AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 160 Bakı
şəhəri, 1 may 2020-ci il
Azərbaycan Respublikasının ərazisində
xüsusi karantin rejimi dövründə sanitariya
vəziyyətinin tənzimlənməsi barədə
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə
uyğun olaraq, Azərbaycan
Respublikasının ərazisində koronavirus
(COVİD-19) infeksiyasının yayılmasının
qarşısının alınması ilə bağlı tədbirlərin
davam etdirilməsi məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilsin:
1.1. qida məhsullarının
ticarəti üzrə fəaliyyət;
1.2. ictimai-iaşə müəssisələrinin
fəaliyyəti;
1.3. turizm və hotelçilik fəaliyyəti;
1.4. ictimai nəqliyyatın
fəaliyyəti;
1.5. vətəndaşların qəbulunu həyata
keçirən qurumların fəaliyyəti;
1.6. müxtəlif ticarət və xidmət sahələrinin,
ofislərin fəaliyyəti.
2. Azərbaycan Respublikasının baş dövlət sanitariya
həkimi “Sanitariya-epidemioloji salamatlıq
haqqında” Azərbaycan Respublikası Qanununun
3-cü maddəsinin tələblərinə uyğun
olaraq aşağıdakı metodiki göstərişləri təsdiq etsin:
2.1. 2.2. “İctimai iaşə
müəssisələrində koronavirus
(COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
2.3. “Turizm və hotelçilik sektorunda koronavirus (COVİD-19) infeksiyasının
profilaktikasına dair metodiki
göstərişlər”;
2.4. “İctimai nəqliyyatda
koronavirus (COVİD-19) infeksiyasının
profilaktikasına dair metodiki
göstərişlər”;
2.5. “Vətəndaşların qəbulunu həyata
keçirən qurumlarda koronavirus
(COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
2.6. “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.-2020.-3 may.-S.2.