AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 155 Bakı
şəhəri, 30 aprel 2020-ci il
“Dövlət ümumi
təhsil müəssisələrində (ümumi
təhsil üzrə təhsilverənlərə münasibətdə
digər dövlət təhsil müəssisələrində)
işləyən təhsilverənlərin
sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi
haqqında
“Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5
iyul tarixli 164 nömrəli Fərmanının 1.1.10-cu
yarımbəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1.
“Dövlət ümumi təhsil müəssisələrində
(ümumi təhsil üzrə təhsilverənlərə
münasibətdə digər dövlət təhsil müəssisələrində)
işləyən təhsilverənlərin
sertifikatlaşdırma Qaydası” təsdiq edilsin (əlavə
olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.-2020.-2 may.-S.8.