Prezident İlham ƏLİYEV:
Şəffaflıq,
dürüstlük, iqtisadi islahatlar ölkəmizə böyük
canlanma gətirir
Sosial təminat bizim üçün ən başlıca vəzifədir. Buna nail olmaq üçün bizim iqtisadi imkanlarımız olmalıdır. İqtisadi inkişaf nə qədər yüksək templərlə artsa, sosial təminat da bir o qədər yaxşılaşacaq, maaşlar, pensiyalar artacaqdır. Bu gün ölkəmizdə aparılan islahatlar bu məqsədi güdür. İlk növbədə, sosial sahədə daha böyük nailiyyətlərə nail olmaq üçün biz iqtisadi sahədə işimizi düzgün prinsiplər əsasında qurmalıyıq. Şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları – bütün bunlar ölkəmizə böyük canlanma gətirir.
“İlham Əliyev. İnkişaf
– məqsədimizdir” çoxcildliyinin
yenicə çapdan
çıxmış 99-cu kitabında yer
alan bu fikirləri
dövlətimizin başçısı ötən il dekabrın 24-də Bakının Nizami rayonunda şəhid
ailələri və Qarabağ müharibəsi
əlilləri üçün inşa olunmuş
yaşayış binasında mənzillərin və Qarabağ müharibəsi əlillərinə
avtomobillərin təqdim olunması mərasimində söyləyib.
AZƏRTAC xəbər verir
ki, akademik Ramiz Mehdiyevin
buraxılışına məsul olduğu
çoxcildliyin növbəti
kitabındakı materiallar 2019-cu ilin dekabr və bu ilin yanvar
aylarını əhatə edir.
Çoxcildliyin
99-cu kitabında Prezident İlham Əliyevin Rusiya
Federasiyasına səfəri, Azərbaycana gəlmiş
Özbəkistan Respublikası Ali Məclisi Senatının,
Türkiyə Böyük Millət Məclisinin, Qazaxıstan
Respublikası Parlament Məclisinin sədrləri ilə
görüşləri, eləcə də, bir sıra dövlətlərin
yüksəkvəzifəli nümayəndələrini qəbul
etməsi haqqında informasiyalar toplanıb.
Azərbaycan
Prezidentinin bütün görüş və
danışıqlarında Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həlli
yolları prioritet məsələ kimi qaldırılır ki,
bu da hər cilddə öz əksini tapır.
Kitabda
oxuculara dövlətimizin başçısının
Bakının Xəzər rayonunda 2 saylı DOST Mərkəzinin,
Bakı “Ağ şəhər”də Mərkəzi Bulvar
küçəsinin açılış mərasimlərində
iştirakı, Bakı– Quba–Rusiya Federasiyası dövlət sərhədi
yeni avtomobil yolunun tikintisi, “Şahdağ” Turizm Mərkəzində
görülmüş işlərlə
tanışlığına dair məlumatlar da təqdim
edilib.
Dövlətimizin
başçısının 2019-cu ilin yekunlarına həsr
olunmuş müşavirədə söylədiyi geniş nitqin,
ilin yekunları ilə bağlı jurnalistlərə, həmçinin,
Rusiyanın “Rossiya-24” kanalına müsahibələrinin mətnləri
də bu nəşrdə yer alıb.
Yeni kitaba
Prezident İlham Əliyevin
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni
il münasibətilə Azərbaycan
xalqına, Milad bayramı münasibətilə
Azərbaycanın Pravoslav icmasına təbrik
məktubları və digər məktubları daxil edilib.
Kitabda “Qeydlər”, “Şəxsi
adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 99-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xalq qəzeti.-2020.-1 may.-S.1.