AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 159 Bakı şəhəri, 1 may 2020-ci il

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayan­ların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayan­ların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (II kitab), maddə 1641) 1-ci hissəsinin “Komissiyanın üzvləri” bölməsində “Hicran Hü­seynova” sözləri “Bahar Muradova” sözləri ilə, “Musa Ələkbərov – Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri” sözləri “Mehman Tağıyev – Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti.-2020.-3 may.-S.2.