqelərimizi ifadə edir”.

Yeri gəlmişkən, dövlət başçımızın xarici səfərləri ölkəmizin yeganə prob­lemi olan Ermənistan – Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsinin həqiqi mahiyyətinin ikili standartlar­dan əl çəkə bilməyən dünya ictimaiyyətinə çatdırılması üçünxüsusi önəm kəsb edir. Elə dövlət başçımızın bu ilin əvvəlində Münxen Təhlükəsizlik Konfransında iştirakı da uzun müddət yad­daşlardan silinməyəcəkdir. Bu münaqişə ilə bağlı Azərbaycanın mövqeyini, haqlı olduğunutarixi aspektləri təkcə auditori­yadakılara deyil, həm də bütün dünyaya çatdırmaqda mahir olan dövlət başçımız Münxendə daha bir tarixi fakta imza ataraq Ermənistan rəhbərliyini və işğalçı ölkənin himayədarlarını mat qoymağı bacardı.

Dövlət başçımızın özü bu barədə deyir: “ Tarixi həqiqət, beynəlxalq hüququn nor­maları bizim tərəfimizdədir. Münxen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuş­dur. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmada­ğın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Münxen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idimilyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan son­ra izləyə bilmişdir. Ona görə bizim haqq işimiz bir daha öz təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, – mən bunu Valday Forumunda da canlı efirdə demişdim,– Qarabağ Azərbaycandır və nida işarəsi”.

Bugünkü Azərbaycanın gücünün, qüdrətinin miqya­sını Prezident İlham Əliyevin dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında verilmiş “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsindən seç­diyimiz abzasla göstərmək istəyirik: “2007-ci ildən keçən dövr ərzində ölkəmizə 111 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olunub ki, bu da iqtisadiyyatın bütün sahələrində irəliləyişləri təmin edib. Nəticə etibarilə, Davos İqtisadi Forumunun açıq­ladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlməklə, 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü yerdə, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə, “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşıb”.

Bu o deməkdir ki, Azərbaycan təkcə islahatların geniş miqyas almasına və ya siyasətdə qazanılan uğurlara görə deyil, həm də cəmiyyət həyatının bütün sahələrində özünəməxsus nailiyyətlərə imza atmaq iqtidarındadır. Çünki bu gün Azərbaycan iq­tidarı tarixdə olmadığı qədər güclüdür.

 

 İttifaq MİRZƏBƏYLİ,

 Xalq qəzeti.-2020.-1 may.-S.1.