Siz dünyaya nümunə göstərdiniz, cənab Prezident!

Dünyanın başı üzərində dörd aydır ki, bir kabus dolaşır – yeni növ koronavirus kabusu. Bu kabus bütün bəşəriyyəti “ölüm - qalım” dilemması qarşısında qoyub. Dünya, az qala, iflic vəziyyətinə düşüb. Təhlükəli xəstəliyə yoluxma, COVİD-19 pandemiyasından insan ölümü halları durmadan artır.

İlk dəfə Çin Xalq Respublikasının Vuhan vilayətindən dünyaya göz açan, son dərəcə təhlükəli olan bu virus, necə deyərlər, ildırım sürəti ilə dünyanın hər yerinə yayıldı. Xəstəliyin yayılma miqyası o qədər geniş idi ki, hətta dünyanın ən inkişaf etmiş dövlətlərinin səhiyyə sistemləri belə onun qarşısında davam gətirə bilmədi. Ölümsaçan infeksiyanın qabağını almaq, yoluxma zəncirini qırmaq mümkün olmadı.

Xəstəliyin ağır fəsadları üzə çıxdıqca koronavirusa qarşı mübarizə tədbirləri dünyanın, demək olar ki, bütün ölkələrində dövlət səviyyəsində təşkil olundu. Lakin bu xəstəliyə hərə bir cür yanaşdı. Bəziləri COVİD-19-u indiyədək elmə məlum olan infeksiyalardan hesab edərək bu işə başısoyuq münasibət bəslədilər, çox əhəmiyyət vermədilər. Şübhəsiz, belə qeyri-ciddi münasibəti pandemiya bağışlamadı, həmin dövlətlər çox ağır duruma düşdülər.

Lakin xəstəliyin amansızlığını qabaqcadan duyan ağıllı və tədbirli dövlət başçıları bu məsələyə çox ciddi yanaşdılar, sərt və önləyici tədbirlər görərək vəziyyəti öz nəzarəti altında saxlaya bildilər. İşə bu cür yanaşaraq, nikbinlik yaradan nəticələrə nail olmuş dövlətlərin arasında Azərbaycanımız xüsusilə seçilir. Dövlət başçımızın pandemiyaya qarşı mübarizədə çevik surətdə gördüyü preventiv tədbirlər öz bəhrəsini verdi. Sevindirici haldır ki, Azərbaycanın bu sahədə qazandığı uğurlar nəinki respublikada, hətta dünyanın çox yerində geniş əks-səda verir və təcrübəmiz öyrənilir. Vətəndaşlarımızdan və bir sıra xarici dövlətlərdən Prezident İlham Əliyevin ünvanına göndərilən saysız-hesabsız minnətdarlıq məktublarında da bu duyğular öz ifadəsini tapır. Onlardan bir neçəsini təqdim edirik.

Finlandiyadan məktub: Azərbaycanın bu bəladan ən az itkilərlə çıxacağına əminik

Möhtərəm cənab Prezident!

Biz Finlandiyada fəaliyyət göstərən Azərbaycan dias­por təşkilatları – Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatı Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemi­yasının yayılmasının qarşısıalmaq məqsədilə atdığınız ad­dımları, xalqımızın sağlamlığının qorunması və rifahının daha da yaxşılaşdırılması üçün verdiyiniz mühüm qərarları, xaricdə yaşa­yan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə göstəriş verməyinizi yüksək qiymətləndir və minnətdarlığımızı bildiririk. Sizin harada yaşama­sından asılı olmayaraq, bütün soydaşlarımıza verdiyiniz yüksək dəyər bizim Sizə olan inamı­mızı daha da möhkəmləndirir. Avropa ölkələri ilə müqayisədə Azərbaycanda COVID-19 virusu­na yoluxmabu virusdan ölüm hallarının dəfələrlə az olması Sizin müdrik qərarlarınız, yürütdüyünüz siyasət və gördüyünüz qabaqlayıcı tədbirlər sayəsindədir.

Cənab Prezident, çox sevin­dirici haldır ki, dünyada yaşayan bütün soydaşlarımız SizinBiz birlikdə güclüyük!” çağırışınız ətrafında sıx birləşdi. Əminik ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində Azərbaycan bu bəladan ən az itkilərlə tez bir zamanda çıxacaq. Bu nəcib işlərinizə görə Finlandiyadakı Azərbaycan icması adından Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Vasif Muradlı Arzu Oqtay, Finlandiya Azərbaycan Assosiasiyası,

Finlandiya Respublikası, Espoo şəhəri.

Çindən məktub: Sizi çox sevir və dəstəkləyirik

Hörmətli cənab Prezident Birinci vitse-prezident Mehriban xanım!

Sizi Çində yaşayan pərəstişkarınız olan tələbələr adın­dan salamlayırıq. Biz Çinin Quan­cou Universitetinin tələbələriyik. Bu gün Sizə məktub yazmaq imkanından şərəf hissi duyur özümüzü xoşbəxt sayırıq. Bu fürsətdən istifadə edərək Sizə ailənizə hər şeyin ən yaxşısını arzulayırıq.

Sizi uğurlu nailiyyətlərinizə görə təbrik edir sülhsevər səyləriniz üçün Zati-alinizə təşəkkür edirik. Biz Sizi çox sevir dəstəkləyirik. Hər zaman da dəstəkləyəcəyik. İnanırıq ki, böyük əməksevərliyiniz müdrikliyiniz gələcəkdə xalqınıza daha xoşbəxt daha parlaq həyat yaşadacaq­dır.

Sizə bu işlərinizdə uğurlar arzulayırıq. Həyata keçirdiyi­niz böyük işləri görmək üçün gələcəkdə Bakıya gəlməyi planlaşdırırıq. Əgər Sizi gələcəkdə doğma şəhərimizdə görmək səadəti bizə nəsib olsa, gülərüz qonaqpərvərliyimizlə yanaşı, Sizə olan böyük hörmətimizi məmnuniyyətlə nümayiş etdirərik.

Dünyada koronavirusun yayıl­dığı bir vaxtda Sizə, ailənizə xalqınıza təhlükəsiz, sağlam həyat diləyirik!

Xoş günlər arzusu hörmətlə,

Quancou Universitetinin tələbələri: Yanjie Qiao, Ren Zhi, Yanping Zhong, Xin Vang, Huan Zhang, Meng Vang, Yilian Gao, Caiyan Vu, Vei Qi.

Çin Xalq Respublikası, Quancou şəhəri.

Müraciətləriniz bizə toxtaqlıq verdi

Möhtərəm Prezidentimiz!

Bütün dünya təhlükəli virusa qarşı mübarizə aparır. Ölkələr tədbirlər görərək öz vətəndaşlarını xilas etməyə çalışır. Sizin qabaq­layıcı tədbirləriniz nəticəsində bizim vətəndaşlarımız bu bəlanı nisbətən yüngül itkilərlə keçirirlər.

Sizin əziz Mehriban xanımın xalqa müraciəti qəlbimizi riqqətə gətirdi, bizə toxtaqlıq verdi. Bu müraciətlərdə bir daha xalqımızı necə sevdiyinizi, qeydinə qal­dığınızı, onu bu bəladan qur­tarmaq üçün necə çalışdığınızı göstərdiniz.

Sizin səmərəli fəaliyyətiniz nəticəsində, vaxtında qəbul olunan qərarlar sayəsində biz çətin günləri arxada qoyduq. Qısa zamanda səhiyyə, iqtisadiyyat, sosial sahədə görülən işləri təqdir edirik.

Mən on iki uşaq anasıyam, nəvə-nəticələrim var. Karantin rejimində onları görməmək mənə çətin olsa da, qaydalara riayət edib evdə qalıram. Bilirəm ki, Sizin sayənizdə bu çətin günlər tezliklə keçəcək.

Allahdan Sizə ailənizə can­sağlığı, uzun ömür arzulayıram. İnşallah, rəhbərliyinizlə bu təhlükə sovuşacaq, xalqımız firavan günlərə dönəcəkdir. Mən , ailəm hər zaman Sizi dəstəkləyir, bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə,

Zərnişan HÜSEYNOVA, Qəhrəman ana,

Neftçala rayonu, Xəzər kəndi.

Ölkəmizin üzərindəki qara buludların tezliklə çəkiləcəyinə inanıram

Möhtərəm cənab Prezident!

Dünyanı bürüyən COVID-19 pandemiyası dövründə ölkəmizdə qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, iqtisadiyyatın təhlükəli riskdən qo­runması yolunda həyata keçirdiyi­niz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm.

Ölkəmizə rəhbərlik etdi­yiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, insan­ların təhlükəsiz yaşayışı, əhalinin işlə təmin edilməsi, sağlamlığının qorunması üçün göstərdiyiniz hərtərəfli qayğı gözlərimiz qarşı­sında baş verib.

Əziz Prezidentim, Sizin bu ağır zamandapandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə diqqətçəkəndir. Bu yaxınlarda işsizliyə görə mən 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Sözün düzü, bu, mənə xeyli kömək etdi, çətinliyimi qismən aradan qaldırdı.

Ölkəmizdə məlum səbəbdən işləyə bilməyən on minlərlə insana göstərdiyiniz qayğıya görə şəxsən öz adımdan ailəmizin adın­dan Sizə təşəkkürümü bildirirəm. İnanıram ki, ölkəmizin başı üzərini alan buqara buludlartezliklə çəkiləcək Sizin rəhbərliyinizlə xalqımız daha gözəl günlər yaşa­yacaqdır.

 

Dərin hörmətlə,

Günay Şahin qızı ƏHMƏDOVA,

Ağdaş.

Sizə güvənirik

Çox hörmətli Prezident!

 

Ölkəmizdə şəhid ailələrinə olan yüksək münasibət Vətən yolunda həlak olanların ruhuna sonsuz ehtiram hissinizdən, şəhid ailələrinə olan böyük qayğınız­dan irəli gəlir. Mən Heydər Əliyev Fondunun xəttilə müayinə müalicə olunduğuma görə, Sizə Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümü bildirirəm.

Əziz Prezidentimiz, ölkəmizdə koronavirusa qarşı mübarizə çərçivəsində vətəndaşların sağ­lamlığını düşünməyiniz, karantin dövründə maddi çətinliklərlə üzləşmiş ailələrə etdiyiniz yardım­lar, pandemiyaya qarşı yüksək səviyyədə qabaqlayıcı tədbirlərin təşkili bir şəhid anası kimi ürəyimə rahatlıq gətirir.

Övladımın düşmənlə mübarizədə şəhid olması ilə qədər qürur duyuramsa, nəvə-nəticələrimin bu virusun qurba­nına çevrilməsindən o qədər vahimələnirəm. Çox sağ olun ki, xalqımızı bu bəladan qorumaq üçün bütün imkanları səfərbər edirsiniz. Gördüyünüz bütün işlərə görə 117 ailə üzvüm – 17 övladım, 45 nəvə 55 nəticəm adın­dan Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı hər bir işdə Sizə güvənir, dəstəyinizi, gücünüzü daim hiss edir, Sizinlə qürur duyur. Tanrı Sizi xalqımızı qorusun!

 

Hörmətlə,

Saray FƏRZIYEVA, şəhid anası,

Astara rayonu.

Sizə min alqış olsun!

Hörmətli cənab Prezident!

 

Ölçüyəgəlməz xidmətlərinizə görə Sizə minnətdarıq. Mən gənc dövlətimizin dünya olkələri arasın­da böyük nüfuza malik olmasın­dan qürur duyuram.

Siz xalqın çətin anların­da, təbii fəlakətlər zamanı vətəndaşın yanında oldunuz. Məcburi köçkünlərə qayğınız isə ölçüyəgəlməzdir. Münxendəki görüşdə Paşinyana dərs verməyiniz isə Sizə olan sevgimizi qat-qat artırdı.

Son zamanlar ölüm kabusuna çevrilmiş, dünya iqtisadiyyatını iflic vəziyyətə salmış, bəşəriyyətə qlo­bal təhlükə yaradan koronavirus pandemiyası ölkəmizə də təsirsiz ötüşməmişdir.

Mənim yaşım 65-i ötmüşdür. Pandemiya ilə mübarizə tədbirləri haqqında məlumatları, Sizin çıxış­larınızı mətbuatdan izləyirəm. Hər gün qürur hissi keçirirəm. Görürük ki, Sizin üçün hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorun­ması bu gün hər şeydən irəlidir. Mən də xalqımızı həmrəyliyə səsləyən “Biz birlikdə güclüyük!” çağırışı edən rəhbərə “min alqış olsun!” – deyirəm.

Yaranmış iqtisadi vəziyyətdə də Siz birinci növbədə vətəndaşlarımızı düşündünüz. Atdığınız hər bir addım bizdə nikbinlik yaradır.

Heydər Əliyev Mərkəzinin binasının üzərində pandemiyadan daha çox ziyan görən ölkələrin bayrağının dalğalandırılması Azərbaycanın bütün dünyada sülh, dostluq, tolerantlığın insanlı­ğa sevgi mesajı idi.

Böyük Yaradan adı Azərbaycan dövlətçilik tarixinə əbədi həkk olunmuş ümummilli liderimiz Heydər Əliyevin davam­çısı kimi Sizi hifz etsin!

Hörmətlə,

Kamil Həsənxan oğlu ƏHMƏDOV, Qubadlı rayonundan məcburi köçkün,

Sumqayıt şəhəri.

Təqdim etdi: Qüdrət PİRİYEV,

Xalq qəzeti.-2020.-1 may.-S.3.