“Sizin sayənizdə
bu çətin günlər tezliklə
keçəcək”
Vətəndaşlar
koronavirusla uğurlu
mübarizəyə görə Prezidentə təşəkkür
edirlər
Qlobal koronavirus pandemiyası bütün ölkələri ciddi sınağa çəkir. Bəşəriyyəti əsir almış yeni bəla ilə mübarizədə hər bir ölkənin qarşılaşdığı çətinliklər və xəstəliklə aparılan mücadilədə verilən ciddi itkilər belə deməyə əsas verir. Heç bir iqtisadi və siyasi ittifaqın üzvü olmayan Azərbaycan da öz resurslarına arxalanaraq pandemiyaya qarşı müstəqil və ardıcıl şəkildə mübarizə aparır. Xüsusilə qeyd etmək lazımdır ki, digər ölkələrlə müqayisədə operativ həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz pandemiyanın nəzarətsiz inkişafının öhdəsindən gəlməyi və sağalanların sayı üzrə müsbət statistikaya nail olmağı bacardı. Bütün bu nailiyyətin əsasında da, təbii ki, Prezident İlham Əliyevin qabaqlayıcı addımları və düşünülmüş siyasəti dayanır. Məhz dövlət başçısının qətiyyətli addımları nəticəsində ölkədə koronavirus xəstəliyi ilə bağlı vəziyyəti nəzarət altına almaq mümkün oldu. Azərbaycan liderinin qəbul etdiyi qərarların və uzaqgörən siyasətin ölkə həyatına müsbət təsirini müşahidə edən vətəndaşlarımız da koronavirus pandemiyasından xalqımızın xilas olması üçün göstərilən diqqət və qayğıdan razılıqlarını bildirir, Prezident İlham Əliyevə ünvanladıqları minnətdarlıq məktublarında ölkə liderinin daxili və xarici siyasətini dəstəklədiklərini də vurğulayırlar.
Koronavirusla mübarizə
çərçivəsində hökumət Azərbaycanda əhalinin
müxtəlif təbəqələrinin, biznes
subyektlərinin iqtisadi cəhətdən
dəstəklənməsinə yönəlmiş bir sıra ciddi kompleks tədbirlər görür.
Bütün bunların nəticəsidir ki, bu gün
hər bir azərbaycanlı dövlət
dəstəyini hiss edir.
Belə ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə
tədbirləri çərçivəsində aztəminatlı
ailələrin sosial müdafiəsi diqqətdə
saxlanılır.
Bundan başqa,
koronavirus pandemiyasından zərər
çəkmiş sahibkarlara və
onların muzdla çalışan
işçilərinə maliyyə dəstəyi göstərilir.
Fərdi sahibkarlara isə birbaşa
maliyyə dəstəyinin göstərilməsi təmin edilir. Sahibkarlıq subyektləri ilə
yanaşı, dövlət vətəndaşın sosial rifah halının
yaxşılaşdırılması istiqamətində də
işsiz insanlara kifayət
qədər vəsait ayırır. Belə ki,
dövlət iki ay – aprel və may ayları ərzində
600 min işsiz insana 190 manat yardım
göstərəcək. Aprel ayı
üzrə ödənişlər artıq həyata keçirilmişdir. Bütün
bunlar, əlbəttə ki,
dövlət siyasətinin əsasında humanizm
prinsiplərinin dayandığını göstərir.
Ölkə başçısına göndərilən məktublarda
da Prezident İlham Əliyevin siyasətinin mərkəzində
insan amilinin
dayandığı xüsusilə vurğulanır.
Gəncə sakini,
Azərbaycan Dövlət Aqrar Universitetinin professoru,
SSRİ idman ustası Adil
Ramazanov və Neftçala
rayonu, Xəzər kənd sakini
Zərnişan Hüseynova məktublarında
Prezidentin qabaqlayıcı tədbirləri
nəticəsində vətəndaşlarımızın bu bəlanı yüngül
itkilərlə keçirdiyini vurğulayır, ölkə
başçısının uzaqgörən siyasəti,
yüksək intellektual səviyyəsi və
qabaqcadan düşünülmüş
ağıllı, müdrik siyasəti sayəsində
bu günlərdə baş
verən dəhşətli pandemiyadan Azərbaycan
xalqının ən az itkilərlə
çıxmaq ərəfəsində olduğu
qeyd edilir. Qəhrəman
ana Zərnişan Hüseynova
yazır: “Mən on iki
uşaq anasıyam. Nəvələrim, nəticələrim
var. Karantin rejimində
onları görməmək mənə çətin olsa da, qaydalara
riayət edib evdə qalıram. Bilirəm
ki, Sizin sayənizdə
bu çətin günlər tezliklə
keçəcək”.
Prezident İlham
Əliyevin əhalinin rifah halının
yaxşılaşdırılması və sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul
etdiyi hər bir qərar
ölkədə razılıqla qarşılanır. Bu gün Azərbaycanda hamı müşahidə
edir ki,
qabaqlayıcı tədbirlər nəticəsində sosial-iqtisadi sahələrdə yaranacaq bir sıra problemlərin
qarşısı alındı. Xüsusilə qeyd
etmək lazımdır ki, pandemiyadan
zərər çəkən fəaliyyət sahələrinə
məqsədli maliyyə dəstəyi göstərildi və
əhalinin aztəminatlı hissəsinin maddi
vəziyyətinin yaxşılaşdırılması üzrə
qəbul olunan operativ
proqramlar bu gün uğurla icra edilir.
Ağdam rayonu, Qiyaslı kənd sakini İsmayıl Qaçaylı,
Sumqayıtdan Müslüm Abbasov,
Zaqataladan Zakir Cabbarov ölkə başçısına
ünvanladıqları məktublarında koronavirus
pandemiyasının Azərbaycanda geniş
yayılmasının qarşısının alınması, sosial sahəyə dəymiş zərərin minimuma endirilməsi, virusdan
zərər çəkmiş sahələrdə
çalışan işçilərin əməkhaqqının
ödənilməsi, əhalinin sosial cəhətdən
həssas təbəqələrinə yardım edilməsi, eləcə
də iqtisadiyyatın qorunması üçün
Prezidentin verdiyi
tapşırıqların ölkəmizin bu
bəladan ən az itkilərlə
çıxması ilə nəticələndiyini, bu infeksiyanın ölkəmizdə geniş yayılmasının
qarşısını almaq istiqamətindəki
bütün təşəbbüslərini
dəstəklədiklərini bildirirlər. Şəhid
atası Müslüm Abbasov
yazır: “Siz həmişə Azərbaycan
vətəndaşının sağlam və
xoşbəxt yaşaması üçün
əlinizdən gələni əsirgəməmisiniz. Köməyə,
dəstəyə ehtiyacı olan hər kəsin
yanında olmaq Sizə xas
olan xüsusiyyətdir”.
Sumqayıtın Corat
qəsəbəsindən olan şəhid
anası Nargilə Mədinova isə koronavirus
pandemiyasının yaratdığı bu
çətin günlərdə şəhid və imkansız
ailələrə göstərdiyi diqqətə, verilən sosial yardımlara, göndərilən ərzaq
sovqatlarına görə Corat qəsəbəsinin
bütün qadınları
adından Prezident İlham
Əliyevə dərin minnətdarlığını bildirir.
COVID-19 infeksiyasının geniş vüsət almasına baxmayaraq, hazırda ölkə vətəndaşlarının normal həyat şəraitinin pozulmaması və insanların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet məsələdir. Bu baxımdan ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məsələnin mənfi təsirlərini minimuma endirmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Prezidentin tapşırığı ilə xüsusilə də yaşlı insanlara yardımların edilməsi, onların gündəlik qayğıları ilə yaxından maraqlanılması ölkə vətəndaşlarında böyük məmnuniyyət hissilə qarşılanır.
Şəki şəhər sakini, Sosialist Əməyi
Qəhrəmanı, Prezident təqaüdçüsü
Baba Səmədov koronavirusun
dünyanı çənginə aldığı dövrdə
ölkəmizdə bu bəlaya
qarşı gördüyü
qabaqlayıcı tədbirlərə görə ölkə
başçısına minnətdarlığını bildirir: “Mən fəxr hissi
keçirirəm və qürrələnirəm ki, Sizin Prezidenti
olduğunuz dövlətdə
yaşayıram. Siz xalqınızı,
millətinizi canınızdan da çox istəyirsiniz. Əminik ki, bu şərəfli işinizi bundan sonra da uğurla
davam etdirəcəksiniz”.
Neftçala rayonu, Boyat kənd sakini, ikinci dərəcəli
əmək ordenli Əlihüseyn
Hacıyev isə yazır: “Mən Sizin vətəndaşa necə dəyər verdiyinizin canlı şahidi
olmuşam. 2017-cl ildə Neftçalaya
səfəriniz zamanı mənim fermer təsərrüfatımda
oldunuz, təsərrüfatın üzvləri
ilə səmimi görüş keçirdiniz, müvafiq tövsiyələr
verdiniz. Biz Azərbaycan xalqı fəxr edirik ki, Sizin
kimi liderimiz var. Bu işləriniz bir daha sübut edir ki, Siz
Azərbaycan xalqının
dahi lideri Heydər Əliyevin davamçısısınız”.
Prezident İlham Əliyev çıxışlarında xüsusilə
qeyd edir ki, həssas təbəqənin diqqət
mərkəzində saxlanılması
indiki şəraitdə
ən vacib məsələdir. “Biz onlara sahib çıxmalıyıq, onlara
dəstək verməliyik,
onlara kömək göstərməliyik”,- deyən bövlət başçısı bildirir
ki, Azərbaycan xalqının əsrlər
boyu yaşatdığı
bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş
etdirməlidir və nümayiş etdirir. Bu ağır günlərdə,
dünya koronavirus bəlasıyla mücadilə
etdiyi bir vaxtda Azərbaycan dövləti aztəminatlı
ailələrə, karantin
qaydalarının tətbiqi
ilə iş yerini müvəqqəti itirənlərə dəstək
verir.
Beyləqan rayonundan Səkinə
Hüseynova xəstəliklə
mübarizə zamanı
Prezidentin xalqımıza
göstərdiyi köməyin
– əhalinin həssas
qrupuna aid insanlara edilən yardımların,
tələbələrin illik
təhsil haqlarının
dövlət büdcəsi
hesabına ödənilməsinin,
190 manat məbləğində birdəfəlik
müavinətin verilməsinin
işsiz və həssas əhali qrupuna böyük dəstək olduğunu vurğulayır. Ölkəmizdə
koronavirusdan sağalanların
sayında müsbət
dinamikanın qeydə
alınmasının Prezidentin
yüksək idarəçilik
qabiliyyəti, hər bir insana qayğıkeş
münasibəti sayəsində
mümkün olduğunu
vurğulayan Səkinə
Hüseynova əlavə
edir ki, atası 2-ci qrup əlil, anası isə şəkər xəstəsidir. “Siz bizim kimi həssas
əhali qrupuna aid olan valideynləri və tələbələri
sevindirdiniz. Biz də üzərimizdə çalışaraq,
seçdiyimiz ixtisasdan
asılı olmayaraq, hər birimiz öz sənətimizi sevərək öyrənib
dövlətimizə, xalqımıza
şərəflə, layiqli
şəkildə xidmət
edəcəyik”, – yazan
S.Hüseynova məktubunu
bu ifadə ilə bitirir: "Biz birlikdə güclüyük!"
çağırışınız işimizdə bizə stimul olacaq”.
Ağstafanın Eynallı kəndindən
olan Nəzrin Rüstəmova isə yazır ki, işsiz olsa da, karantin rejimində
çətinlik çəkmədi:
“190 manat birdəfəlik
ödəməni də
aldım. Sizin sayənizdə karantin
günlərini daha rahat keçirdik. Bütün bunlara görə Sizə "Çox sağ
olun!" deyirəm”.
Beləliklə, çətin və məsuliyyətli pandemiya
dövründə xalq
Prezident İlham Əliyevə koronavirusla mübarizədə əldə
edilmiş uğurlara görə öz minnətdarlığını bildirir, öz güclü dəstəyini
nümayiş etdirir. Belə dəstəyin
və birliyin nümayiş etdirilməsi,
əlbəttə ki, Prezidentin rəhbərliyi altında koronavirusla mübarizə dövründə
olduğu kimi, postpandemiya mərhələsində
də taleyüklü
və məsuliyyətli
vəzifələrin uğurla
həyata keçiriləcəyinə
olan inamı daha da artırır.
Səbuhi MƏMMƏDOV,
Xalq qəzeti.-2020.-1 may.-S.3.